`OBA` yenə də müştərilərə fırıldaq gəlir... - GİLEY
Tarix: 31-08-2022, 09:09 |
Çap et
DİA.AZ: - ""OBA" Marketlər Şəbəkəsi yenə də öz ampluasındadir, yalançı kampaniyalarını davam etdirir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mərd adlı istifadəçi giley edir.
Narazı vətəndaş yazır: "Şikayətim Təbriz küçəsində yerləşən (Bakı restoranı ilə üz üzə) Oba marketdəndir.Vitrində endirim yazılmasına baxmayaraq kassada qiymət iki qat artığına vurulur.Vitrində endirim etmisiz deyəndə adamı yalançı yerinə qoyurlar üstəlik satıcıya vitrindəki qiyməti göstərməyimə baxmayaraq kassada nə vurur odur deyə dirəşirlər.İstəmirsən alma burda belədir deyə hələ bir adamın üstünə qışqırırlar.Çek desən heç bir Obada son zamanlar çek verilmir min bir bəhanə gətirirlərki ay aparat xarabdı ay çek kağızı yoxdu.Obadakı işçilər bilinmir müdür kimdi kassir kimdi satıcl kimdi.Malların çoxu vaxtı keçmiş yalandan endirim yazıb kassada adamı aldadırlar.Vergiyə İqdisadiyyat nazlrliyinə yazılı müraciət etsəmdə heç bir cavab gəlmir.Artıq bunların vədəsi dolub ama baxan yoxdur.
OBA Market, nə zamana kimi sizin dükanlardan haqq tələb edəndə bu bizim qanunlardır "xoşun deyil xoş getdin" deyiləcək?"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq....