"Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                 

Elman Rüstəmova daha əvvəlki inam qalmayıb... - Baş bankirin başı cəncəldə...
Tarix: 25-06-2015, 10:26 | Çap et
Elman Rüstəmova daha əvvəlki inam qalmayıb...
Son illər Mərkəzi Bank kommersiya banklarına təsir imkanlarını xeyli itirib
Bu ilin əvvəllərində manatın devalvasiyasından sonra çoxları bu qənaətdə idi ki, artıq yuxarılar Mərkəzi Bankın sədri Elman Rüstəmovla yollarını ayıracaq. Lakin gözləntilər özünü doğrultmadı və o, yenidən adıçəkilən bankın rəhbərliyində qalmağı bacardı. Beləliklə, artıq düz 20 il tamamdır ki, Elman Rüstəmov ölkənin bir nömrəli bankının sədri vəzifəsində çalışır. Təbii, bu illər ərzində ölkənin bank sektorunda bir sıra hadisələr baş verib.
Məsələn, bəzi banklar bu sektorun ağır şərtlərinə tab gətirməyib fəaliyyətinə son qoyub, bəziləri müxtəlif səbəblər üzündən adını və imicini dəyişdirməli olub, digərlərinin isə rəhbər şəxsləri istefaya göndərilib. Bu illər ərzində bank sektorunda dəyişməyən yeganə şey kredit faizlərinin ağırlığı və bir də Mərkəzi Bankın rəhbərliyidir. Bəli, Elman Rüstəmov məhz əlində olan resurslar hesabına son illər ölkənin ən imkanlı şəxsləri sırasında qərarlaşmağı bacarıb. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxs iddia edir ki, qeyri-rəsmi hesablamalara görə, onun sərvətlərinin illik artımı təxminən, 20 faiz civarındadır: "Heç kimə sirr deyil ki, bu gün ayrı-ayrı məmurların himayəsi altında fəaliyyət göstərən bir sıra banklar arasındakı rəqabət sağlam xarakter daşımır və hətta düşmənçilik həddinə çatmaq üzrədir. Təbii, Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi sektorda baş verənlərdən məlumatsız olduğunu düşünmək ağılsızlıq olardı. Çünki Elman Rüstəmov bank sektorunda yetərincə təcrübəsi olan şəxslərdən biridir və elə buna görə də o, hansı bankın hansı bankla düşmən mövqedə dayandığını, eləcə də bankların kimlərin himayəsində olduğunu çox gözəl bilir. Məsələn, Elman Rüstəmova da bəllidir ki, "Bank of Baku" rəhbərliyi özünə rəqib kimi gördüyü bəzi banklara qarşı xüsusi kompaniya həyata keçirir. Və bu tip kompaniyalar Mərkəzi Bankla razılaşdırıldıqdan sonra tətbiq olunur. Artıq çoxlarına bəllidir ki, "Bank of Baku" "Unibank"ın fəaliyyətinin dayandırılması üçün bir sıra tədbirlərə baş vurub. Bu məsələdən Elman Rüstəmov da kifayət qədər bilgilidir və hətta demək olar ki, konflikt Mərkəzi Bank rəhbərliyinin himayəsi altındadır. Yəni Mərkəzi Bank rəhbərliyi baş verənləri ən azından susması ilə təqdir etdiyini ifadə etməkdədir. Ümumiyyətlə, hazırda bir sıra banklar Elman Rüstəmovun himayəsi altında fəaliyyət göstərdiklərindən kredit faizlərini aşağı salmaqda maraqlı deyillər".
Bu arada, onu da nəzərinizə çatdıraq ki, parlamentin "Mərkəzi Bank haqqında" qanuna etdiyi əlavə və dəyişiklikləri şərh edən ekspertlər bildirirlər ki, Mərkəzi Bankın vəsaitlərinin böyük hissəsi əlindən alınır. Məhz bu mövqedən çıxış edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu, iki şeydən xəbər verir - ya Mərkəzi Bank rəhbərliyi etimadı itirib, deməli, bank sistemində vəziyyət doğrudan da çox ağırdır, ya da dövlətə xərclərini ödəmək üçün əlavə vəsait tələb olunur. Həmin qanunun 10.3-cü maddəsinə olunan dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək. Əvəzində, hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Onun nizamnamə kapitalından az olmamaq şərti ilə.
Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur". 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı - bir maliyyə ili təxirə salınmaqla - dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Ekspert iddia edir ki, Mərkəzi Bankın nizamnamə kapitalı kommersiya banklarınkından 5 dəfə aşağıdır, qanuna edilən dəyişiklikdən sonra kapital ehtiyatları da azalacaq: "Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bəzilərinin dediyi kimi, 50 milyard deyil. Təsəvvür edirsiniz: Mərkəzi Bankın nizamnamə kapitalı kommersiya banklarının kapitalından (onlarda 50 milyon manatdır) 5 dəfə aşağıdır. Mən gözləyirdim ki, bu biabırçı fərq aradan qaldırılacaq. Axı, əslində Mərkəzi Bankın kapitalı kommersiya banklarının kapitalından yüksək olmalıdır. Lakin Mərkəzi Banka əlavə kapital verilmədi. Bununla belə, indiyədək Mərkəzi Bankın kapitalı əhəmiyyətli deyildi. Çünki kapital ehtiyatları kapitalından yüksək idi: tədavülə buraxdığı nağd milli valyutanın 15 faizi miqdarında. Məsələn, 2014-cü ilin nəticələrinə görə, ehtiyatlar 210 milyon manata yaxındır. Yəni, nizamnamə kapitalından 21 dəfə çox! Amma edilən dəyişiklikdən sonra ehtiyatın məbləği də 10 milyon manat olacaq. Yəni, hal-hazırda Mərkəzi Bankın əlindən 200 milyon manat alınır. Bundan sonra Mərkəzi Bankın sərəncamında cəmi 20 milyon manat qalacaq". Ekspert bildirir ki, bank sektorunda ehtiyat zərəri ödəmək üçündür: "Qanuna edilən son dəyişiklik və əlavədən sonra Mərkəzi Bankın kapital ehtiyatları kəskin şəkildə azaldılacaq. Ehtiyat zərəri ödəmək üçündür. Ehtiyat azdırsa, deməli, zərərin ödənilməsi kapitalı tam "yeyə" bilər. Buna görə də, indiyə qədər qayda belə idi ki, Mərkəzi Bankın kapital çatışmazlığını dövlət ödəməli idi. Gözləmək olardı ki, bu qayda olduğu kimi qalacaq, çünki Mərkəzi Bankın kapital ehtiyatı onsuz da azaldılır. Lakin tam əksi olacaq. Dövlət kapital kəsirini pulla deyil, qiymətli kağızları ilə ödəyəcək, özü də dərhal yox, bir ildən sonra. Bu isə Mərkəzi Bankın özünün ağır vəziyyətə düşə bilməsi riskini artırır. Görünən odur ki, dövlətə əlavə pul vəsaiti lazımdır və bu pulu Mərkəzi Bankdan götürmək qərarındadır. Niyə Mərkəzi Bankdan? Çünki əvvəla həmin pullar Mərkəzi Bankın rəhbərliyinin səmərəsiz idarəçiliyindədir. Digər tərəfdən isə Mərkəzi Bankın əhəmiyyəti xeyli azalıb. Mərkəzi Bank nədir? Mərkəzi Bank ilk növbədə manatın emitentidir. Lakin hazırda güclü dollarlaşma prosesi gedir. Manatın əhəmiyyəti azalır. Paralel Mərkəzi Bank da mövqelərini itirir. O biri tərəfdən Mərkəzi Bank bank nəzarəti orqanıdır. Lakin son zamanlar bankların qarşısında dili çox qısadır və nəzarət edə bilmir. Banklar özbaşına qalıblar. Deməli, Mərkəzi Bank burada da zəifləyib. Buna görə Mərkəzi Bankla hesablaşmağa, sərəncamında artıq pul saxlamağa lüzum yoxdur".
Gördüyünüz kimi, ekspertin sözlərindən də belə aydın olur ki, Elman Rüstəmovun nöqsanlı fəaliyyəti nəticəsində son illər Mərkəzi Bank özünün çəkisini, nüfuzunu, kommersiya banklarına təsir imkanlarını xeyli itirib. Əgər belə davam edərsə, o zaman ölkənin bank sektoru ciddi problemlərlə üz-üzə qala bilər. Çünki ölkənin "baş bankir"i yuxarıların ona olan etimadını itirib. \\gundelik-baku.com \\
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru