Hakimiyyət «dollar sınağından» yaxşı çıxmayan oliqarx-məmurları cəzalandıracaq - Bayramdan sonrakı ovqat…
Tarix: 16-03-2015, 11:32 |
Çap et
DİA.AZ: - «Novruz bayramından sonra hakimiyyət çox böyük dəyişikliklərə start verəcək». Bunu DİA.AZ-a hökumətdəki mənbə «nədən anonsu verilən kadr islahatları yubanır» sualımızı cavablandırarkən deyib.
Xəbəri verən qaynaq iddia edir ki, həm icra başçılarının və həm də bir sıra məmurların yola salınması prosesi məhz bayramdan sonraya ertələnib.
Mənbənin dia-az.life-a söylədikləri: «Əslində dəyişikliklər labüddür. Hakimiyyət bir ildən artıqdır ki, müəyyən siyasi və iqtisadi çevrələri cəzalandırmağı qəsd edib. Elə son olaraq dollarla bağlı yaranmış problem zamanı da bəzi oliqarx-məmurlar özlərini «yaxşı aparmayıblar» ki, bu da «yuxarılar»ın diqqətindən yayınmayıb.
Gözlənilən ələmə prosesində oliqarx-məmurların və onların çevrələrinin sərt formada cəzalandırılacağı müşahidə olunacaq».