Mikayıl Cabbarov nədən bu adamlardan imtina edə bilmir? - Təhsil sistemində Misir Mərdanov fırtınası...
Tarix: 27-07-2015, 10:05 | Çap et
Etiraf etmək lazımdır ki, sabiq nazir Misir Mərdanov vəzifədən azad ediləndən sonra ölkəmizin təhsil sistemində bir sıra yeniliklər baş verdi. Belə ki, yeni nazir Mikayıl Cabbarov bu sahədə uzun illərdir oturuşmuş korrupsiya şəbəkəsini əhəmiyyətli dərəcədə dağıtmış oldu. Əgər əvvəllər rayon təhsil şöbələri, orta ixtisas təhsili müəssisələri ilə bağlı korrupsiya halları tez-tez üzə çıxırdısa, indi xeyli səngiyib. Təbii ki, bu işdə nazirin apardığı kadr islahatları mühüm rol oynadı. Mikayıl Cabbarov Misir Mərdanovun kadrlarının əksəriyyətini işdən xaric etməklə Təhsil Nazirliyində yeni komanda və mərhələ formalaşdırmağa başladı. Buna rəğmən, keçmiş nazirin kadrlarından bir neçəsi - hansı ki, onların adı indiyə kimi müxtəlif maliyyə yeyintilərində, xoşagəlməz işlərdə çəkilib - vəzifələrini qorumağı bacardılar. Onlardan biri Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov, digəri isə dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdır. Bu şəxsləri oxucularımıza geniş tanıtmağa gərək görmürük. Ona görə ki, sözügedən şöbə müdirləri bu vaxta qədər dəfələrlə mətbuatın gündəminə gəliblər və barələrində kəskin tənqidlər səsləndirilib. Lakin hansısa səbəblərə görə nazir Mikayıl Cabbarov Mərdanovun bu iki yadigarına toxunmadı, bəlkə də toxuna bilmədi. Elə bunun nəticəsidir ki, adlarını qeyd etdiyimiz şöbə müdirləri yenə də köhnə əməllərini davam etdirir və yeni nazirin həyata keçirdiyi islahatların uğurla nəticələnməsinə imkan vermirlər. Həm Fərzəli Qədirovun, həm də Faiq Şahbazlının həyata keçirdiyi bəzi qanunsuzluqlar barədə sizlərə məlumat vermək istəyirik. Ölkənin təhsil ictimaiyyətinə yaxşı məlumdur ki, Misir Mərdanovun vaxtında, elə indi də nazirliklə bağlı olan bütün kadr məsələləri, yəni işə götürmə, işdən çıxarma və digər mühüm işlər strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin rəhbərinin tam nəzarəti altındadır. Araşdırmalar göstərir ki, müəllimlərin işə qəbulu, onların yerlərinin dəyişdirilməsini şöbə müdirindən xəbərsiz heç kim həyata keçirə bilməz: "Şöbə müdirinin müəyyən etdiyi "rüsumlar" şəhərlər və rayonlar üzrə dəyişir. Məsələn, Bakıdakı təhsil müəssisələrində işə düzəlmək istəyən müəllimlərdən daha çox alınır. Bunun üçün işə qəbul olmaq istəyən şəxs mütləq vakant yerlərə imtahanda iştirak etməlidir. Bu imtahan əslində formal xarakter daşıyır və bu yolla sırf şəffaflıq görüntüsü yaratmağa çalışırlar. Fərzəli Qədirov neçə ildir ki, eyni prinsiplə işləyir və ötən müddətdə özünə oliqarxlar səviyyəsində maliyyə kapitalı toplamağı bacarıb. Deyilənə görə, şöbə müdirinin bahalı villaları, mənzilləri, avtomobilləri və daha nələri var. Onun fəaliyyətini araşdırıb bu qədər sərvəti hansı yolla əldə etməsini aydınlaşdırmaq mümkün olar. Təəssüf ki, əlaqədar dövlət qurumlarının nümayəndələri hələ ki, bu istiqamətdə tədbir görmürlər. Fərzəli Qədirovun dayağı deyəsən, çox möhkəmdir. Mikayıl Cabbarov ona bata bilmədisə, deməli şöbə müdiri yüksək səviyyədə müdafiə olunur. Təhsil Nazirliyindəki mövcud problemlər şöbə müdirinin bu qurum üçün uğurlu kadr olmadığını deməyə əsas verir. O nazirliyin kadr siyasətini düzgün şəkildə həyata keçirməyi bacarmır. Sırf şəxsi maraqları üçün işləyir. Bakıdakı məktəblərin, kolleclərin, peşə təhsili müəssisələrinin rəhbər işçilərinin demək olar ki, hamısı şöbə müdirinin kadrlarıdır. Daha doğrusu, onlar məhz Fərzəli Qədirovun əli ilə vəzifəyə təyin olunublar. Sözsüz ki, bunun müqabilində şöbə rəhbərinin xəcalətindən çıxıblar". Qeyd edək ki, işini layiqli şəkildə yerinə yetirə bilməyən şöbə müdiri dəfələrlə təhsil ekspertlərinin də tənqidinə tuş gəlib. Maraqlıdır ki, o indiyə kimi bu tənqidlərin heç birinə cavab verməyib və özbaşına əməllərini davam etdirib. Təhsil Nazirliyinin fəaliyyətini iflic edən, lap dəqiq desək Mikayıl Cabbarovun əməyini yerə vuran şəxslərdən biri də dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdır. Məlumat üçün bildirək ki, bu şəxs vəzifədə olduğu gündən etibarən dərsliklərin hazırlanması məqsədilə dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb. Buna baxmayaraq, hər dərs ilinin əvvəlində dərsliklərdə çox böyük nöqsanlar üzə çıxır. Xatırladaq ki, bir müddət əvvəl Faiq Şahbazlının adı plagiat dərsliklərin hazırlanmasında hallanmışdı. "Bu plagiat dərsliklərin hamısının qrif məsələsinə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı baxır. Ayrı-ayrı dövlət qurumları dərsliklərlə bağlı hər şeyi açıb-tökürlər, amma Təhslil Nazirliyində heç bir tərpəniş yoxdur. Sanki bu yazılanların, deyilənlərin, ortaya qoyulan faktların Faiq Şahbazlıya aidiyyəti yoxdur. Narahat olmaq əvəzinə, tənqidçilərin hərəsini bir yolla susdurmağa çalışırlar. Hər halda, zərərin istənilən yerindən qayıtmaqda fayda var. Ümid edirəm ki, yaxın vaxtlarda dərslik nəşri işində lazımi qayda-qanun yaradılacaq və nəhayət bu strateji sahə ölkəni başına götürmüş dərslik dəllallarının qurduğu "hörümçək toru"ndan xilas ediləcək", deyə təhsil ekspertləri öz iradlarını bildiriblər. Bizə verilən məlumatlara görə, şöbə müdiri vəzifəsindən sui-istifadə edib strateji sahə olan dərslik nəşri məsələsini illərdir ki, öz istədiyi kimi həll edir: "Bunun da nəticəsində büdcənin külli miqdarda vəsaiti hər il havaya sovrulur. Bu adam dərsliklərin nəşrini özünə yaxın mətbəələrə həvalə edir və nəticədə ordan öz "faiz"ini götürür. Bu işə milyonların sərf edildiyini nəzərə alsaq şöbə müdirinin nə qədər qazanc əldə etməsini müəyyənləşdirmək elə də çətin olmaz". Hamıya məlumdur ki, dərsliklərimizin acınacaqlı vəziyyəti uzun müddətdir mətbuatın əsas müzakirə mövzularından biridir. Bu məsələ həm təhsil ekspertlərini, həm də pedaqoji ictimaiyyəti ciddi şəkildə narahat edir. Hətta TQDK sədri Məleykə Abbaszadə rəsmi açıqlamalarında ölkədəki dərsliklərin tələblərə cavab vermədiyini dəfələrlə açıqlayıb. Aparılan araşdırmalardan sonra müəyyən olunub ki, Təhsil Nazirliyinin ən korrupsiyalaşmış şöbələrindən biri dərslik və nəşriyyat şöbəsi olub. İddialara görə, hər il milyonlarla manat dövlət vəsaiti şöbənin rəhbərliyinin qanundan kənar əməlləri nəticəsində mənimsənilib: "Şöbə müdirinin gəlir sahəsi dərsliklərin, gündəliklərin və digər məktəb ləvazimatlarının nəşri ilə bağlıdır. Onun "əməyi" sayəsində dərsliklərin böyük bir qismi yenidən işlənməli və nəşr olunmalıdır. Bu isə yenidən milyonlarla manat dövlət vəsaitinin bu sahəyə xərclənməsi deməkdir. Hər il bu proses təkrarlanır və əlavə dərslik nəşrinə külli miqdarda vəsait israf edilir". Deyilənə görə, dərsliklərin keyfiyyətsizliyinin əsas səbəblərindən biri də Faiq Şahbazlının həmin dərslikləri İranda çap etdirməsidir. Məlumata əsasən, şöbə müdiri daha ucuz başa gəlsin deyə dərsliklərin böyük qismini uzun illər boyu İranda çap etdirib və həmin dərsliklər ölkəyə qanunsuz şəkildə daxil olub. Diqqətinizə çatdırmaq istəyirik ki, bu ittihamla bağlı indiyə qədər heç bir mətbu orqan tərəfindən araşdırma aparılmayıb. Biz çalışacağıq ki, yaxın günlərdə Faiq Şahbazlının İranla əlaqələrinə aydınlıq gətirək və dərslik nəşrinə ayrılan milyonların necə mənimsənildiyini ortalığa çıxaraq. Yazının sonunda hörmətli Mikayıl Cabbarova demək istəyirik ki, Fərzəli Qədirov və Faiq Şahbazlı sizin fəaliyyətinizə kölgə salmaqla məşğuldur. Əgər bu şəxslər nazirə kömək etmək istəsəydilər, qanunsuz işlərindən əl çəkərdilər. Amma biz görürük ki, Mikayıl Cabbarov vəzifəyə keçəndən sonra şöbə müdirlərinin fəaliyyətindəki neqativ hallar daha da artıb. Görünür, onlar hələ də Misir Mərdanovun vəzifədən çıxarılması ilə barışa bilmirlər. Fikrimizcə, adı çəkilən şöbə müdirləri tutduqları vəzifədən azad edilsələr, Təhsil Nazirliyindəki əsas problemlər aradan qaldırılmış olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
|