Beynəlxalq Bankın rəhbərinin yaxın qohumu Suriyada Bəşər Əsədə qarşı döyüşür - Cahangir Hacıyevlə bağlı ilginc iddia
Tarix: 3-09-2014, 11:33 |
Çap et
DİA.AZ: - Vəhabilərə qoşularaq Suriyaya savaşa gedən azərbaycanlılar arasında tanınmış simalardan birinin yaxın qohumu da var. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda deyilir.
Xəbəri verən qaynaq iddia edir ki, adı hələ iki il əvvəl Gəncədə vəhabilərə qarşı keçirilən əməliyyatlar zamanı sözügedən təriqət üzvləri ilə birgə hallandırılan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin yaxın qohumlarından biri hazırda Suriya ərazisində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edir.
Mənbənin dia-az.life-a bildirdiyinə görə, Cahangir Hacıyevlə qohumluq əlaqəsi olan həmin şəxsin adı «Gəncə işi»ndə də hallanırdı, lakin sonradan Beynəlxalq Bankın sədrinin müdaxiləsi ilə o, həbsdən yaxa qurtara bilmişdi.
Mənbənin dia-az.life-a söylədikləri: «Sonradan bu adam Türkiyə ərazisinə köçməli olub. Bu günlərdə isə Türkiyədəki vəhabilərlə birgə «Əl-Nüsra» cəbhəsinə qatılıb».
Qeyd edək ki, bankirin yaxın qohumu ilə bağlı redaksiyamıza əlavə bilgi verilməyib.
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…