Nazirlik Dubayda həbs olunan Azərbaycan generalı ilə bağlı araşdırmaya başladı QALMAQAL
Tarix: 8-01-2014, 12:32 |
Çap et
DİA.AZ: - Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dubaydan növbəti dəfə həbs olunan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanovla bağlı araşdırma aparır.
DİA.AZ bildirir ki, bu barədə SalamNews-a nazirliyin mətbuat xidmətinin katibi Elman Abdullayev məlumat verib.
O bildirib ki, XİN və Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfiriliyi rəfindən Cavadağa Sultanovun növbəti dəfə həbsi ilə bağlı məsələyə baxılır. Danışıqların yekunu olaraq mətbuata ətraflı məlumat veriləcək.
Ötən il noyabrın 18-də Azərbycanın Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfirliyi tərəfindən zaminə götürülmüş Cavadağa Sultanov yanvarın 6-da Dubay Ali Məhkəməsinin qərarı ilə yenidən həbs olunub.
Polis polkovniki Cavadağa Sultanov ötən ilin noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. O, fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham olunub və çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
-