Astara rayon sakini Müşviq Əliyev Zərifə Əliyeva adına Göz Xəstəxanasından şikayətçidir. O bildirir ki, 1 ci qrup əlildir və gözü ilə bağlı ciddi problemi var. O bildirir ki, əməliyyat olunmağa imkanı olmadığı üçün üçüncü dəfə dir ki, dövlət hesabına əməliyyat olunması üçün rəsmi müraciət edib.
Dia-az.İnfo bildirir ki, şikayətçinin iddiasına görə, onu müayinə edən Mirəndam Mirişov bildirir ki "dövlət hesabına əməliyyat edə bilməir, amma ödəniş etsə, başqa klinikada əməliyyat edə bilər."
Müşviq Əliyev adiyyati qurumlara müraciət edərək, bu məsələni araşdırıb, dövlət hesabına əməliyyat olunması üçün ona yardım etmələrini xahiş edir.