Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                 

ŞUŞANIN İŞĞALINDA XƏYANƏT İZİ
Tarix: 7-05-2013, 11:19 | Çap et
ŞUŞANIN İŞĞALINDA XƏYANƏT İZİ
ORTADA 15 MİLYON PUL MƏSƏLƏSİ DƏ VAR

21 ildir ki, Şuşa şəhəri erməni işğalı altındadır. 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən zəbt olunmuş Şuşaya əslində həmlə planı çoxdan hazırlanmışdı. 1991-ci ilin sonlarına doğru Dağlıq Qarabağ bölgəsində vəziyyət çox mürəkkəb idi. Cəbhəboyu üstünlüyü ələ alan erməni silahlı birləşmələri hər gün Şuşanın işğalına daha bir addım yaxınlaşırdılar. 1991-ci ilin dekabrında Kərkicahanın zəbt olunması Şuşanın süqutuna yol açdı. Çünki Kərkicahanın müdafiəsini Şuşadan gələn könüllülər həyata keçirirdilər. Şuşanın itiriləcəyi həyəcanını da ən çox dərk edən elə bu döyüşçülər idi. Lakin onlar onsuzda Şuşanın işğal olunacağından xəbərsiz idilər. Çoxu Şuşanı alınmaz qala hesab etsə də, erməni tərəfi artıq 1991-ci ilin sonlarından bunun belə olmadığını bilirdi.

O zaman Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayev deyir ki, ermənilər torpaqları işğal etməyə hazır idilər: “O zaman biz “İnternews” adlı Amerika təşkilatı ilə əməkdaşlıq edirdik. Həmin təşkilatın 1991-ci ilin noyabr ayında Moskvadakı toplantısında qardaşım Seyfulla iştirak edirdi. Orada iştirak edən erməni jurnalistlərindən Vartan adlı tanınmış müxbir demişdi ki, 1992-ci ilin may ayının əvvəlində Şuşanı biz götürəcəyik. O vaxt Xocalı da, digər rayonlar da bizdə idi. Ona görə də bu məlumatlara ciddi yanaşmadıq. Lakin yerli orqanlara bu barədə məlumat verdik. Onlar da buna ciddi yanaşmadılar və məsələ belə də qaldı. May ayının 8-də Şuşa ermənilər tərəfindən alınandan sonra isə başa düşdük ki, yarım il əvvəl deyilənlər düzgün imiş. Artıq uzun müddət idi ki, erməni tərəfi tək Şuşa deyil, ondan əvvəl Malıbəyli, Xocalı və digər məntəqələrin alınması haqqında nəinki düşünürdülər, hətta buna hazırlaşmışdılar”.

Texniki hazırlıq öz yerində, psixoloji cəhətdən də ermənilər müharibəyə hazır görünürdülər. Azərbaycanın vəziyyətinə gəlincə, bunun tamamilə əksi müşahidə olunurdu. Vahid komandalıq yox idi, Müdafiə Nazirliyinin bir briqadası və 777 saylı əlahiddə tabor istisna olmaqlar hamısı könüllü batalyonlar idi.

Vahid Mustafayevin sözlərinə görə, ara-sıra Bakı şəhərində Xalq Cəbhəsinin hansısa problemləri yaşanırdısa, batalyonlar dərhal öz mövqelərini atırdılar və silahla gəlirdilər Bakıya – öz siyasi mövqelərini qorumağa. Bu da öz növbəsində sözsüz ki, Şuşanın müdafiəsini çox zəiflədirdi.

V.Mustafayevin fikrincə, Şuşanın süqutuna əsas səbəblərdən biri də Azərbaycan xalqının o zaman hərbə hazır olmamasıdır: “Biz Sovetlərdə ümumi bir ailədə yaşayırdıq. O zaman çalışırdıq ki, uşaqlarımız inşaat batalyonlarında qulluq etsin. Hərbiyə çox da meyilli deyildik. Biz sülhpərvər millətik. Həmişə sülh haqqında fikirləşmişik. Ona görə də, müharibə qapımıza gələndə, biz hazır deyildik. Nizami ordu, inanılacaq rəhbər yox idi. Siyası qüvvələrin özünün silahlı dəstələri var idi, dərəbəylik idi. Bakıdan göndərilən rəhbərlik bu qüvvələri cəmləşdirib nizami ordu şəklində düşmən qabağına çıxara bilməmişdi. Lakin burada düşmənlə qəhrəmancasına vuruşan Azərbaycan xalqının övladlarını da unutmaq olmaz”.

Həmin dövrdə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə vuruşan və batalyon komandiri olan Fərman Xəlilov isə hesab edir ki, əgər birlik olsaydı, Şuşanı itirməyə bilərdik. Onun sözlərinə görə, əgər döyüş gedən zaman hamı eyni amala qulluq etsəydi, istər Bakıda, istər də kənarda hamılıqla Şuşanın müdafiəsinə qalxsaydıq, torpağımızı qoruya bilərdik:

“Döyüşçü öz vəzifəsini yerinə yetirirdi. Biri mən. Xocalı faciəsindən sonra televiziyada bu barədə eşidəndə havalandım. Guya Xocalıda 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Belə şeyləri gizlətmək olmazdı. Əksinə, xəbərdarlıq etmək, köməklik göstərmək lazım idi. Ermənilər orada tək döyüşmürdülər. Arxalarında rus şovinistləri, Fransa, Amerika olmasaydı, bizə heç nə edə bilməzdilər”.

Fərman Xəlilovun sözlərinə görə, Şuşanın itirilməsində başlıca amil xəyanətdir: “Həmin illərdə döyüşən oğlanlar var idi. Sadəcə arxadan həmin oğlanlara hakimiyyət davası üzündən zərbələr vurulurdu. Xəyanət var idi. Şuşa xəyanət nəticəsində itirildi. Həmin döyüşlərə hamı əlinə silah alıb döyüşmək üçün gəlmirdi. Hərənin bir fikri var idi. Oğurluq üçün də Qarabağ döyüşlərinə gedənlər var idi. Maşın da, pul da, digər əşyalar oğurlayırdılar”.

Həmin ərəfədə rəhbərlik xalqı inandırmağa çalışırdı ki, hər şey Azərbaycan ordusunun nəzarəti altındadır, Şuşanın yolları ermənilər üçün keçilməzdir. O dövrdə cəbhə bölgəsində reportaj hazırlayan əməkdar jurnalsit Mais Məmmədovun sözlərinə görə, Şuşanın müdafiəsi Azərbaycanın müdafiə naziri olan Rəhim Qazıyevə həvalə olunmuşdu. Məhz o, xalqı əmin edirdi ki, ermənilər heç cür Şuşanı işğal edə bilməz.

“O dövrdə Rəhim Qazıyev də, digər şəxslər də mənə demişdilər ki, Şuşaya gedən sıldırım yollardan dovşan belə keçə bilməz. Bütün yollar minalanıb. Dəfələrlə Şuşada olmuşam. Orada hərbçilərlə görüşmüşəm, danışmışam. Onlar inanmırdılar ki, Şuşanı götürmək olar. Rusiyalı generallarla danışanda, onlardan soruşdum ki, siz bilən, Şuşanı almaq mümkündürmü. Onlar dedilər ki, olar, ancaq itki çox olacaq. Bir də ki, oraya xüsusi təyyarələrlə desant atılmalıdır. Lakin Şuşanın işğalına desant yox, adi döyüşçülər, normal qaydada yolla gedirdilər. Şuşa sonuncu şəhər idi. Laçın tərəfdən yol açıq idi. Ora silah da, kömək də gələ bilərdi. Şəxsən mən düşünürəm ki, ermənilər Şuşanı işğal etmədilər. Biz özümüz Şuşanı onlara verdik”, - deyə M.Məmmədov bildirib.

Şuşa uğrunda döyüşən hərbçilərdən biri də Yaşar Məhərrəmovdur. Onun fikrincə, Şuşa xəyanətlə satıldı: “Şuşaya gedən yollarda heç bir mina qoyulmamışdı. Yollar təmiz idi. 366-cı alayın əsgərləri Şuşaya qaçıb gəliridlər. Onlar həftədə bir dəfə Şuşaya gəlirdilər. Guya onları incidirdilər. Onlar Ağdama, yaxud başqa yerə də gedə bilərdilər. Düşmən isə bu amildən başqa formada istifadə edirdi. Yolların minalı olub-olmamasını yoxlamaq üçün qurulan taktika idi. Qaçan əsgərlərdən heç biri minaya düşmədi. Deməli həmin yollar təmiz idi”.

Y.Məhərrəmov hesab edir ki, o dövrün rəhbərlərinin səriştəsizliyi Şuşanın süqutuna səbəb oldu: “O dövrdə Bakıdan insanları təcrübəsiz müharibəyə aparırdılar. Silah ata bilməyən şəxsi müharibəyə aparanda, təbii ki, həmin insan döyüşmədən ölürdü. Camaatın balasını avtobuslardan, metrolardan götürüb siyahısız, yararlı olub-olmadan Qarabağa aparırdılar. Onların çoxu döyüşsüz ölürdü”.

Şuşanın süqutu zamanı qaranlıq məqamlardan biri də Əmanət Bankda qalan 15 milyon pulun yoxa çıxması idi. Bu pul haqqında o vaxt hakimiyyət heç nə demək istəmirdi. Lakin ANS həmin pulun aqibətinin necə olması barədə araşdırma aparmışdı. Məsələ ilə bağlı Vahid Mustafayev bunları deyib: “Təsadüfdən biz Şuşaya gedəndə, aprel ayında yolda bir yük maşını tutmuşduq. Həmin yük maşını Şuşaya 15 milyonu aparırdı. Biz bunu çəkmişik. Həmin 15 milyon pulun üstündə uzanaraq mən və Mirşahin Şuşaya getmişik. Pul fiziki olaraq orada var idi. Həmin pul şuşalılara nəzərdə tutulan yardımdan başqa, könüllülərin maaşı idi. Yerli idarəetmə orqanları əməkdaşlarının maaşları idi. Həmin pulun çox az hissəsi xərclənmişdi. Amma sonradan onlar oğurlandı. Həmin dövrdə Şuşanın işğal olunmasını səbəb kimi göstərərək, bu pulların orada bankda qaldığını dedilər. Pul yoxa çıxdıqdan sonra Şuşadakı bankda rəhbər işçilərin, kassirlərin, inkassatorların bir-birinin ardınca ölümü, daha doğrusu, qətli ona işarə edir ki, bu pulları müvəffəqiyyətlə aradan götürmüşdülər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru