Fərhad və Rafiq Əliyevlər Milli Orduya Yardım Fondunan 100 min manat köçürür - Keçmiş nazir də narahatdır
Tarix: 6-08-2014, 12:17 |
Çap et
DİA.AZ: - Son prezident seçkilərindən sonra verilən əfv sərəncamı ilə azadlığa çıxan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevdən xəbər var. Bu barədə DİA.AZ-a Əliyev qardaşlarına yaxın çevrədən informasiya daxil olub.
Bildirilir ki, son olaraq cəbhədə baş verən olayları diqqətlə və həyəcanla izləyən keçmiş məhbus qardaşlar yaxın adamlarına Milli Orduya Yardım Fonduna 100 min manat həcmində yardımın göstərilməsi üçün tapşırıq veriblər.
DİA.AZ-a danışan mənbə iddia edir ki, Fərhad Əliyev davamlı olaraq ordudan məlumatlar ala bilməsi üçün hakimiyyətdəki köhnə dostları ilə də əlaqədədir.