Seyid Həsən Amilidən uşaqlar üçün yeni nağıl: Fars-molla rejiminin təblğat maşını iş başında - Tarixi belə saxtalaşdırırlar
Tarix: 22-01-2015, 10:45 | Çap et
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, hələ də müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilməyən, habelə Azərbaycanın bütövləşmə ideyası vahiməsini böyük təhdid kimi qəbul edən İrandakı fars-molla rejimi Azərbaycan Türkünün Sovetlər Birliyinin dağılmasında müstəsna rol oynayan keçən əsrin 88-90-cı illərində yazdığı böyük tarixi - Milli Azadlıq Hərəkatını şübhəyə alan bir dəst-xətt nümayiş etdirməyə başlayıb.
Belə ki, fars-molla rejimi Quzey Azərbaycan türklərinin hələ SSRİ-nin rəsmən yıxılmadığı bir dönəmdə SSRİ-İran sərhədlərini yıxaraq Güney Azərbaycan həsrətini qarşılamağa çalışması faktını özünəməxsus tərzdə qələmə verməyə başlayıb. Guya Azərbaycan türkü bu addımı ilə «İrana olan məhəbbətini» sərgiləyibmiş. Yəni bunu antiAzərbaycan ruhlu fars mediası təlqin etməkdədir.
Və DİA.AZ olaraq İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan «arannyus» portalında aparılan bu təbliğatı əks etdirən daha bir material diqqətiimizi cəlb edib. Söhbət fars-molla rejimi adından davamlı olaraq Azərbaycana qarşı çıxışlar edən, əslən Azərbaycan türkü olan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin 20 Yanvar faciəsi ərəfəsində söylədiyi fikirlərdən gedir.
Həmin məqaləni DİA.AZ olaraq olduğu kimi diqqətinizə təqdim edirik:
«Həzrət Ayətullah Amili “Allah yetimlərimizin əlindən tutub, onları birləşdirənlərə rəhm etsin” hədisinə əməl edən bir din alimi kimi 19 yanvarı “Dünya Müsəlman Azərilər Günü” və azərilərin tarixi şəxsiyyətlərini yenidən tapmaları günü elan etdi 19 yanvar biz müsəlman azərilər üçün mühüm tarixi bir gündür. Bu böyük günü hər il qeyd etməliyik. Təxminən 24 il əvvəl sosialist Sovet hökumətinin axırlarında İran və Sovet sərhədlərində böyük hadisə baş verdi. Xalq İran torpağına ayaq qoyan kimi torpağı öpdülər, onlar İranda olduqlarına inana bilmirdilər. Deyirdilər: Biz 70 il İslam, İran və İmam Rza (ə) eşqi ilə İran həsrətində, məscid və dindarlıq həsrətində yaşamışıq. Odur ki, hər şeydən öncə məscidlərə hücum çəkib, İmam Hüseyn (ə) bayrağını təbərrük üçün parça-parça etdilər və Quranı öpüb gözlərinin üstünə qoydular. Arazın o tayındakı azəri müsəlmanların belə bir rəftarı, məscidlərə hücum çəkib, İmam Hüseyn (ə) bayrağını qucaqlamaları və Quranı ağuşlarına almaları heç də təəccüblü deyildi. Müsəlman azəri xalqın bu rəftarındakı sirri öyrənmək üçün onların tarixi şəxsiyyətlərinə nəzər salaq: Azərbaycan Respublikasının tarixi onu göstərir ki, İslam bu xalqın əsas kimliyidir. Bu diyarda şiələrin mövcudluğunun tarixi, İmam Sadiqin (ə) dövrünə qayıdır. Imam Zamanın (ə) naiblərindən biri Qasim ibn Ələla Aran şəhərində olub. O birbaşa həzrətlə məktublaşır və əhalidən aldığı vergiləri Hüseyn ibn Ruha verirdi. Qəməri 905-ci ilin sonlarında Şah İsmail Səfəvi Ərdəbili, bu gün Azərbaycan Respublikası adlanan torpaqlardan fəaliyyətə başladı. O Təbrizi fəth etdikdən və şiəlik rəsmi məzhəb elan olunduqdan sonra şiəliyi gücləndirmək üçün Arazın o tayını da fəth etməyə başladı və tədricən əksəriyyət şiəliyi qəbul etdilər. Azərbaycan, Sovetin dəmir barmaqlıqları axrasında əsir olmamışdan öncə İslam dünyasına bir çox alimlər bəxş edib. Azərbaycan Respublikasından olan böyük alimlərin sayı barəsində 120 nəfərin adı çəkilib. O cümlədən: Ayətullahul-üzma Şeyx Əbdul-Ğəni Badkubei, Ayətullahul-üzma Fazil Lənkərani, Ayətullahul-üzma Şeyx Məhəmməd İrəvani, Ayətullahul-üzma Şeyx Əbdulqasim Ordubadi, Əlləma Ayətullah Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi və sair. Həmçinin bu müsəlman diyarda böyük elmi və dini əzəmətə sahib şairlər olub. Bu gün də Azərbaycan xalqı onların adı ilə fəxr edir. Bu şairlər fars və azəricə şeirlər yazıblar. Bu şair və yazıçıların əsərlərində dini dəyərlər və İrana aid nişanələr özünə yer tapıb. Tezar hökuməti süqut etdikdən sonra, kommunizm 70 il müsəlman məntəqələrinə, xüsusi ilə Azərbaycana kölgə saldı və məcburi olaraq din ictimai səhnədən kənarlaşdırırldı. 1925-ci ildən 1930-cu ilədək Azərbaycan Respublikasının dindarlarından 300 min nəfərdən çoxu müxtəlif kommunist təşkilatlar tərəfindən qətliam olundular. Bu illərədə Qurani-kərim ziyanlı bir kitab adlanıb, qadağan edildi, məscidlər ya dağıdıldı, yada ki, anbara, kluba, kitabxanaya çevrildi. Təkcə 1929-cu ildə Azərbaycanda təxminən 400 məscid bağlandı və 120 məscid ya dağıdıldı, ya da başqa məqsədlə istifadə olundu. Kommunistlərin vəhşiliklərindən ruhanilərin ayağına daş bağlayıb, onları dənizə atmalarına işarə etmək olar. Bu dövrlərdə dinlə mübarizə üçün “Allah” sözünün yerinə “xalq” sözü qoyulmağa çalışıldı. Bu illərdə qeyrətli və müsəlman Azərbaycan xalqı öz islami kimliyini qorumaq üçün müxtəlif formalarda kommunistlərin din düşmənliyi ilə mübarizə apardılar. Bu qəhrəman şəxslərə nümunə olaraq Şəhriyar Məlik Şərəf və mərhum şəhid Şeyx Ğəni Badkubeiyə işarə etmək olar. 70 il İran və din əleyhinə təbliğatdan sonra azərilər öz kimliklərini və tarixi şəxsiyyətlərini qorumaq üçün yanvarın 19-u bütün bu hiylələrə qalib gəldilər və əməli şəkildə göstərdilər ki, qiyamətədək onları İslamdan və tarixi vətənlərindən ayıra bilməyəcəklər. Odur ki, bu gün İran, İslam və Azərbaycan tarixinin mühüm günlərindən biri kimi yadda qalacaq. Elə bu səbəbdən Ərdəbilin hörmətli imamcüməsi Həzrət Ayətullah Amili sonuncu cümə manazının xütbəsində məsumların “Allah yetimlərimizin əlindən tutub, onları birləşdirənlərə rəhm etsin” hədisinə əməl edən bir din alimi kimi 19 yanvarı “Dünya Müsəlman Azərilər Günü” və azərilərin tarixi şəxsiyyətlərini yenidən tapmaları günü elan etdi. Müsəlman Azərbaycan xalqının 19 yanvarda etdikləri onların tarixi kimliklərini nümayiş etdirməklə yanaşı, bir çoxlarının xəyallarını puç etdi. Bəli, müsəlman Azərbaycan xalqı Əhli-beyti (ə) sevir, İmam Əli (ə), İmam Hüseynə (ə) aşiqdirlər. Qurana, məscidlərə, seyidlərə böyük hörmət bəsləyirlər. Bibi Heybət (ə), Nardaran və Gəncədə İbrahim (ə) ziyarətgahı kimi ziyarətgahlar ziyarətçilərlə dolu olur. Azərbaycan xalqı Tasua, Aşura, məhərrəmin 13-ü, 17-si və səfərin 10-cu gününü heç bir istisnasız əza saxlayırlar və əzəmətli şəkildə əzadarlıq keçirirlər. Sonda bu nöqtəni qeyd edək ki, bəziləri bu hadisənin tarixinin 31 dekabra təsadüf etdiyini deyirlər. Biz bu hadisəni diri saxlamağa çalışan həmin şəxslərə təşəkkür etməklə yanaşı onlardan istəyirik: Bu mühüm işdə bizim yanımızda olsunlar və hadisənin dəqiq tarixini dəyişməsinlər. 31 dekabr heç bir hadisə baş verməyib. Bunu da deyək ki, özlərini Azərbaycan Respublikası diasporası adlandıran bəzi qruplar, tarixi dəyişdirərək 31 dekabırı rəmzi bir gün elan edən bu şəxlər ölkənin ən mühüm məsələsinə, yəni Qarabağ probleminə etina göstərmirlər. Dünya müsəlman azərilərin Qarabağı azad etmələri ümidi ilə!!!»
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Bu gün, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Bu gün, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
|