Harınlamış məmur övladları üçün yeni dönəm - Hədəfdədirlər...
Tarix: 14-07-2015, 09:59 | Çap et
Məmur övladlarının harınlıq və qudurğanlığı qarşısı alınmaz prosesə çevrilib. Ölkə prezidentinin qudurğan, xuliqan məmur övladlarının ciddi cəzalandırılması, övladlarının hərəkətlərinə görə atalarının işdən azad olunacağı barədə səsləndirdiyi bəyanatlar cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Bununla bağlı görülən tədbirlər, neqativ davranışlara yol verən bəzi məmur övladlarının həbs edilməsi, atalarının işdən çıxarılması və ən yüksək səviyyədə mövzunun diqqətdə saxlanılmasına baxmayaraq hələ də irad və tövsiyyələrdən lazımi nəticə çıxartmayan məmur övladları yetərincədir.
Demək olar ki, hər gün ya dövrü mətbuatda, ya da sosial şəbəkələrdə hansısa məmur övladlarının yeni sərgüzəştləri haqda çeşidli informasiyalara rast gəlirik. Bu isə belə düşünməyə əsas yaradır ki, ictimai həyatımızda baş verən neqativlərin səbəblərini dərindən analiz etmədən, milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən hadisələrin səbəb-nəticə əlaqələrini izləmədən, təlimin, tərbiyənin, tədrisin, ictimai mühitin, genoloji faktorların vəhdətindən doğan kamil insan problemini ortaya gətirmədən bu sahədə pozitiv nailiyyətlər əldə edilməsini düşünmək çox tezdir. Bu baxımdan harınlıq edən məmur övladının hərəkətinə görə məsuliyyəti ilk növbədə onun valideynləri daşıyır. Zənginlik içərisində naz-nemətlə böyüyən, həyatda hər şeyi çox asanlıqla əldə edən məmur övladlarının bu şərtlər içərisində normal Azərbaycan vətəndaşı kimi yetişməsi kifayət qədər çətindir. Pulun və atasının vəzifəsinin hər şeyi həll edəcəyini düşünən bu ərköyün uşaqlar bunun belə olmadığını dərk edəndə isə çox gec olur: ya həbsxana hücrəsində nəyi harada yanlış etdiyini düşünərək, ya da vəzifədən çıxarılmış atasının əslində qanunlar qarşısında nə qədər gücsüz olduğunu müşahidə edərək əsl həqiqətləri başa düşür. Amma daha yaxşı olardı ki, bütün bunlar baş vermədən məmur övladları qanun qarşısında hamının bərabər olması həqiqətini qəbul edə. Belə olmayanda isə sosial qütbləşmə dərinləşir, bir qrup məmur insanları talayaraq, özlərinə şərait qurur, qanundankənar əməllərlə məşğul olur, xirtdəyə qədər koorupsiyaya batırlar. Sözsüz ki, bu da narazılığa səbəb olur. Yəni, artıq məmur və onların harınlamış övladları insanlarda qıcıq yaradır. Çox da uzaq olmayan keçmişimizdə İsmayıllıda, Qubada məhz bu kontekstdə narazılıqlar oldu. Pulun, var-dövlətin hansı yolla, necə qazanılmasından ümumiyyətlə xəbərləri olmayan “papanın gül balaları” zənginlikləri ilə öyünür, sosial şəbəkələrdə bahalı avtomobillərinin fotolarını paylaşır, dünyanın lüks məkanlarındakı istirahətlərindən görüntülər yayınlayırlar. Sanki bir-birilə bəhsə girişiblər. Bahalı avtomobillərini, yaxtalarını, istirahət etdikləri məkanları, toy-nişan mərasimlərini və ora dəvət etdikləri Hollivud ulduzlarını, Türkiyə məşhurları ilə birgə şəkillərini, hətta qol saatlarını da bütün ölkəyə nümayiş etdirənlər də var. Konkret misallara gəlincə isə bununla bağlı çoxsaylı faktlar göstərmək olar. Yuxarıda da qeyd etdiyimiz kimi araşdırmalardan sonra elə məlum İsmayıllı olaylarının birbaşa o zaman Əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Füzuli Ələkbərovun oğlu sayəsində "körükləndiyi” bəlli oldu. Sıralanmanın növbəti həlqəsində isə biz Xəzər Dəniz Gəmiçiliyinin sabiq şefi Aydın Bəşirovun oğlunu gördük. Onun ov görüntüləri və digər məcaraları gündəmi zəbt etdi. Daha sonra Bakı Şəhər Prokurorluğunun istintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə "avtoşluq” fotolarını yaydı. Məlum oldu ki, istintaqa nəzarət etməli şəxs heç oğluna nəzarət edə bilmirmiş. Bu yaxınlarda isə millət vəkili Elton Məmmədovun oğluyla bağlı bəlli qalmaqal yaşandı. Hesab edirik ki, siyahını uzatmamaq daha yaxşıdır, ən azından ona görə ki, bütün bunlar Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Məsələnin maraqlı cəhəti isə bu tip olayların Azərbaycan cəmiyyətinin mənəvi düsturları ilə tərs mütənasiblik təşkil etməsidir. Belələri unudur ki, zənginlik ayıb deyil, ayıb olan zənginliyin başqalarına nümayiş etdirilməsi və insanın bununla öyünməsi, özünü başqalarından üstün, yüksək tutmasıdır. Bəzi məmurların öz ailəvi mərasimlərinə ağlasığmaz məbləğə xarici ölkələrdən müğənnilər dəvət etməsi əlbəttə ki, yalnız harınlamağın əlamətidir.Harınlıq isə əvvəl-axır istənilən insanı fəlakətə düçar edir. Elə son illərin statistikasına nəzər salsaq görərik ki, onlarla məmur övladının qudurğanlığı və harınlığının qurbanına çevrilib. İşdən azad edilənlər də var, övladları həbs edilənlər də... Amma baş verənlərdən hələ də müvafiq nəticəni çıxartmayan məmur və övladlarının çoxluğu yalnız təəssüf doğurur. Sonda ölkə prezidenti İlham Əliyevin məşhur və məlum açıqlamasını da elə onlar üçün xatırladırıq: “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının da rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|