Akif Səlimov şikayətçiləri hədələtdirməklə nəyə nail olmaq istəyir? - QALMAQAL
Tarix: 1-09-2015, 10:25 | Çap et
DİA.AZ: - Laçın rayonunda yerli məmurlarla vətəndaşlar arasında gərginlik səngimək bilmir. Qeyd edək ki, az əvvəl Laçın RİH adından dia-az.life-a ünvanlanan şikayət məktubuna olan reaksiyanı təqdim etmişdik. Dünən isə RİH-in mövqeyinə narazı tərəfdən reaksiya gəlmişdi və həmin reaksiyanı diqqətinizə çatdırdıq.
Yeri gəldiyindən həmin müraciəti dia-az.life olaraq olduğu kimi təqdim edirik:
"Sizin saytınızda gedən "Cənab Prezident bizi A.Səlimovun zülmündən xilas edin" başlıqlı yazıyla bağlı Laçın Rayon İcra Hakimiyyətinin açıqlamasında heç bir əsas olmadan adımın hallanması məni həddindən çox narahat etdi.Əvvəla onu deyimki rayonumuzdakı hazırki vəziyyətə uyğun olaraq hər hansı bir vəzifə əldə etməyim üçün maddi imkanım yoxdur və buna görədə vəzifə iddiasında deyiləm.Gələcəkdə maddi durumum yaxşılaşarsa xahişsiz filansız pulumu verib vəzifəmi alaram.Bir rayondakı saxta əmək kitabçası düzəltməklə, Kişini qadın yerinə analıq məzuniyyətinə çıxardanı, saxta diplomlunu və.s vəzifə verilirsə xa hişə ehtiyac yodur. Sadəcə Al-ver. Laçın RİH-dən vəzifələrin pulla verilməsi iddiama etiraz edilərsə A.Səlimovun "kadırları" haqda sizə təkzibolunmaz faktlar təqdim edəcəyəm. İnanıram ki, bu faktlar qarşısında aidiyyatı orqanlar susmayacaq. Əsas məsələ odur ki, nədən məhz mənim adım hallanır. 2012-ci ildə Laçın RİH-nın sabiq Başçısı R.Cəbrayılovla münasibətlərim pozulmuşdu.Həmin vaxtı Laçın RİHA-da Ümumi Şöbə müdiri işləyən E.Qasımov gizli yollarla bizə faktlar ötürürdü. Hətda xeyriyyə fondunundan dolayı yollarla çıxarılmış pulların cədvəllərinin surətlərinidə bizə ötürmüşdü. Sonradan R.Cəbrayılov biləndəki bizə məlumatları E.Qasımov ötürür onu dərhal dövlət sirrini yayma maddəsi ilə tutduğu vəzifəsindən uzaqlaşdırdı.R.Cəbrayılovun görəvindən götürülməsini planlaşdıran və şikayətçilərə fakt ötürməyi E.Qasımova tapşıran qüvvələr A.Səlimov Başçı təyin olunduqdan sonra E.Qasımovu yenidən Ümumu şöbəyə müdir təyin etdirdilər. Lakin E.Qasımov hesab edir ki, həmin vaxtlarda E.Qasımovun bizə fakt ötürməsini R.Cəbrayılova kimsə bizim ailədən deyib.Bunun üçündə bizim ailədən qisas almaq istəyir. Göstərdiyim məsələlərin hansı rayonlarda və kimlərin evlərində təşkil olunması, təşkilatçılar və rayondakı icraçılar barədədə yaxın günlərdə mətbuata geniş məlumat verəcəyəm. Laçın Rayonunun Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu"
DİA.AZ bildirir ki, daha bir adından təkzib xəbəri yayılan Laçın sakini redaksiyamıza etirazını ünvanlayıb. Həmin müraciəti də olduğu kimi təqdim edirik:
"Hörmətli Dünya İnformasiya Agentliyi! Laçın rayon İcra Hakimiyyəti rəsmisinin sizin agentliyə verdiyi açıqlamada göstərib ki, guya mənimlə əlaqə saxlanıb və mən bildirmişəm ki, Cənab preziden t bizi A.Səlimov zülmündən xilas edin başlıqlı yazıdan xəbərim yoxdur.Əvvəla həmin yazını internet portallarına verdiyimiz günü mən pasportumla Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya teleqramla müraciət etmişəm. Adıgedən yazı saytlarda dərc olunduqdan sora Laçın İcra Hakimiyyətinin Ümumu Şöbə müdiri E.Qasımov mənə zəng etdi Məhkəməyə verəcəyi ilə məni hədələdi və mən israrla bildirəndəki yazını biz yazmışıq onda mənə bildirdi ki, sənə maddi köməklik edəcəyik yazılı məlumat ver ki həmin yazıdan mənim xəbərim yoxdur. Mənsə E.Qasımova etirazımı bildirərək dedimki yazını özümüz vermişik və şikayət ərizələri ilədə müraciət etmişik. Onuda xüsusi olaraq qeyd edirəm ki, Həmin yazıdan M.Baxışovun xəbəri olmayıb.Laçın İcra Hakimiyyəti yenə də kimisə şantaj etməklə bizi susdurmaq istəyir. Laçın Rayonun Şeylanlı kəndindən məcburi köçkün Mayılov Lətif Şəmil oğlu AZE -03331902"
Onu da xatırladaq ki, az əvvəl Laçın RİH adından göndərilən müraciətdə belə deyilirdi: "Laçın rayonunun Şeylanlı kənd sakinləri və yaxın qohumlar olan Baxış Baxışovun, Lətif Mayılovun, İntiqam Baxışovun, Baxşeyiş Xudayarovun, Rəmziyyə Baxışovanın, Bəhruz Baxışovun adından saytınızda dərc olunmuş yazı ilə bağlı bildiririk ki, həmin yazı şəxsi istəklərə dolayı yollarla nail olmaq üçün yazılmış, yalan, böhtan və iftiradan ibarətdir. Müraciətdə adı qeyd olunmuş Lətif Mayılovla əlaqə saxlanılmış, o, belə bir müraciətdən məlumatsız olduğunu və bu məsələdən hiddətləndirdiyini bildirmişdir. Göründüyü kimi Lətif Mayılovun adı həmin müraciətə məqsədli şəkildə əlavə edilmişdir. Məlumat üçün bildiririk ki, İntiqam və Bəhruz Baxışovlar Baxış Baxışovun oğlu, Rəmziyyə Baxışova qızı, Baxşeyiş Xudayarov əmisioğludur. Məlum olmuşdur ki, Baxşeyiş Xudayarov yay mövsümü ilə bağlı Daşkəsən yaylaqlarında olduğu üçün həmin müraciətə ümumiyyətlə imza atmamışdır. Yaxın qohum olan bu ailələr demək olar kİ, hər il dövri olaraq ayrı-ayrı şəxslərdən yerli-yersiz şikayət ərizələri yazır, diqqəti cəlb etmək, məsələni qabartmaq üçün heç nədən çəkinməyərək heç cür məqbul hesab edilməyən məzmunlu şikayətlər yazmağı özlərinə şərəf bilirlər. Müəyyən edilmişdir ki, həmin müraciəti Baxış Baxışovun oğlu Müqabil Baxışov təşkil edərək ayrı-ayrı saytlara göndərmişdir. Müqabil Baxışov 2014-cü 1 may tarixədək Laçın Rayon Təhsil şöbəsində metodist vəzifəsində işləmiş, həmin tarixdə iş yerinə heç bir məlumat vermədən xarici ölkəyə getmiş, 11 aydan sonra, yəni 2015-ci il 15 aprel tarixdə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonuna qayıtmışdır. O, üzrlü səbəb olmadan uzun müddət iş yerinə gəlmədiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən daşıdığı vəzifədən azad edilmişdir. Müqabil Baxışov xarici ölkədən qayıtdıqdan sonra Laçın Rayon Təhsil şöbəsində qəbulda olmuş, iş yerinə qaytarılmasını bildirmişdir. Lakin o, üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə vəzifədən azad olunduğuna görə onun həmin vəzifəyə qaytarılması mümkün olmamışdır. Müqabil Baxışov bundan sonra Laçın Rayon Təhsil şöbəsinin müdiri Malik Vəlievin barəsində ayrı-ayrı saytlarda onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən məlumatlardan ibarət həqiqətə uyğun olmayan yazılar göndərmiş, bundan sonra sonuncu özünün şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Laçın Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda həmin işə məhkəmə qaydasında baxılır. Müqabil Baxışov, atası Baxış Baxışov və qardaşı İntiqam Baxışovla birlikdə 2015-ci il 26 avqust tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşlar. Onlar Müqabil Baxışovun arzusunda olduqları məsul bir vəzifə üzrə iş məsələsi həll olunmadığı təqdirdə arasıkəsilməz şikayətlərə başlayacaqlarını bildirərək çıxıb getmiş və bundan sonra heç bir fakta əsaslanmadan reallıqdan qat-qat uzaq olan, özlərinə məxsus uydurmalardan ibarət məlumatlar dolu şikayətlər yazaraq “dia-az.life” saytına və digər xəbər portallarına göndərmişlər. Baxışovların müraciətində yazılanlar yalan, böhtan və iftiradan ibarət məlumatlar olduğundan onların belə haqsız yazılarına sosial şəbəkələrdə də sağlam düşüncəli vətəndaşlar real münasibətlə yanaşaraq onların düzgün olmayan belə hərəkətlərini kəskin şəkildə pisləmişlər".
DİA.AZ yenə də bütün maraqlı tərəfləri dinləməyə hazırdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
|