"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

ƏLİ HƏSƏNOV BAŞ NAZİRƏ SAVAŞ ELAN ETDİ
Tarix: 8-05-2013, 10:09 | Çap et
ƏLİ HƏSƏNOV BAŞ NAZİRƏ SAVAŞ ELAN ETDİ
DEPUTATIN ÇIXARILMASININ PƏRDƏARXASI

Bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bu qurumun nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucovu işdən çıxarıb. Onun yerinə isə Fərhad Təhməzov təyin olunub.Bunu qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da təsdiqləyib.
Digər mənbələrdən əldə edilən məlumata görə bir neçə gün öncə Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub. Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və Ayaz Orucov Baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbləşən komitə sədri elə iclasdaca millət vəkilini işdən çıxarıb.
"Unikal"ın mövzu ətrafında apardığı araşdırmalar nəticəsində isə məlum olub ki, işdən çıxarılan deputat baş nazir Artur Rəsizadəyə yaxınlığı ilə seçilən şəxs imiş. "Ayaz Orucovun işdən çıxarılmasının son vaxtlar ictimai rəydə və mətbuatda Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılacağına dair məlumatların intensivləşməsi fonunda baş verməsi diqqət çəkir. Orucov baş nazir Artur Rəsizadəyə yaxın şəxs sayılırdı. Onun Həsənovdan boşalacaq posta iddialı olması bildirilirdi. Görünür, Əli Həsənov deputatın arxasında Nazirlər Kabineti rəhbərinin dayanmasından şübhələnib və onun yerinə gətirilməsi ilə bağlı planlardan duyuq düşüb. Elə buna görə də Ayaz Orucovu gözlənilmədən, həm də qalmaqallı şəkildə vəzifəsindən kənarlaşdırıb" deyə etibarlı mənbə "Unikal"ın əməkdaşına bildirib.
Mənbənin iddiasına görə, komitə sədri ilə deputat arasında həqiqətən insident yaşanıb: "Amma Ayaz Orucovu cavab qaytarmağa məhz Əli Həsənovun məcbur etdiyinə dair məlumatlar var. O, fond direktoru ilə kobud danışaraq, onu konfliktə çəkib, sonra isə bunu bəhanə edərək Ayaz Orucovu vəzifəsindən uzaqlaşdırıb. Həsənovun bu cür addımı əslində həm də onun baş nazir Artur Rəsizadəyə qarşı demarşı kimi qəbul oluna bilər. Yeri gəlmişkən, Rəsizadə ilə Həsənovun münasibətləri uzun müddətdir naməlum səbəblərdən soyuq idi. Ayaz Orucovla bağlı baş verənlər isə bu soyuqluğu daha da dərinləşdirə bilər".
Bəzi iddialara görə isə komitə sədrinin deputatı görəvindən kənarlaşdırması qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları və digər obyektlərin inşası üçün ayrılan vəsaiti tamamilə öz nəzarətinə keçirmək istəməsi ilə bağlı ola bilər. "Şübhəsiz ki, həmin vəsaitlərə Əli Həsənovun müdaxilə imkanları kifayət qədər idi. Amma Ayaz Orucovun başqa nüfuzlu şəxslər tərəfindən himayə edilməsi sözügedən maliyyə üzərində Həsənovun təsirini azaltmışdı. Mümkündür ki, komitə sədri bu duruma son qoymaq üçün deputatla yolları ayırmaq qərarını verib" - deyə başqa bir mənbə "Unikal"a bildirib.
Mənbə deyib ki, daha inandırıcı olan odur ki, Ayaz Orucovla Əli Həsənov arasında fondun xətti ilə xərclənən pulların haqq-hesabı düz gəlməyib: "Bu isə komitə sədrini qəzəbləndirib və o, deputatı qalmaqallı şəkildə vəzifədən uzaqlaşdırıb. İndiyədək məcburi köçkünlər üçün tikilən binalarla bağlı artıq yoxlamalara başlanılması da Əli Həsənovun fond direktoruna hədsiz qəzəbli olduğunun işarəsidir. Yəqin ki, həmin yoxlamaların aparılması məhz komitə sədrinin təşəbbüsü olub, o, Orucovu daha da dolaşığa salaraq qisas almaqla bərabər, həm də fond direktorunun ondan gizlətdiyi mənimsəmələri geri qaytarmaq istəyir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru