Minlərlə şəmkirli icra başçısına görə ayağa qalxdı - Alimpaşa Məmmədov balıq biznesinə əl qoydu və...
Tarix: 8-09-2015, 09:20 | Çap et
Şəmkir rayonunda hüquqları tapdalanan vətəndaşlar etiraz aksiyası keçirməyi planlaşdırır. Bununla bağlı "Unikal" qəzetinə müraciət edən şikayətçilərin sözlərinə görə, icra başçısı Alimpaşa Məmmədov Şəmkirçay su anbarını tam şəkildə nəzarətinə götürüb və bu adıçəkilən anbardan qanuni şəkildə balıq ovlayaraq ailələrini dolandıran yüzlərlə balıqçının sərt şəkildə etirazına səbəb olub.
"Unikal" qəzetinə müraciət edən balıqçılar bildirir ki, onlar bütün qanuni prosedurları həyata keçirərək balıq ovu ilə məşğul olurlar, ancaq artıq icra başçısı bu biznesə əl qoymaq istədiyindən balıqçıların Şəmkirçay su anbarına gedən yolları bağlanıb: "Biz hər il müvafiq qaydalara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə balıqçılıq fəaliyyətilə məşğul olmaq üçün lisenziya alırıq. Həmin lisenziya biletinin vaxtı hər ilin sentyabrından aprelə qədər olan zaman intervalını əhatə edir. Biz hər il aldığımız icazə lisenziyası ilə balıq ovu ilə məşğul olur və bununla ailəmizin ruzisini qazanırdıq. Amma gözləmədiyimiz halda bu il bizə su anbarına yaxınlaşmaq qadağan olunub. Bu qadağanın əsasında isə icra başçısı Alimpaşa Məmmədovun qanunsuz əmri dayanır". Hazırda Şəmkirçay su anbarının polislər tərəfindən mühasirəyə alındığını bildirən balıqçılar icra başçısının müdaxiləsindən sonra ailələrini dolandırmaqda çətinlik çəkdiklərini iddia edirlər. Onlar artıq aksiyaya qərar verdiklərini bildirirlər: "Bizim artıq başqa yolumuz qalmayıb. Biz Şəmkir - Bakı yolunu bağlamaqla məsələni ictimailəşdirmək və icra başçısının qanunsuzluqlarını yuxarı dairələrin diqqətinə çatdırmaq istəyirik". Onu da nəzərə çatdıraq ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov rayona gəldiyi gündən qeyri-adi hərəkətləriylə mətbuatın gündəmindən düşmür. Onun adı gah 250 min manatlıq şou-proqramlarda, gah ölkənin müdafiə naziri tərəfindən döyülmədə, gah da rayonda keçirilən Beynəlxalq Şahmat Turnirində gülünc doğuran hərəkətlərdə hallanıb. Məlumata görə, ölkə başçısının dəfələrlə Şəmkirin sosial inkişafı üçün ayırdığı maliyyə vəsaitlərinin də düzgün xərclənmədiyi, böyük məbləğdə yeyinti faktlarının olduğu üzə çıxıb. Bildirilir ki, bütün bunlar Alimpaşa Məmmədovu ciddi şəkildə qorxuya salıb. Çünki o, ölkə başçısının onunla bağlı sərəncamını hər an gözləyir. Bundan əlavə, mətbuatın bir müddət əvvəl yazdığına görə, A.Məmmədovun idarəetmə mexanizmi ilk vaxtlar böyük səs-küyə səbəb olmuşdu. Onun təyinatdan sonrakı kadr dəyişiklikləri də səssiz ötüşməmişdi. Şəmkirin polis rəisi Şükür Mehdiyevin qəfil işdən azad olunması təsadüf olmayıb. Belə ki, polis rəisi Şükür Mehdiyev məhz Alimpaşa Məmmədovla aralarında olan ciddi konfliktə görə işdən kənarlaşdırılıb. Belə ki, yeni icra başçısı təyinatının ilk günündən rəisə "göz verib işıq verməyib" və rayona öz kadrının gətirilməsini istəyib. Hətta iclasların birində polis rəisi ilə əlbəyaxa olduğu ilə bağlı mətbuatda məlumatlar yer almışdı. Bütün bunlar onu göstərir ki, A.Məmmədov yanlış idarəetmə prinsipi ilə nəinki vətəndaşları, hətta məmurları özündən narazı salıb. Elə bu səbəbdən də Şəmkirin məmur korpusu da A.Məmmədovdan ciddi şəkildə narazıdır. Məlumat üçün bildirək ki, Alimpaşa Adil oğlu Məmmədov 2014-cü il oktyabrın 8-də Şəmkirin icra başçısı təyin olundu. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş. A.Məmmədovun bioqrafiyası da maraqlıdır. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib . Belə ki, A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Görünən isə budur ki, Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov köhnə şakərindən əl götürməyib. Bu isə birbaşa olaraq prezident İlham Əliyevin tövsiyyələrini saya salmamaq anlamına gəlir. Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək, sahibkarlara süni maneələr törətməmələri ilə bağlı sərt tapşırıqlar verib. Belə olan halda Alimpaşa Məmmədovun hazırda Şəmkir rayonunda etiraz yaratması, vətəndaşlara süni maneələr törədərək onları dövlətdən narazı salması başadüşülən deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
|