“Kontakt Home” indi də tələbələrin CİBİNƏ GİRİR... - "...tamamilə yalandır!"
Tarix: 6-08-2024, 09:30 |
Çap et
" "Kontakt Home"un rəsmi saytında belə yazı diqqətimi çəkdi..." Dia-az.İnfo bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vüsal İsayev adlı istifadəçi qeyd edib.
Daha sonra narazı vətəndaş iddialarını belə əsaslandırır: "Bildirmək istəyirəm ki, tamamilə yalandır. Bu mağazadan 3 məhsul ilkin 20 faiz ilkin ödənişlə kreditə götürüb 1 saat belə gecikmə olmadan bağlamışam. İndi təkrar müracət etdikdə məndən minumum məhsulun 30% ilkin ödəniş kimi tələb etdilər. Ya saytlarında yazılan yalandır, ya da əməkdaşların şirkətin daxili qaydalarından xəbərləri yoxdur..."