Keçmiş nazirə məxsus şirkətə qarşı şok ittiham - “Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?
Tarix: 25-02-2015, 14:53 | Çap et
Bu günlərdə vəkil İlham Məmmədov bizə müraciət elədi: “ Mənim adını hələ ki, demək istəməyən müştərim dələduzların qurbanı olub. 12 aprel 2013-cü ildə mənim müştərim Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş BMW markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir. İslam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib. Razılaşmadan sonra mənim müştərim alqı-satqıdan öncə BMW-nin Azərbaycanda rəsmi dileri olan Improtex Motors şirkətində texniki baxışdan keçməyi təklif edir. Və Aqil Məmmədov razılaşır”. Vəkilin bizə bildirdiyinə görə, Improtex Motors-da texniki baxış aşağıdakı qaydada aparılır: “ Avtomobilin bütün detalları yoxlanılır. Yoxlamanı eyni vaxtda bir neçə usta aparır. Onlardan hər biri öz fikrini-rəyini növbə rəisinə bildirir. Növbə rəisi isə ümumi rəyi sifarişçiyə bildirir. Improtex Motors şirkətinin növbə rəisi Həsən Ağaverdiyevin mənim müştərinə təqdim elədiyi aktda avtomobilin biraz texniki nasaz olduğu göstərilib və onu da şirkətdə asanlıqla aradan qaldırmaq mümkün olması qeyd olunub. Mənim müştərimə hətta nasazlığı aradan qaldırmaq üçün tələb olunan məbləği də bildiriblər”. 7-min Məmmədovun sözlərinə görə, texniki baxışdan sonra onun müştərisi və Aqil Məmmədov alqı-satqı üçün ölkənin Baş Dövlət Yol Polisinə ( BDYP ) gedirlər. Müxbirimizin “ Nə üçün alqı-satqıya görə BDPY-ə gediblər?” sualına vəkil belə cavab verib: “ Bilmirəm. Bu ümumi praktikadır”. Sonra vəkil qeyd edib ki, avtomobili alarkən mənim müştərim avtosalonun sahibi İslamdan 2-ci açarı tələb edib. İslam isə bildirir ki: “ Açar itib. Siz narahat olmayın, biz sifariş eləmişik, tezliklə açar hazır olacaq”. Vəkil bildirib ki: “ Alqı-satqıdan sonra mənim müştərim dostları ilə görüşüb. O aldığı avtomobildəki nasazlıq barədə dostlarına danışanda onlar tanış ustaya müraciət etməyi məsləhət biliblər. Çünki həmin usta bu işi iki dəfə ucuz eləyir. Mənim müştərim də həmin ustanın yanına gedib”. Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta biıdirib ki, alınan avtomobil oğurluqdur: “ Abtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem BMV şirkətinə imkan verir ki, oğurlanmış avtomobili harda olsa da yerini müəyyən eləsin. Bundan sonra mənim müştərim Improtex Motors şirkətinə gedərək yoxlamanı keçirmiş ustadan izahat tələb edir. Usta mənim müştərimə bildirib ki, mən yoxlama vaxtı bu nasazlığı gördüm və bu barədə növbə rəisi Həsən Ağaverdiyevə məlumat verdim”. Məmmədovun bizə dediklərinə görə, Həsən Ağaverdiyev ustanın dediklərini təsdiq edib: “Ancaq Ağaverdiyevin özünün dedyinə görə o ustanın dediklərinə fikir verməyib”. Qafqaznews.org-un müxbiri “Siz bu barədə avtomobilin keçmiş sahibinə xəbər eləmisinizmi?” sualına vəkil belə cavab verib: “ Bəli, biz Aqil Məmmədova və onun atası Qobustanın icra başçısı Adil Məmmədova xəbər eləmişik. Ancaq onlar bizim dediklərimizə əhəmiyyət verməyiblər”. Vəkil onu da bildirib ki: “ Mənim müştərim DİN-ə ərizə yazıb. Məktub araşdırılmaq üçün yaşayış yeri üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə göndərilib. 22-ci bölmənin rəhbərliyi məktubu Binəqədi prokurorluğuna göndərib”.
Müxbirimizin “Nə üçün Binəqədi prokurorluğuna?” sualına vəkil belə cavab verib: “ Bunu bizə belə izah elədilər ki, avtomobilin alqı-satqı olduğu BDYPİ Binəqədi rayonu ərazisində yerləşir”. Vəkil qeyd edib ki: “Nəticədə prokurorluq işi BDYPİ-ə göndərdi. Baş İdarənin müstəntiqləri bildirdilər ki, inanmırlar ki, avtomobil oğurluqdur, ona görə ekspertiza təyin elədilər. Ekspertiza avtomobilin oğurluq olduğunu təsdiq elədi və iş prokurorluq orqanlarına göndərildi. Prokurorluq isə işi Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi. Mənim təkidli tələblərimdən sonra 5 aprel 2014-cü il tarxidə, yəni 1 il sonra avtomobilin oğurluq olduğu məlum oldu və cinayət işi açıldı”. Qafqaznews.org-un müxbirinin “Cinayət işi açılıbsa daha niyə şikayət edirsiniz?” sualına vəkil belə cavab verdi: “ Cinayət işi açılmasına baxmayaraq müstəntiqlər heç bir araşdırma aparmır. Biz Improtex Motors-un rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb elədik, hansıki bizi aldadıblar. Müstəntiqlər isə bildirdi ki, maşını oğurlayan şəxsi tapmaq lazımdır. Həqiqətən də oğrunu həbs elədilər. Ancaq 2 gün sonra sərbəst buraxdılar”. Vəkil bizə bildirdi ki, istintaqın aparılması müstəntiq Vüsal Məhərrəmova tapşırılmışdı: “ Sonra istintaqın aparılması Həbib Həbibliyə həvalə olundu. Bizim təkidli tələblərimizə baxmayaraq müstəntiqlərin hər ikisi mənim müştərimlə avtomobili satan Aqil Məmmədov arasında üzləşmə keçirməkdən imtina edirlər”. Biz İlham Məmmədovdan onun dediklərini təsdiq edən sənədləri tələb elədik. O, bizə Həsən Ağaverdiyevin imzası ilə Improtex Motors şirkətinin avtomobilin yoxlanması ilə bağlı arayışını təqdim elədi. Həqiqətənmi, müstəntiqlər Vüsal Məhərrəmov və Həbib Həbibli müştəri ilə Aqil Məmmədov arasında üzləşmə keçirmək istəmirlər? Bu suala cavab aımaq üçün Vüsal Məhərrəmova müraciət eləsək də, o, suala cavab verməkdən imtina elədi. Onda biz Həbib Həbibliyə müraciət elədik. O, qafqaznews.org-a bildirdi ki: “ Mən nə üçün Aqil Məmmədovla avtomobilin indiki sahibi arasında üzləşmə keçirməliyəm? Onlar heç vaxt görüşməyiblər”. Aqil Məmmədov isə müstəntiqin dediklərin inkar elədi: “ Mən avtomobilin inidiki sahibi ilə alqı-satqı zamanı görüşmüşəm”. Müxbirimizin “ Sizin satdığınız avtomobil həqiqətənmi oğurluq olub?” sualına Aqil Məmmədov belə cavab verib: “ Bəli. Mən bu avtomobili Improtex Motors-un rəsmi dileri Ülvi Nəsibovdan almışam”. Biz Improtex Motors servisin növbə rəisi Həsən Ağaverdiyevlə də əlaqə saxlayaraq ortaya çıxmış problemin nə üçün aktda əsk olunmadığını soruşduq. O, bildirdi ki: “ Bu sadəcə xırda bir anlaşılmaqzlıq olub. Onu da bildirim ki, avtomibillə bağlı akt İlham Məmmədovun müştərisinə deyil, Aqil Məmmədova təqdim olunub”. Müxbirimiz “Axı, İlham Məmmədov onun müştərisinin xidmət haqqı ödəməklə Improtex Motors şirkətinin avtomobilin yoxlanması ilə bağlı verdiyi sənədi və sizin imzanız olan aktı bizə təqdim elədi” qeydinə Həsən Ağaverdiyev “ O rəsmi sənəd deyil” deyərək dəstəyi asdı. скачанные файлы (1)
Bütün bunlarla bağlı peşəkar hüquqşünaslar birliyinin sədri Tağı Hüseynov qafqaznews.org-a bildirib ki: “Improtex Motors şirkəti ilham Məmmədovun müştərisinə dəyən zərəri ödəməlidir. Zərərçəkən tələb edərsə dəyən mənəvi ziyan da ödənilməlidir”. Tağı Hüseynovun sözlərinə görə, müstəntiq Həbib Həbiblinin dedikləri gülməlidir: “ Əgər alqı-satqı avtomobilin indiki sahibi ilə Aqil arasında olubsa, onlar necə görüşməyə bilərdilər?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
|