“Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarında baş gizirə ögey münasibət göstərilib” DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın və Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş gizir Musahib İmanov tərəfindən şikayət daxil olub. Şikayətçi qeyd edir ki, 2004-ci ildən 2022-ci il tarixə kimi heç bir intizam cəzası olmadan vətənə layiqli xidmət keçib.Buna baxmayarq Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev bu il onunla yenidən 5 il müddətinə müqavilə bağlamaqdan imtina edib.Səbəb olarq göstərilib ki, sizin yaşınız 35-i keçdiyindən döyüş qurupuna uyğun gəlmirsiniz.Ştat üzrə tağım komandirinin müavini olan Musahib İmanov isə tələb edib ki,” tağım komandiri, təminata baş çavuş və bölüyün baş texniki” vəzifələri boşdur.Həmin vəzifələrdən biri ona verilsin.Məhz bu tələbdən sonra kadrlar rəisi ona vəzifə verilməyəcəyini bildirərək baş gizirə təxris edilmə haqqında raport da yazdırıb.Yuxarıda səsləndirlən problemlərlə bağlı baş gizir həm Quru qoşunlarının komandanlığına eləcə də müdafiə nazirlyinə müraciətlər etsədə heç bir rəsmi tədbir görülmədiyini qeyd edir. Beynəlxalq Bankda şikayətçiyə hesab nömrəsi açdırıblar ki, təxris edilmə ilə bağlı sizə paltar pulu və digər göçürülmələr ediləcək.Nədənsə “N” saylı hərbi hissə 6№-li formanı vermir ki, köç pulu və digər köçürülmələr baş tutsun. Şikayətçi mətbuat vasitəsi ilə Müdafiə Nazirliyindən eləcə də Prezidentdən ona köməkdarlıq edilməsini xahiş edir. Redaksiya olaraq inaırıq ki, 2-ci Vətən savaşında 4 azyaşlı övladını və xəstə anasını Allahın ümidinə buraxıb silaha sarılmış bu gizirimizin səsinə lazımı dövlət orqanları səs verəcəkdir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Baş gizirin Prezidentə ünvanlanmış video-şikayətini təqdim edirik: