Əbülfəs Qarayev nədən Göygöldəki qanunsuzluqlara reaksiya vermir? - Şübhəli susqunluq...
Tarix: 9-09-2014, 11:46 | Çap et
Mədəniyyət və Turizm Nazirliyinin Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın fəaliyyətindəki qanun pozuntuları ilə bağlı son vaxtlar müxtəlif səpkili məlumatlar yayılmaqdadır. Artıq bir neçə müddətdir mətbuatda çıxış edən şöbənin sabiq əməkdaşı Şahin Məmmədov şöbə müdirinin qanunsuz əməllərinin üstünü açıb. Qeyd edək ki, adıçəkilən xanım məmurun fəaliyyətindəki çatışmazlıqlarla bağlı qəzetimizin ötən saylarında yazılar dərc olunub.
Və bu yazılardan sonra Maliyyə Nazirliyinin yetkililəri Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində yoxlamalara başlayıblar. Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Şahin Məmmədov Şərqiyyə Hümbətovanın onu nəyə görə işdən uzaqlaşdırmasının detallarını açıqladı: "Mən 1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir. Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xətdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 07 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. İşə Dövlət Qulluğu Məsələləri Komissiyasının təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçərək qəbul edilmişəm. Kiçik dövlət qulluqçusuyam. Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyimə görə, Fəxri Fərmana layiq görülmüşəm. Cənab prezidentin korrupsiyaya qarşı apardığı qətiyyətli mövqeni daim dəstəkləmişəm. Hər zaman rüşvətxorluğa, korrupsiyaya, dövlət büdcəsinin talanmasına qarşı olmuşam və bundan sonra da olacağam. "Korrupsiyaya qarşı mübarizə bizim prioritetimizdir. Hesab edirəm ki, Azərbaycanın bu sahədə nadir təcrübəsi vardır. Əfsuslar ki, bütün keçmiş sovet respublikalarında eyni problem yaşanır. Korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlər görürük, o cümlədən inzibati və təsisat islahatlarını həyata keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri bu yaxınlarda dövlət xidmətləri proqramının qəbul edilməsi oldu. O, il yarımdır ki, icra edilir və artıq iki milyona yaxın insan bu dövlət xidmətləri mərkəzlərinə müraciət edib və lazımi sənədləri alıb. Bu, Azərbaycanda korrupsiyanın azaldılmasına böyük təsir göstərdi". Bu sözləri prezident İlham Əliyev söyləyib. Mən də bir vətəndaş kimi ölkə rəhbərinin bu sahədə apardığı siyasəti dəstəkləyirəm. Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri xanım Şərqiyyə Hümbətova mən işlədiyim müddət ərzində daim korrupsiya əməlləri ilə məşğul olub. Belə ki, şöbəyə alınan inventar və avadanlıqlar, dəftərxana ləvazimatları, şöbə üçün görülməli olan işlərin dəyəri, təmir-tikinti işləri üçün ayrılan vəsait dəfələrlə artıq qiymətə sənədləşdirilir. Məsələn, kompyuter dəsti "Casper"in satış qiyməti 400-500 manat olduğu halda 1380 manata, kompyuter dəsti "LC" satış qiyməti 400-500 manat olduğu halda 1320 manata, Notebook "Casper" satış qiyməti 500-600 manat olduğu halda 1246 manata, dinakort satış qiyməti 1800-2000 manat olduğu halda 4066 manata, stulun satış qiyməti 30 manat olduğu halda 56 manata, şkaf 150-180 manat olduğu halda 400-450 manata, tozsoran 130-150 manat olduğu halda 256 manata, telefon aparatı 8-10 manat olduğu halda 25-30 manata, xətkeşin satış qiyməti 0.10 manat olduğu halda 0.40 manata, pozan 0.10 manat olduğu halda 0.40 manata, süpurgə 2 manat olduğu halda 4 manata sənədləşdirilib. Alınan inventar və avadanlıqların onlarla, yüzlərlə olduğunu nəzərə alsaq, mənimsənilmiş vəsaitin nə qədər çox olduğunu yəqin etmək olar. Məzuniyyətdə olduğum müddətdə Şərqiyyə xanım məni çağırdı ki, qanvermə aksiyası keçiriləcək, gəl sən də iştirak elə. Qanvermə aksiyasında iştirak edəndən sonra şöbə müdiri bəzi sənədlərə imza atmalı olduğumu bildirdi. Həmin sənədlərlə tanışolanda gördüm ki, Şərqiyyə xanım qiymətləri süni şəkildə şişirtməklə mənimsəmə hallarına yol vermək istəyir. Mən buna etirazımı bildirdim və sənədlərə qol çəkmədim. Bundan sonra şöbə müdiri mənə heç bir iş tapşırmadı. Demək olar ki, iki ay ondan heç bir tapşırıq almadan işlədim. Bütün bunlarla bağlı aidiyyəti orqanlara müraciət etməyimə baxmayaraq, mənə bütün bu qiymətlər "Dövlət satınalmaları haqqında qanun"la tənzimlənən qiymətlərdir deyirlər. Mən anlaya bilmirəm ki, məqsədi dövlət büdcəsindən ayrılan vəsaitlərin qənaətlə istifadəsini təmin edən bir qanun və ya qurum dövlət büdcəsinin vəsaitinin belə bədxərcliklə xərclənməsinə icazə versin. Necə ola bilər ki, bir inventar dəyərinin 3-5 qat artıq qiyməti ilə alınsın və bu, qanunla tənzimlənsin. Üstəlik, bütün alqı-satqı əməliyyatları pul ələ dəymədən həyata keçirilməli olduğu halda xanım Şərqiyyə Hümbətova Gəncə şəhərindən həmin məhsulları nağd pulla gedib alıb gəlir. Mən bu qiymətlərin niyə bu qədər artıq yazıldığını Şərqiyyə xanımdan şoruşanda o həmişə mənə deyərdi ki, "Hərənin öz faizi var". Mədəniyyət obyektlərinin xalçalarının, pərdələrinin yuyulması, eləcə də vaxtaşırı elektrik naqillərinin dəyişdirilməsi üçün "Ədirəf" MMC və "Zaur" MMC kimi şirkətlərlə müqavilələr imzalanır, onların hesabına pul köçürülür. Əslində isə, heç vaxt həmin işlər görülməyib". Şöbənin keçmiş işçisi deyir ki, Şərqiyyə Hümbətova hər ay 8-10 nəfər mədəniyyət işçisini guya Bakı şəhərinə göndərir və onlar üçün ezamiyyət vərəqələri yazır: "Halbuki həmin işçilərdən heç biri Göygöl rayonunu tərk etmir, hər birinə üç günlük ezamiyyət pulu yazılır və daha sonra həmin pullar həmin şəxslərdən Şərqiyyə Hümbətova tərəfindən yığılır. Bunu sübut etməyin ən asan yolu həmin ezamiyyətə "gedənlərin" gediş-gəliş biletlərinin həmin tarixə uyğunluğunun və onların Bakı şəhərində harada "qaldıqlarını" yoxlamaqdan keçir. Şöbənin baş mühasibi Mübariz Əliyev işlədiyim müddət ərzində bir dəfə də olsun Bakı şəhərinə getmədiyi halda dəfələrlə ezamiyyətə getmiş kimi ezamiyyət pulu alırdı". Şahin Məmmədov Şərqiyyə Hümbətovanın qanuna sığmayan digər əməllərini də açıqladı. Yazının davamını gələn sayımızda oxuya biləcəksiniz. İnanmaq istərdik ki, Mədəniyyət və Turizm Nazirliyinin, Hesablama Palatasının, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Maliyyə Nazirliyinin rəhbərliyi Şərqiyyə Hümbətovanın fəaliyyətini ən incə məqamlarına kimi yoxlayıb korrupsiyaya qarşı barışmaz mövqe tutan Şahin Məmmədovun şikayətinə lazımi səviyyədə baxacaqlar. Hər şeydən əvvəl isə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev özü şəxsən Şərqiyyə xanımın fəaliyyətinə nəzarəti gücləndirməlidir.
Qarşı tərəfin də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
|