Bilmək olmur bunlar icra başçılarıdır, yoxsa biznesmen... - Oliqarxiyaya gedən yol
Tarix: 29-04-2015, 09:56 | Çap et
DİA.AZ: - Redaksiyamız ənənəsinə uyğun olaraq hazırda vəzifə başında olan və məmur adından daha çox özünə biznesmen adını yaraşdıran icra başçıları ilə bağlı öyrənə bildiyi faktları diqqətinizə təqdim etməkdə davam edir. Qeyd edək ki, artıq DİA.AZ olaraq bu qəbildən bir neçə materialı diqqətinizə təqdim etmişik.
Bu gün isə sizə daha üç icra başçısının varidatı barədə məlumat vermək istəyirik. Hansı ki, həmin şəxslərin adı indiyə kimi bir sıra qalmaqallarda, o cümlədən biznes işlərində hallandırılıb. Başlayaq Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevdən. Son günlər adı mətbuatın gündəmindən düşmək bilməyən Adil Vəliyev icra hakimi postuna təyin olunana qədər biznes fəaliyyəti ilə məşğul olub. O, 2003-2012-ci illər ərzində özünün təsis etdiyi "Euro style" LTD şirkətində aktiv fəaliyyət göstərib. İcra başçısı təyin olunandan sonra isə şirkətin idarəçiliyini oğluna həvalə edib. Məmurun biznes fəaliyyəti ilə bağlı faktları diqqətinizə çatdırmamışdan öncə qeyd edək ki, Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib. 2003-2012-ci illər ərzində özü təsis etdiyi "Euro style" LTD şirkətində çalışıb. Prezidentin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Apardığımz araşdırmalar nəticəsində bəlli oldu ki, Adil Vəliyevin biznes imperiyasına iri obyektlər daxildir. Belə ki, "Porsche Bakı" mərkəzi, "Audi" və "Wolksvagen" kimi nəhəng avtomobil satışı mərkəzlərinin bu məmura məxsus olduğu bildirilir: "Paytaxtın məşhur şadlıq saraylarından biri hesab edilən "Sarı gəlin" də onun sərəncamında idi. Deyilənə görə, o başçı vəzifəsinə təyin olunandan sonra şadlıq evini yaxın dostlarından birinə bağışlayıb".
Əldə etdiyimiz məlumatlara görə, Adil Vəliyev 2012-ci ildən, yəni icra başçısı vəzifəsinə keçəndən bu yana şəxsi varidatını daha da artırıb. Məlumatlı mənbə dia-az.life-a açıqlamasında vurğulayır ki, Sabunçu rayonunun mərkəzi ərazilərini bir növ söküb yenidən quran başçı özünü və yaxın ətrafındakı insanları da yaddan çıxarmayıb: "Onun əmri ilə Bakıxanov qəsəbəsində yol kənarında yerləşən obyektlərin bir neçəsi söküldü. Başçı bu işlərin yolun genişləndirilməsi məqsədilə aparıldığını desə də, sonradan sökülən obyektlərin yerində özünə göydələn ucaltdı. Onun Sabunçu rayonunun ərazisində yerləşən obyektlərinin sayı-hesabı yoxdur. Bakıxanov dəmir yol stansiyasının yaxınlığındakı "AQAT" şadlıq sarayı da başçının biznes şəbəkəsinə daxildir. Bir sözlə, rayon rəhbəri həm özünə, həm də yaxın qohum-əqrabasına mükəmməl şərait yaradıb. Sabunçu sakinləri isə müxtəlif problemlərin əlində aciz qalıblar".
Adil Vəliyevin bacısı oğlu Şamil Həsənovun yaşadığı qlamur həyat isə başqa yazının mövzusudur. Ki, bu haqda gələn saylarımızda geniş məlumat verəcəyik.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev də ən varlı icra başçılarının sırasında göstərilir. Məlumat üçün bildirək ki, o 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 2006-cı ilin mart ayının 3-dən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. Mətbuat səhifələrində yazılan tənqidlərdən belə başa düşmək olar ki, Nəsib Məhəməliyev vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz torpaq satışı və digər xoşagəlməz işlərlə məşğul olub. Apardığımız qısa araşdırmaların nəticəsində öyrəndik ki, maliyyə imkanları hədsiz dərəcədə geniş olan məmur sahib olduğu kapitalın sayəsində paytaxtın bahalı ərazilərində ticarət obyektləri açmağa müvəffəq olub. Məlumata əsasən, başçının təkcə Nəsimi rayonu ərazisində onlarla ticarət obyekti fəaliyyət göstərir. Hələ bu harasıdır ki. Nəsib Məhəməliyevin "Vorovski"də dəyəri milyonlarla ölçülən imarəti, həyətində bir-birindən bahalı maşınlarının olması da yayılan məlumatlar arasındadır. Həmçinin qeyd etmək lazımdır ki, Nəsimi rayonunun rəhbərinin adı bir neçə dəfə qızıl biznesində çəkilib. Bildirilib ki, paytaxtdakı qızıl satışı mərkəzlərinin bir neçəsi icra hakiminin nəzarəti altındadır. İstənilən halda, vəzifəli şəxslərin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması qəbul edilən hal deyil. Adı müxtəlif qalmaqallarda hallandırılan icra başçılarından biri də Gülağa İslamovdur. Nə az nə çox düz 19 ildir ki, Xəzər Rayon İcra Hakimiyyətinə başçılıq edən məmur geridə qalan müddət ərzində saysız-hesabsız qanun pozuntularına imza atıb. Və nəticədə şəxsi sərvətini artırmağa nail olub. Etibarlı mənbələrin redaksiyamıza verdiyi məlumatlarda deyilir ki, Gülağa İslamovun Xəzər rayonunun ayrı-ayrı qəsəbələrində ət kəsimi məntəqələri, çay evləri, kafeləri, əyləncə mərkəzləri, avtomobil təmiri sexləri və avtoyuma məntəqələri var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|