Amma Prezident ona ETİMAD GÖSTƏRMİŞDİ... - ARAŞDIRMA
Tarix: 14-09-2021, 09:17 | Çap et
http://haciqabul-ih.gov.az/page/57.html Bu Hacıqabul Rayon İcra Hakimiyyətinin rəsmi internet saytdır. Dünənki yazımızda qeyd etmişdik ki, Hacıqabulda son 2 il ərzində sosial iqtisadi göstəricilərlə bağlı araşdırma aparacağıq. Gundeminfo.az-ın araşdırma qrupu ilk olaraq RİH-nin rəsmi internet saytına nəzər salıb. Qarşılaşdığımız mənzərə sadəcə olaraq heyrətvericidir. Məhz Rüstəm Xəlilovun icra başçısı təyin edilməsindən sonra rayon haqqında sosial-iqtisadi göstəricilərə dair bir cümlə də yoxdur. İqtisadi "statistik hesabatlar" bölümündə 2015, 2016, 2017 və ən son 2020-ci ilin yanvar-iyun aylarına dair rəsmi hesabatlar yer alır. Yəni R.Xəlilovun icra başçısı təyin edildiyi zamandan yalnız 6 sonraya dair iqtisadi göstəriciləri əldə etmək mümkündür. Statistik məlumatları təqdim etməzdən öncə qeyd edək ki, bu yaxınlarda Dövlət Başçısı Hacıqabula səfər edib.
2021-ci ilin aprel ayında Dövlət Başçısı Hacıqabul rayonunda səfərdə olub. Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib. Daha sonra Prezident Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasiminə qatılıb. Bundan sonra Dövlət Başçısı pambıqçılıqla məşğul olan fermerlərin sahələrinə baş çəkib. Daha sonra səfər çərçivəsində Prezident "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib. Məhz bu səfərdə Dövlət Başçısının rəhbərliyi ilə "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbiri keçirilib. Səfər sosial-iqtisadi baxımdan o qədər zəngindir ki, elə bu səfərlə bağlı məhz statistik hesabat hazırlayaraq İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirmək olardı. Lakin Hacıqabul İcra Hakimiyyətində ya rəsmi internet resursuna cavabdeh olan şəxsin əmək haqqı ödənilmir, ya da ki, buna heç ehtiyac da duymurlar.
Lakin Dövlət Başçısı bununla bağlı olaraq bir neçə dəfə çıxışlarında müvafiq dövlət strukturlarına göstərişlər verib və müvafiq olaraq qanunlar imzalayıb.
Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.
Lakin Hacıqabul haqqında rəsmi internet bazasında son 1.5 ilə dair heç bir bilgi almaq olmur. Əvəzində biz Dövlət Statistika Komitəsinin 2021-ci ilin iyun ayına olan rəsmi məlumatlara istinad edək. Rəsmi statistikaya əsasən hazırda Hacıqabul rayon unda rəsmi olaraq 574 nəfər işsiz var. Müqayisə üçün bildirək ki, bu Hacıqabuldan əhali və ərazisinə görə bir neçə dəfə böyük olan Abşeron rayonundakı işsizlərin sayından çoxdur. Rəsmi məlumata əsasən Abşeron rayonunda rəsmi işsizlərin sayı 565 nəfərdir. Və ya uzağa getməyək Şirvan şəhərində cəmi 539 nəfər işsiz var. Göründüyü ki, cari ilin aprel ayında Dövlət Başçısı Hacıqabulda böyük sənaye obyektlərinin açılışında iştirak edib. Lakin Rayon İcra Hakimiyyəti yeni açılan obyektlərdə nə qədər hacıqabullu sakinin işlə təmin edilməsinə dair statistik informasiyaları ya düzgün formada müvafiq dövlət qurumlarına təqdim etməyib. Ya da ümumiyyətlə bu prossesdən xəbərsizdir.
Hər halda rəsmi qaynaqlarda müvafiq hesabatları təqdim etməli olan Hacıqabul RİH nədənsə susur. Gundeminfo.az olaraq apardığımız araşdırmalar zamanı daha bir maraqlı rəsmi informasiya ilə qarşılaşdıq. Hacıqabul Rayon İcra Hakimiyyəti bu ilin iyun ayının 3-də 2021-ci ildə şəhərdə abadlıq işlərinin, mənzil fondunun və yolların əsaslı təmirinin satın alınması məqsədilə açıq tender elan edib. Qeyd edilən tender üzrə 3 lot üzrə keçirilməlidir.
Lot-1. 2021-ci ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması.
Lot- 2. 2021-ci ildə Hacıqabul şəhərində abadlıq işlərinin satın alınması.
Lot- 3. 2021-ci ildə Hacıqabul şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması.
Bu tender 5 iyul 2021-ci il saat 15.00-da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutmalı idi. Lakin tender keçirilibmi? Tenderin qalibi hansı MMC-lər olub? Bu MMC-lərlə İcra Başçısı Rüstəm Xəlilov arasında hansı əlaqəçlər var? Bu barədə m əlumatları təqdim edəcəyik. Yazıda adıçəkilən qurumun da mövqeyini dinləməyə hazırıq. Araşdırmalarımız davam edir. //gundeminfo.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|