Qəbələnin Həzrə kəndinin sakinləri qaz üzünə həsrətdirlər.
Qış aylarında Həzrənin mənzərəsi belə olur - kəndin kişiləri səhər tezdən oyanır, əllərində baltayla düşürlər meşələrə, ağac kəsir, odun toplayırlar.
Kənd sakinləri deyirlər ki, problemlərilə bağlı dəfələrlə İcra Hakimiyyətinə də, "Azəriqaz"a da müraciət ediblər, amma nəticə yoxdur.
2010-cu ildə "Azəriqaz" İstehsalat Birliyi Qəbələnin Həzrə kəndinə qaz xəttinin çəkildiyini bildirmişdi. 12 il keçib, amma hələ də kəndə qaz verilməyib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirir ki, 12 il bundan qabaq kəndin qazlaşdırılması aktual olub. Sonra hansısa proseslər səbəbindən ertələnib. Kəndə qaz çəkilməsi 2023-cü il planına daxil deyil, böyük ehtimalla 2024-cü il planına salınacaq.