Ağdam mexaniki suvarma sistemləri idarəsinin əməkdaşı idarədən şikayətçidir.“Mən bilirəm ki, mənim maaşımdan 80 manat kəsilməlidir. Bunu özüm bilirəm, amma mənim maaşım bu ay hamısı kəsilib. Burda Hafiz müəllim, mənim rəisim Rövşən müəllim dedi ki, sənin artizanın xarab olub, ona görə bu ay maaşımın hamısı kəsilib.”
“Yeni Gundem” bildirir ki, bu sözləri redaksiyamıza göndərilən videomüraciətdə Ağdam rayon sakini Rüstəmov İxtiyar Böyükkişi oğlu deyib.
O, bildirir ki, Ağdam Mexaniki suvarma idarəsində işləyir. Hər dəfə artizanlarda nasazlıq yarandığında təmiri üçün 80 manat onun, 124 manat sahə rəisi Rövşən adlı şəxsin maaşından tutulur. Bu dəfə isə “sənin artizanın xarab olub” deyərək, onun bütövlükdə maaşı kəsilib.
Qeyd edək ki, Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadədir.