"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Tarix: Bu gün, 13:22 | Çap et
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı?
Tramp administrasiyasında ermənipərəst, anti-Türkiyə mövqeyi və xristian təşəbbüskeşliyi ilə seçilən şəxslərin yer alması ABŞ-nin Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi təsir göstərə bilər.

“Caucasian Live”-in məlumatına görə, Donald Tramp ABŞ-nin BMT nümayəndəsi kimi qatı İsrail dəstəkçisi, vaxtilə Fələstinə qarşı sanksiya çağırışı edən, Türkiyəyə qarşı sanksiya tətbiq etmək çağırışı etmiş, ABŞ-nin kürdləri qorunmasını müdafiə edən və Suriyadan çıxmağa qarşı olan Elise Stefaniki təyin edib. ABŞ-nin növbəti dövlət katibin kimin olmasına gəlincə, bu vəzifəyə Kuba əsilli Mark Rubionun təyin olunacağı ehtimalı yüksəkdir. Məlumatlara görə, 2011-ci ildən etibarən Trampa doğma Florida ştatından senator olan Rubio senatın xarici əlaqələr komitəsinin sədr müavini kimi çalışıb.

Respublikaçılar tərkibində mötədil və mərkəzçi mövqeyi ilə tanınan, son illər erməni lobbisi ilə yaxın təmaslar quran Mark Rubio Azərbaycanın Qarabağda son antiterror əməliyyatlarına qarşı çıxıb, Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb. Rubio Qarabağ ermənilərinin Qarabağdan çıxışını "deportasiya" olaraq dəyərləndirir və Ermənistana dəstəyin qatı tərəfdarlarındandır. Eyni zamanda, Tramp qatı ermənipərəst və türk düşməni, kürdlərin dəstəklənməsini vacib hesab edən, YPG-nin dövlətləşməsinə dəstək olan, hindu əsilli keçmiş demokrat Tulsi Gabbardı Milli Kəşfiyyat İdarəsinin (DNİ) direktoru vəzifəsinə namizəd göstərib.

“Caucasian Live”-in məlumatında qeyd olunur ki, Donald Tramp Yevangelist Kilsəsinin üzvü Coel Tennini Ermənistan üzrə xüsusi təmsilçi təyin edəcək. Artıq Coel Tenni bu barədə öz “X” hesabında məlumat verib:

“Mən rəsmi olaraq ABŞ və Ermənistan arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına həsr olunmuş rolu öz üzərimə götürəcəm. İnauqurasiyadan sonra əlavə məlumatlar verəcəm, yeni prezident Ermənistanla münasibətlərə xüsusi əhəmiyyət verəcək".

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, ABŞ-nin yeni Cənubi Qafqaz siyasəti Tramp administrasından asılı olacaq:

“Ən mühüm məqamlardan biri Trampın necə hökumət quracağı və komandasının necə formalaşacağından asılı olacaq. Trampın seçkiqabağı seçki kampaniyasında erməni lobbisi ilə yaxın münasibətləri olan ayrı-ayrı siyasilər yer alıb. Onlar Trampın seçki kampaniyasının fəal iştirakçıları idilər.

Təbii ki, ermənipərəst mövqeyi ilə seçilən siyasilərin Trampın növbəti administrasiyasında yer alması bu və digər şəkildə ABŞ-Azərbaycan və ABŞ-Türkiyə münasibətlərinə öz təsirini göstərə bilər. Xüsusilə qeyd edim ki, ABŞ-də prezident postunu tutan şəxs təkbaşına qərarlar vermir, təkbaşına xarici siyasət yürütmür, qərar qəbul etməzdən və addım atmamışdan əvvəl komanda üzvləri ilə məsləhətləşir”.

Həmsöhbətimiz bildirib ki, Tramp administrasiyanın xarici siyasəti onun atacağı addımlarla müəyyənləşəcək:

“Tramp administrasiyasının Cənubi Qafqaz siyasəti, o cümlədən Türkiyə ilə münasibətləri birinci hakimiyyəti dövründə olduğu kimi davam edəcəksə, sözsüz ki, komandasında yer alan ermənipərəst siyasilərin fikirləri nəzərə alınmayacaq. Yəni, Trampın öz mövqeyi ilə komandanın üzvlərinin mövqeləri arasında balans olacaq.

Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ-nin daimi geosiyasi və geostrateji maraqları mövcuddur. ABŞ öz daimi maraqlarına uyğun hər bir ölkə ilə xarici siyasətini həyata keçirir. Sadəcə olaraq, ABŞ-də hakimiyyətə gələn ayrı-ayrı qüvvələrin həmin maraqlara baxışları fərqli olur. Trampın birinci hakimiyyəti dövründə Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə torpaqlarımızı erməni işğalından azad etdi. Həmin dövrdə demokratlar Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çağırırdılar.

Amma Tramp neytral mövqe tutmağa üstünlük verdi. Bayden administrasiyası ABŞ-nin Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək üçün Ermənistanı hər cürə dəstək vermək xəttini seçdi. Həm respublikaçılar, həm də demokratlar ABŞ-nin Cənubi Qafqazda maraqlarını təmin etmək istiqamətində müvafiq addımlar atmaq niyyətindədirlər. Növbəti dörd il ərzində ABŞ-nin xarici siyasəti Trampın özündən və komandasından asılı olacaq”.

Ekspert bildirib ki, əgər Tramp administrasiyası Bayden administrasiyası kimi ABŞ-nin Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistanı heç bir əsas olmadan dəstəkləyəcəksə, regionda heç bir istəyinə nail ola bilməyəcək:

“Yox, əgər regionun lider dövləti olan Azərbaycanla dərin əməkdaşlıq qurmağa üstünlük verəcəksə, o zaman Cənubi Qafqaz siyasətində mühüm dönüş baş verəcək”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru