Daha bir nazirin yola salınacağı haqda xəbər yayıldı... - Şirəliyev rektor təyin oluna bilər...
Tarix: 8-12-2015, 08:52 |
Çap et
Səhiyyə naziri Oktay Şirəliyevin Azərbaycan Tibb Universitetinin rektoru olmaq ehtimalı var. Ola bilsin 2016-cı ilin yanvarında bu baş tutsun. Faktinfo.az saytının əldə etdiyi məlumata görə, 2016-cı ildən səhiyyə sistemində ciddi islahatların aparılması gözlənilir. İslahatların sistemli və sürətli şəkildə həyata keçirilməsinin təmini məqsədilə Oktay Şirəliyevin əvəzlənməsi də mümkündür.