Əsas Səhifə > Sosial, Manşet > Yaxın günlərdə icra başçısı dəyişikliyi baş tutacaq

Yaxın günlərdə icra başçısı dəyişikliyi baş tutacaq


18-01-2018, 10:20
Yaxın günlərdə icra başçısı dəyişikliyi baş tutacaq
DİA.AZ: - Yaxın günlərdə icra başçısı dəyişikliyi baş tutacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə danışıb. Xəbəri verən qaynaq iddia edir ki, hazırda bir neçə rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir.

Mənbənin dia-az.life-a söylədikləri: "Maraqlıdır ki, onların sırasında cəbhəboyu rayonların rəhbərlərindən bəzilərinin də adları var. Məsələn, Tərtər Rİh başçısı gedənlər sırasındadır. Eyni zamanda Bakının bir neçə rayonunda da başçı dəyişikliyi gözlənilir".

Qaynağın bilgilərindən o da aydın olur ki, dəyişikliyə yaxın vaxtlarda, ən geci yanvar ayının son günlərindən start verilə bilər: "Bu əsnada keçmiş vergilər naziri Fazil Məmmədovun kadrları da haqlı olaraq əndişələnə bilərlər. Çünki onlara da yolun sonu göstəriləcək".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Geri qayıt