Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar... - Heç dammır da ki göl olsun...
Tarix: 14-08-2015, 10:27 | Çap et
Birbaşa mətləbə keçib, Göyçay rayonu Hüngütlü kəndinin içməli su təchizatında yaradılmış süni problemdən söz açacağam. Məsələ bundadır ki, rayon mərkəzinin lap qulağının dibində yerləşən bu kəndə içməli su xətti hələ 1970-ci illərdə çəkilib, özü də birbaşa evlərə. O vaxtdan da bu günədək təsadüfi hallar istisna olunmaqla fasiləsiz su verilib. Amma təxminən bir il əvvəl hardansa axan qara buludlar Hüngütlünün başının üstünü alır. Məlum olur ki, Kənd İnvestisiya Layihəsi çərçivəsində təxminən 40 ildir camaatı su ilə təmin edən boru xətti yenisi ilə əvəz ediləcək. Nəticədə isə köhnəlib-paslamış borulardan su sızıntısının qarşısı alınacaq. Müxtəlif söyləntilərə əsasən, su xəttinin yenilənməsi məqsədilə 40 min manatdan artıq vəsait də aylırıb. Amma qəribədir, işin icrasına hələ başlamamış kimlərsə tərəfindən səlahiyyət almış bir-iki kənd sakini ev-ev gəzərək 20 manatdan pul toplayıb. Pul yığılarkən isə belə əsas gətiriblər ki, qanuni olan bu yolla layihəyənin icrasına dəstək vermək istəyirlər. Xülasə, camaata vəd verilir ki, ən qısa vaxtda kəndin bütün evlərinə keçmişdə çəkilən su xətləri dəyişdiriləcək və bununla da problem kökündən çözüləcək. Xatırlayıram, Novruz bayramında kəndin girişindən çıxışınadək - mərkəzi küçə boyunca yeni xəttin çəkildiyini görmüşdüm. O vaxt yerlilər mənə demişdilər ki, təxminən dörd min metr uzunluğunda, el arasında "şlank" deyilən plastik kəmər çəkilib. "Şlank" kəndin girişində 100 mm, çıxışında isə 25 mm diametrindədir. Yeri gəlmişkən, camaat belə kiçik diametrli boru ilə bütün evlərə normal təzyiqli suyun veriləcəyinə şübhələrini gizlətmirdir. Amma icraçılar da əsas gətirirdilər ki, əksinə, bu halda təzyiq güclü olacaq və sair… Qısası, gözdağı olan "şlank"lar bu yay 45-50 dərəcə istidə yanan insanların odunu söndürmədi. Camaat da bir neçə dəfə Rayon İcra Hakimiyyətində şikayətdə olub, hətta məsul şəxslər tərəfindən qəbul ediliblər, hər dəfə də söz verilib ki, narahat olmayın, su veriləcək… …Deyir, sən saydığını say, gör fələk nə sayır. Sirrin üstü indi açılır. Sən demə Kənd İnvestisiya Layihəsi çərçivəsində çəkilən içməli su xətti evlərə deyil, kəndarası küçə üçün nəzərdə tutulubmuş. Özü də təxminən hər 500 metrdən bir 3 yerdə krant (yerli icra nümayəndəliyi və su idarəsi bunu bulaq adlandırır - V.T.) qoyulub. Yəni 35 il ərzində suyu evinin mətbəxində qəbul edən sakinlər bir vedrə su üçün sözügedən bulaqlara qədər yarım kilometr yol getməlidir.
Yeri gəlmişkən, suyun evlərə deyil, yalnız kəndarası uzanan şlanklara verilməsi xəbərini əsas icraçı - Kənd İnvestisiya Layihəsinin mətbuat xidmətindən də təsdiqlədilər. Dedilər ki, kənddə bir neçə yüz ev var, onların hamısına ayrı-ayrılıqda xətt çəkməyə maddi imkanları yetmir. Yəni Dünya Bankı tərəfindən ayrılan vəsaitdən xərcləyərək bu layihəni həyata keçiriblər. Buna baxmayaraq, o da vurğulandı ki, xəttin tikintisi başa çatdıqdan sonra rəsmi surətdə yerli bələdiyyəyə təhvil verilir. Bələdiyyə isə artıq həmin boru xəttindən evlərə suyun paylanmasını təmin etməlidir. Bu yerdə onu da vurğulayım ki, yeni kəmərin tikintisi zamanı müxtəlif diametrli şlanklardan istifadə edilməsi faktı layihə rəsmisini təəccübləndirdi. O, tikintinin plastik borularla aparılmalı olduğunu dedi. Nə edək, fakt faktlığında qalır, babalı günahkarın boynuna… Camaat günahın böyük qismini bölgənin içməli su ilə təminatına cavabdeh olan su idarəsində görürdü. Mən də mərkəzi Ucar şəhərində yerləşən idarəyə telefon açıb rəis müavini Elvin İbrahimovla qısa söhbət elədim. Müsahibim dedi ki, Hüngütlü kəndinə içməli su xətti 1979-cu ildə çəkildiyi üçün artıq çürüyüb, istifadəyə yararsız hala düşüb. Ona görə də şəbəkənin yenilənməsinə ehtiyac vardı. Buna baxmayaraq, o, xəttin çəkilişində iştirak etmədiklərini də əlavə etdi. Elvin İbrahimov onu da dedi ki, təmsil etdikləri idarə böyük işlər görməkdədir. Hazırda Ucar şəhərinin içməli su şəbəkəsinin yenilənməsi ilə məşğuldurlar. Eləcə də Göyçayın 4 kəndində eyni prosesi başa çatdırmalıdırlar. Yəqin ki, bu proses çərçivəsində Hüngütlü kəndinin sakinlərinin də suya həsrəti sona çatar. Göyçay Rayon İcra Hakimiyyətindən də qeyri-müəyyən cavab aldım. İcra Hakimiyyətinin sözçüsü Arif Yusubov bildirdi ki, "Kreml birdən-birə tikilməyib, Hüngütlünün problemləri də nə vaxtsa həllini tapacaq". Dedi ki, yeni başçı təyin olunan gündən bəri az müddətdə yığılıb-qalmış xeyli problemi aradan qaldırmağa çalışır. Sual verdim ki, bir ildən artıqdır Hüngütlünün içməli su şəbəkəsi sıradan çıxarılıb, yeni kəmər çəkilir deyib, köhnənin də fatihəsini verdilər. Camaatdan pul da yığıldı, amma necə deyərlər, it də getdi, ip də. İcra Hakimiyyətinin rəsmisinə "35 il ərzində camaatın həyətinə, hətta mətbəxinin krantına gələn suyu kəsiblər, üstəlik hər evdən 20 manat da yığıblar ki, daha təzyiqli su veriləcək yenilənəcək borulara. Amma neçə vaxtdır insanlar su üzünə həsrət qalıblar" deyəndə, maraqlı cavab eşitdim. Bildirdi ki, "Biz altı aydır işləyirik, kimsə xətt çəkib və ya pul yığıb, bunu bizə niyə deyirsiniz?". Cavab verdim ki, "Kənd də, sakinlər də Göyçaya məxsusdur və bu rayona da məhz İcra Hakimiyyəti nəzarət edir. Bəyəm sizdən əvvəl yaranan problemlər tarixə qovuşmalıdır?". Nə isə, A.Yusubov söhbəti tamamlamaq üçün dedi ki, problem mütləq həll olunacaq. Amma nə vaxt, bunu deyə bilmədi. Yazımız çapa hazırlanarkən "Azərsu" ASC-nin mətbuat xidməti ilə də əlaqə saxladıq. Buradan da Hüngütlü kəndini içməli su problemi ilə üz-üzə qoyanların cavabını təkrarladılar: "Yaxın vaxtlarda kənddəki bütün abonentlərə mərkəzi xətdən suya çıxış veriləcək və hər bir ev sayğacla təmin olunacaq". "Azərsu" ASC-nin nəzərinə çatdıraq ki, bir neçə il əvvəl kəndin bütün abonentləri sayğacla təmin olunub, amma qısa vaxtdan sonra su idarəsinin əməkdaşları həmin sayğacları söküb aparıblar…
P.S. Bildiyim qədər, o kəndə yarım kilometrdən bir bulaq qoyarlar ki, orada ümumiyyətlə əvvəllər içməli su şəbəkəsi mövcud olmayıb və bu layihə yerli camaat üçün irəliləyiş sayılar. Amma Hüngütlünün timsalında 1979-cu ildən hər bir evin həyətinə su çəkilibsə, bu kəndin bir neçə bulağa ehtiyacı vardımı? Belə çıxır ki, sakinləri evlərinə gələn suyu kəsərək uzaq məsafədən su gətirməyə məcbur ediblər. Maraqlı yanaşmadır, bu da inkişaf, irəli getməkdənsə, kimlərsə kəndin inkişafını 35 il əvvələ qaytarır, heç kim də onlara "gözün üstə qaşın var" demir…
Vüsal Tağıbəyli
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
|