Tezadlar.az saytının ötən buraxılışlarında xəbər verdiyimiz kimi, «Təzadlar»a zəng edən, Azərbaycanda ilk fermerlərdən biri, YAP üzvü, mərhum Prezident Heydər Əliyevin yaxın dostu kimi tanınan Akif Rzayev qan donduran şikayətini bizimlə bölüşdü. Fermer Akif Rzayev əməkdaşımıza verdiyi video və audio müsahibəsində, təqdim etdiyi sənədlərdə hər kəsi şoka salacaq faktların üstünü açır. Söhbət ölkəmizdə daxili bazara hesablanmış yerli kənd təsərrüfatı məhsullarının istehsal olunması üçün dövlətimizin qarşıya qoyduğu siyasəti ilə Daşkəsən rayonunda torpaq şöbəsinin müdiri, həqiqətən də dağlarda at oynadan Şahbaz Mehdiyev adlı şəxsin əməllərinin ölçüyə gəlməzliyindən gedir… Qısaca olaraq deyək ki, şikayətçi Akif Rzayev Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və surəti «Təzadlar»a ünvanlı şikayətində yazır ki, «…Cənab Prezident, hörmətli Baş prokuror! Daşkəsən rayon İcra Hakimiyyəti torpaq şöbəsinin müdiri Akif Mehdiyev mənimlə ailə münaqişəsi və şəxsi pirinsipi əsasında 3 min başdan çox qoyun-quzumun sənədli və sübutlu yaylaq ərazisinin məndə qalması üçün məndən 10 min manat rüşvət istədi. Amma ona başa saldım ki, mən Prezidentimizin çağırışına səs verərək bu ağsaqqal yaşımda heyvan-qara ilə məşğul oluram, ölkəmizə ət-süd istehsal edirəm. Özü də dövlətdən bir manat da olsun yardım istəmədən. Amma Şahbaz Mehdiyev mənə açıq şəkildə dedi ki, onda get yaylağını Prezidentdən istə… Onun məndən rüşvət istədiyini sübut edən səs yazısı var və Baş prokurorluğa təqdim etməyə hazıram… Mənim nə Daşkəsənin İcra başçısından, nə də hüquq mühafizə orqanı rəhbərlərindən narazılığım yoxdur. Amma bu Şahbaz Mehdiyevin əməli ölçüyə sığası deyil. O, 2014-cü ildə rəsmi sənədlərlə təsərrüfatıma məxsus torpaq sahələrini doğrayıb ayrı-ayrı şəxslərə satmışdır. Hətta o, Xaşbulaq ərazisində mənə məxsus sənədli torpaq sahəsini Gəncə şəhər Nizami rayon Məhkəməsinin sədri Tağıyev Əli Yunis oğluna və onun qardaşına hədiyyə verərək oğlu Mehdiyev Elçin Şahbaz oğlunu həmin məhkəmədə işə götürtdürmüşdür. Mən ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan soruşub bilmək istəyirəm, S.Vurğun adına Daşkəsən şəhər 4 nömrəli orta məktəbin şagirdi olmuş və 2008-ci ildə ədəbiyyat fənni üzrə orta məktəblər üzrə olimpiadada sonuncu yerə uyğun nəticə göstərmiş bir uşaq indi məhkəmədə necə işə qəbul olunub???». Hazırda geniş yazı çapa hazırlanır. Halal zəhməti ilə və dövlətdən bir manat belə yardım istəmədən ölkənin ərzaq istehsalında sinəsini qabağa verən YAP üzvü, titulları sinəsini bəzəyən… bir fermerə qarşı bu hərəkəti, ona qarşı qan donduran özbaşınalığı əks etdirən hadisələri bizdə oxuyun! «Təzadlar»ın Araşdırma Qrupu