Yaxın günlərdə icra başçısı dəyişikliyi baş tutacaq - Kimlər gedir?
Tarix: 18-01-2018, 10:20 |
Çap et
DİA.AZ: - Yaxın günlərdə icra başçısı dəyişikliyi baş tutacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə danışıb. Xəbəri verən qaynaq iddia edir ki, hazırda bir neçə rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir.
Mənbənin dia-az.life-a söylədikləri: "Maraqlıdır ki, onların sırasında cəbhəboyu rayonların rəhbərlərindən bəzilərinin də adları var. Məsələn, Tərtər Rİh başçısı gedənlər sırasındadır. Eyni zamanda Bakının bir neçə rayonunda da başçı dəyişikliyi gözlənilir".
Qaynağın bilgilərindən o da aydın olur ki, dəyişikliyə yaxın vaxtlarda, ən geci yanvar ayının son günlərindən start verilə bilər: "Bu əsnada keçmiş vergilər naziri Fazil Məmmədovun kadrları da haqlı olaraq əndişələnə bilərlər. Çünki onlara da yolun sonu göstəriləcək".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...