Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                 

MİLYARDER VAQİF MƏMİŞOVUN TƏLAŞI HAQDA YENİ FAKT
Tarix: 7-05-2013, 10:48 | Çap et
MİLYARDER VAQİF MƏMİŞOVUN TƏLAŞI HAQDA YENİ FAKT
NƏDƏN SÖYÜN SADIXOVA QARŞI GEDİR?

Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovun Söyün Sadıqova qarşı çıxan dünənki bəyanatının ortaya çıxmasına səbəb olan yazı aydın olub.

Xatırladaq ki, milyarder Vaqif Məmişov sözügedən bəyanatında Söyün Sadıqova qarşı sərt şəkildə çıxmaqla yanaşı, həm də media orqanlarında həmyerlisi olan Söyün Sadıqovla işbirliyində olmasını təkzib etməyə çalışıb. V.Məmişovun birdən-birə, özü də təlaşla Söyün Sadıqov mövzusuna toxunması isə başqa bir maraq yaradıb. Məmişovun son bəyanatında nə qədər səmimi olduğunu deyə bilmərik. Amma onun belə bir bəyanatla çıxış etməsi və Söyün Sadıqova qarşı çıxmasının səbəbi aydınlaşıb. Mia.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, Məmişovun təlaşlı bəyanatına rəvac verən hadisə «Reytinq» qəzetinin 05 may 2013-cü il tarixli sayında dərc olunan «Milyarderlər nəzarətə götürülüb» başlıqlı, «İqtidar Abbas Abbasov, Vaqif Məmişov, Ziya Abbasov və onların yaxın ətrafına qarşı müxtəlif üsullardan istifadə edir» yarımbaşlıqlı yazı olub.

DİA.AZ maraqlı olacağını nəzərə alaraq, "Reytinq"dəki həmin yazını olduğu kimi təqdim edir:

Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqov Gürcüstanda azərbaycanlı gənclərdən ibarət hərəkat yaratmasının təsdiqlənməsindən sonra ortaya yeni məqamlar çıxıb. Belə ki, artıq Azərbaycanın hakimiyyət dairələri ilə Saakaşvili və onun tərəfdarlarının Söyün Sadıqovun simasında «Milyarderlər İttifaqı» deyilən bir quruma qarşı aqreesiv münasibətlərinin gizli səbəbi aydınlaşır.

Xatırladaq ki, S.Sadıqov Gürcüstanda gənclər hərəkatının hazırda təşkilatlanma ərəfəsində olduğunu bildirərək, onlara açıq dəstək verdiklərini bəyan edib. O, hərəkatın təsis konfransı mayın 7-də Tiflisdə olacağını, özünün də həmin tədbirdə iştirak edəcəyini bildirib: “Azərbaycanlılar Gürcüstanın köklü xalqlarındandır. Konstitusiyaya görə onlar ölkənin qalan vətəndaşları kimi bütün hüquq və öhdəliklərə malikdir. Ona görə də azərbaycanlıların çoxmillətli Gürcüstan cəmiyyətinə inteqrasiyası, fəallaşması üçün gənclər hərəkatına ehtiyac var. Azərbaycanlılar seçkidə fəal iştirak etməli, seçilməlidir. Layiqli təhsil almalı, bütün hakimiyyət qollarında təmsil olunmalıdır. Bizim təşəbbüsümüz tamamilə şəffafdır və qanunlara uyğundur”.

Söyün Sadıqov istər Gürcüstan, istərsə də Azərbaycanda böyük maraq yaradan planlarından da danışıb. O, Gürcüstandakı hərəkatın maliyyələşdirilməsi ilə bağlı Gürcüstandan olan və Rusiyada yaşayan bir neçə azərbaycanlı iş adamına müraciət etdiyini və müsbət cavab aldığını gizlətməyib: “Mənim tövsiyəm əsasında artıq bir neçə rusiyalı sahibkar - Gürcüstan əsilli azərbaycanlılar hərəkata kömək edir, onun fəaliyyətini maliyyələşdirir. Gələcəkdə maliyyə yardımı və dəstək daha da artacaq”.

S.Sadıqovun bu açıqlama təkcə Gürcüstanda deyil, həm də Azərbaycanın siyasi elitasında da böyük narahatlıq yaradıb. «Reytinq»ə daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti də Söyün Sadıqovun üzvü olduğu «Milyarderlər İttifaqı»nın müxalifləri maliyyələşdirmək niyyətindən xəbərdardır: «Daha doğrusu, Azərbaycan iqtidarı milyarderlərin Rusiyanın müəyyən qüvvələrinin təhriki ilə hər an belə bir addım atacağını proqnozlaşdırırlar. Qarşıdan prezident seçkiləri gəldiyindən hakimiyyət rəqiblərinə böyük maliyyə axının olmasından isə əlbəttə, narahat olmaya bilməz. Onun üçün də milyarderlərdən, xüsusiylə Gürcüstan əsilli iş adamlarından kimlərin belə bir təşəbbüsdə ola biləcəyini indidən müəyyənləşdirmək istəyirlər».

Məlumata görə, Söyün Sadıqov açıq oyun oynadığından daha çox gizli «oyunçu»ların üzərinə diqqət yönəlib: «Hakimiyyət heç də Söyün Sadıqovadan həm əlaqə, həm də maliyyə baxımından zəif olmayan iş adamları və onların yaxınlarını da nəzarətə götürməyi planlayıb. Azərbaycan hakimiyyəti əsasən Gürcüstan və Gəncə əsilli iş adamlarının fəaliyyət trayektoriyasını izləyirlər. Bu sırada Söyün Sadıqovdan savayı, baş nazirin keçmiş müavini Abbas Abbasov, Rusiyada yaşayan Gürcüstan əsilli azərbaycanlı iş adamları Vaqif Məmişovla Ziya Abbasov da diqqət mərkəzində saxlanılır».

Abbas Abbasov və onun Gəncəbasar bölgəsindən olan yaxınlarının da hər an hakimiyyətə alternativ qüvvələrə dəstək verə biləcəyini iddia edən mənbəmizin sözlərinə görə, hazırda baş nazirin keçmiş müavininə yaxın olan Azərbaycanda və Rusiyada yaşayan məmurlarla bərabər, iş adamlarının hərəkətləri diqqətlə izlənilir: «Hakimiyyət mənsubları eyni zamanda Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovla Rusiyadakı «Rapira» və digər bir neçə zavodun sahibi Ziya Abbasovu da diqqətdən kənarda qoymur. Hesab olunur ki, onlar Söyün Sadıqovun planlarına gizli şəkildə dəstək verirlər. Adıçəkilən iş adamları Rusiyada böyük nüfuz və kapitala sahib olsalar da, həmişə siyasi məsələlərdə arxa planda olmağı sevirlər. Amma bu o demək deyil ki, həmin milyarderlər Azərbaycan və ya Gürcüstandakı proseslərə laqeyd qalıblar. Zaman-zaman hər iki iş adamı hər iki ölkədə öz iradələrini nümayiş etdiriblər. Doğrudur, onlar Saakaşvili hakimiyyəti dövründə Gürcüstana təsir göstərmək imkanlarını ciddi ölçüdə itiriblər. Güman ki, bu səbəbdən də yeni hərəkata səxavətlə dəstək verirlər. Amma Azərbaycanda son 2 ilə ilə qədər həm Vaqif Məmişov, həm də Ziya Abbasov güclü təsir etmək güclərini saxlayıblar. Son iki ildən etibarən isə onların bizim ölkədəki dayaqlarının zəiflədilməsinə də start verilib. Məsələn, Ziya Abbasovun Sabirabadın icra başçısı işləyən qardaşı Heydər Abbasov vəzifədən vuruldu, eyni zamanda, onun bir çox qohumlarına «diplomatik» formada təzyiqlər oldu. Vaqif Məmişova isə az öncəyə qədər Sankt-Peterburqdakı konsulumuz olan Qüdsü Osmanovla (hazırda Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun müavinidir - mia.az) qarşıdurmada yeri göstərildi. Həmin müddətdən bəri Azərbaycana əvvəlki kimi şəxsi təyyarəsi ilə gəlməkdən də məhrum edilən Vaqif Məmişovun Rusiyanın siyasi elitası ilə sıcaq əlaqəsi olmasına rəğmən, üzləşdiyi problemlərə təsadüfi sayılmamalıdır».

Məlumatlı şəxs son aylar Gürcüstanlı soydaşlarımıza ögey münasibətin kökündə də adıçəkilən milyarderlərin şəxsi maraqlarının rolunun olmasını istisna etmirlər: «Bilirsiniz ki, son aylar Gürcüstanlı soydaşlarımıza qarşı digər əcnəbilərə qarşı tətbiq edilən ən sərt miqrasiya tədbirlərinə əl atılır. Soydaşlarımıza illər əvvəl olduğu kimi ən xırda məsələdə belə güzəşt edilmir. Üstəlik, bir qədər fəal olan soydaşlarımıza qarşı digər repressiv addımlar da atılır».

***

Bu isə Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri, iş adamı Vaqif Məmişov 06 may 2013-cü ildə Modern.az saytına göndərdiyi müraciətidir. O, son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində onun haqqında yayılan məlumatlardan narahatlıq ifadə edib və Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovla birgə olmadığını bəyan edib. V.Məmişov bildirib:

«Azərbaycan mediasında Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılması ilə bağlı guya tərəfimdən hərəkata köməklik göstərilməsi və fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət edən informasiyalar dərc edilib.

Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin bütün üzvləri cəfəng dolu həmin yazılarda əks olunanları və Söyün Sadıqovun son dövrlərdə nəinki bu istiqamətdə atdığı addımları, bütövlükdə azərbaycanlılara və müstəqil Azərbaycan Respublikasına, onun dövlətçiliyinə qarşı məntiqsiz, arqumentsiz açıqlamalarını qətiyyətlə pisləyir. Gürcüstan azərbaycanlılarının adından danışmağa mənəvi haqqı olmayan Söyün Sadıqov doğulduğu rayonda, bölgədə maddi cəhətdən qayğıya ehtiyacı olan insanlara köməklik etmək əvəzinə öz məkrli niyyətlərinə, ambisiyalarına çatmaq üçün bu gün onları siyasi avantüralara sürükləməyə cəhd edir.

Söyün Sadıqov dərk etməlidir ki, Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövlətin vətəndaşları olaraq ölkədə həyata keçirilən islahatlarda fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının irəliyə doğru atdığı hər bir addımının, qazandığı nailiyyətlərinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi onları da ruhlandırır, müstəqil dövlətimizə inamlarını, milli hisslərini və gələcəyə ümidlərini artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən və mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini Sankt Peterburqun ən möhtəşəm sarayında təntənə ilə qeyd etməyə hazırlaşan biz azərbaycanlılar bundan sonra da prezidentimizin ətrafınızda sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkan və bacarıqlarımızı səfərbər edəcəyik».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru