İDDİA: İcra başçılarına avqusta qədər məzuniyyət verildi - Avqustun ilk həftəsində isə...
Tarix: 3-06-2024, 11:10 |
Çap et
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər ciddiləşməkdədir.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahovun və bir sıra YAP funksionerlərinin bunun mümkünlüyü barədə dediklərindən sonra PA-nın rəhbərliyi səviyyəsində siyasi partiya liderləri ilə görüş keçirilib.
Bu arada Gununsesi.info-ya hökumətdəki mənbələrdən daxil olan xəbərə görə, rayon-şəhər icra hakimiyyəti orqanlarının başçılarına yay məzuniyyəti indidən verilməyə başlanılıb.
Məlumata görə, parlament seçkiləri sentyabr ayının sonuna yaxın keçiriləcək. Ona görə də icra başçıları qarşısında avqustun ilk həftəsində işə qayıtmaq tələbi qoyulub.