DİA.AZ: - Özünün SSRİ-dən qalma köhnə kolxoz idarəetməsi ilə vahid təsərrüfat kimi diqqətə gələn İsmayıllının İvanovka kəndindəki icma birliyi sarsılma üzrədir. Bu barədə DİA.AZ-a kənd sakinləri məlumat veriblər.
Sakinlər DİA.AZ-a yazır:
"Hörmətli dia-az.life redaksiyası. İvanovkada özünü investor kimi təqdim edən Vidadi Əliyev adlı şəxs kolxoz sədri ilə razılaşaraq kəndin xeylı torpaqlarına sahiblənib. Bu da camaat tərəfindən narazılığa səbəb olub".
Narazı sakinlər daha sonra videomaterial təqdim edirlər:
Kənddəki özbaşınalıqlara diqqət çəkən kənd sakinləri ölkə rəhbərliyindən kömək istəyirlər. Sakinlər dia-az.life-a yazır:
"Hazırda İvanovkada əhali arasında ciddi narazılıq baş qaldırmaqdadır. Buna görə kənd sakinləri olaraq dia-az.life vasitəsilə səsimizin Prezidentə çatdırılmasını istəyirik. Xahiş edirik bizə kömək edin".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...