Əsas Səhifə > Sosial, Manşet > Amma Prezident ona ETİMAD GÖSTƏRMİŞDİ...
Amma Prezident ona ETİMAD GÖSTƏRMİŞDİ...14-09-2021, 09:17 |
http://haciqabul-ih.gov.az/page/57.html Bu Hacıqabul Rayon İcra Hakimiyyətinin rəsmi internet saytdır. Dünənki yazımızda qeyd etmişdik ki, Hacıqabulda son 2 il ərzində sosial iqtisadi göstəricilərlə bağlı araşdırma aparacağıq. Gundeminfo.az-ın araşdırma qrupu ilk olaraq RİH-nin rəsmi internet saytına nəzər salıb. Qarşılaşdığımız mənzərə sadəcə olaraq heyrətvericidir. Məhz Rüstəm Xəlilovun icra başçısı təyin edilməsindən sonra rayon haqqında sosial-iqtisadi göstəricilərə dair bir cümlə də yoxdur. İqtisadi "statistik hesabatlar" bölümündə 2015, 2016, 2017 və ən son 2020-ci ilin yanvar-iyun aylarına dair rəsmi hesabatlar yer alır. Yəni R.Xəlilovun icra başçısı təyin edildiyi zamandan yalnız 6 sonraya dair iqtisadi göstəriciləri əldə etmək mümkündür. Statistik məlumatları təqdim etməzdən öncə qeyd edək ki, bu yaxınlarda Dövlət Başçısı Hacıqabula səfər edib. 2021-ci ilin aprel ayında Dövlət Başçısı Hacıqabul rayonunda səfərdə olub. Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib. Daha sonra Prezident Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasiminə qatılıb. Bundan sonra Dövlət Başçısı pambıqçılıqla məşğul olan fermerlərin sahələrinə baş çəkib. Daha sonra səfər çərçivəsində Prezident "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib. Məhz bu səfərdə Dövlət Başçısının rəhbərliyi ilə "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbiri keçirilib. Səfər sosial-iqtisadi baxımdan o qədər zəngindir ki, elə bu səfərlə bağlı məhz statistik hesabat hazırlayaraq İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirmək olardı. Lakin Hacıqabul İcra Hakimiyyətində ya rəsmi internet resursuna cavabdeh olan şəxsin əmək haqqı ödənilmir, ya da ki, buna heç ehtiyac da duymurlar. Lakin Dövlət Başçısı bununla bağlı olaraq bir neçə dəfə çıxışlarında müvafiq dövlət strukturlarına göstərişlər verib və müvafiq olaraq qanunlar imzalayıb. Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. “Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Lakin Hacıqabul haqqında rəsmi internet bazasında son 1.5 ilə dair heç bir bilgi almaq olmur. Əvəzində biz Dövlət Statistika Komitəsinin 2021-ci ilin iyun ayına olan rəsmi məlumatlara istinad edək. Rəsmi statistikaya əsasən hazırda Hacıqabul rayon unda rəsmi olaraq 574 nəfər işsiz var. Müqayisə üçün bildirək ki, bu Hacıqabuldan əhali və ərazisinə görə bir neçə dəfə böyük olan Abşeron rayonundakı işsizlərin sayından çoxdur. Rəsmi məlumata əsasən Abşeron rayonunda rəsmi işsizlərin sayı 565 nəfərdir. Və ya uzağa getməyək Şirvan şəhərində cəmi 539 nəfər işsiz var. Göründüyü ki, cari ilin aprel ayında Dövlət Başçısı Hacıqabulda böyük sənaye obyektlərinin açılışında iştirak edib. Lakin Rayon İcra Hakimiyyəti yeni açılan obyektlərdə nə qədər hacıqabullu sakinin işlə təmin edilməsinə dair statistik informasiyaları ya düzgün formada müvafiq dövlət qurumlarına təqdim etməyib. Ya da ümumiyyətlə bu prossesdən xəbərsizdir. Hər halda rəsmi qaynaqlarda müvafiq hesabatları təqdim etməli olan Hacıqabul RİH nədənsə susur. Gundeminfo.az olaraq apardığımız araşdırmalar zamanı daha bir maraqlı rəsmi informasiya ilə qarşılaşdıq. Hacıqabul Rayon İcra Hakimiyyəti bu ilin iyun ayının 3-də 2021-ci ildə şəhərdə abadlıq işlərinin, mənzil fondunun və yolların əsaslı təmirinin satın alınması məqsədilə açıq tender elan edib. Qeyd edilən tender üzrə 3 lot üzrə keçirilməlidir. Lot-1. 2021-ci ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması. Lot- 2. 2021-ci ildə Hacıqabul şəhərində abadlıq işlərinin satın alınması. Lot- 3. 2021-ci ildə Hacıqabul şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması. Bu tender 5 iyul 2021-ci il saat 15.00-da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutmalı idi. Lakin tender keçirilibmi? Tenderin qalibi hansı MMC-lər olub? Bu MMC-lərlə İcra Başçısı Rüstəm Xəlilov arasında hansı əlaqəçlər var? Bu barədə m əlumatları təqdim edəcəyik. Yazıda adıçəkilən qurumun da mövqeyini dinləməyə hazırıq. Araşdırmalarımız davam edir. //gundeminfo.az// Geri qayıt |