Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

YENİ NAZİRİN ADINDAN PUL YIĞIMI BAŞLADI
Tarix: 8-05-2013, 12:12 | Çap et
YENİ NAZİRİN ADINDAN PUL YIĞIMI BAŞLADI
RAYON ŞÖBƏ MÜDİRLƏRİ BƏHANI GƏTİRİR, YOXSA YENİ NAZİR BUNU İSTƏYİR?

DİA.AZ: - Azərbaycanda təhsil sistemində yeni bir dövrün başlandığı qənaəti var. Buna səbəb isə təhsil naziri Misir Mərdanovun işdən çıxarılması və onun Mikayıl Cabbarovla əvəzlənməsidir. Ekspertlərin qənaətinə görə, təhsil sistemində yeni bir dövrün başlanğıcıdır və yeni nazirin açıqlamalarından da bu aydın görünür.

Qeyd edək ki, Mikayıl Cabbarov nazir olaraq ilk açıqlamasında təhsil sahəsində mövcud olan neqativ halların aradan qaldırılmasıyala məşğul olacaqlarını bildirib. O deyib ki, müəllimlərin maddi vəziyyəti və əvvəlki adlarının özlərinə qaytarılması üçün gərəkən bütün addımları atacaqlar.

Amma yeni nazirin bu çıxışından və baş verən dəyişiklikdən nəticə çıxaranların sayı elə də çox deyil. Məsələ belədir ki, bir çox orta məktəb və kollec rəhbərləri əvvəlki qaydalarla işləməkdə israrlıdırlar. Məsələn, onlardan biri Bərdə Dövlət İdarəetmə Kollecinin rəhbəri Xaləddin Xaləddin Ələkbərovdur. Bu şəxslə bağlı gələn məlumatlarda deyilir ki, Ələkbərov rəhbəri olduğu kollecdə yeni yığım üsulları haqqında düşünərək, onları tətbiq etməyə başlayıb.

DİA.AZ-a daxil olan məlumatlara görə, Xaləddin Ələkbərov müəllimləri başına yığaraq, onlardan daha çox pul toplanılmasını istəyib. Hər bir müəllim üçün müxtəlif istiqamətdə pul yığmalarını da təklif edib. Belə ki, bəzi müəllimlər tələbələrdən Gül Bayramı üçün pul toplamalı, bəziləri isə kollecin təmiri üçün yığım işlərini reallaşdırmalıdırlar.

Mənbə bildirir ki, kollecin direktoru mayın 10-a kimi tələbələrin Gül Bayramı ilə əlaqədar pul vermələrini tələb edib. Bu rəqəm isə uşaqların imkanlarına uyğun şəkildə müəyyənləşdirilib. Bir qədər imkanlı tələbə 50 manat, kasıblar isə 20 manatdan Gül Bayramına öz «tövhə»lərini verməlidirlər. Məlumatda deyilir ki, hazırkı məqamda bununla bağlı yığım prosesi yekunlaşmaq üzrədir. Ən geci mayın 8-nə kimi bütün pullar yığılmalıdır.

Amma təmir adı altında tələb olunan pullar isə mayın sonuna kimi yığılıb, direktora təhvil verilməlidir. Məlumatda deyilir ki, Xaləddin Ələkbərovun göstərişini həyata keçirən müəllimlər tələbələri sıxışdırırlar. Onlardan ən azı 50 manat gətirmələrini tələb edirlər ki, bunu da etməyənlərin imtahandan keçməsinin mümkün olmayacağını deyirlər. Təhdid dilində yığılan bu pulların təmir üçün sərf olunacağı isə qəti inandırıcı deyil.

Bərdə Dövlət İdarəetmə Kollecinin müəllimlərindən bir neçəsi bildirib ki, Xaləddin Ələkbərov təmir adı altında yığdığı pulları kollecə sərf etməyəcək. Onun Bakıda özünə bağ evi tikidirdiyini bildirən müəllimlər toplanan pulların da ora sərf olunacağını deyirlər. Onların dediyinə görə, həmin bağ evinin böyük xərc aparması direktoru belə bir addım atmağa vadar edib.

Amma tələbələrin fikri tamam başqadır. Onlar bildirirlər ki, kollecin direktorunun onlardan zorla pul yığmasının başlıca səbəbi yeni təhsil naziri Mikayıl Cabbarovla bağlıdır. Tələbələr iddia edirlər ki, yeni nazirlə görüşüb, ona hədiyyə vermək istəyən Xaləddin Ələkbərov bu məqsədlə çoxlu pul toplamaq fikrindədir. Tələbələrdən toplanan pullara isə ya bahalı hədiyyə alınacaq, ya da həmin vəsait konvertin arasında yeni nazirə təqdim olunacaq. Məqsəd isə kollecə yenidən rəhbərlik etmək istəyidir.

Doğrusu, yeni nazirin belə bir variantla razılaşacağı inandırıcı görünmür. Çünki Mikayıl Cabbarovun indiki məqamda kimdənsə «hədiyyə» götürəcəyi mümkünsüz hesab olunur. Görünür, Xaləddin Ələkbərov pul yığmağın başqa yolunu tapa bilməyib, yeni nazirin adından sui-istifadə etməyə başlayıb. Əks təqdirdə, bu yığımın başqa bir adı ola bilməz.

Bərdə Dövlət İdarəetmə Kollecində rüşvət yığımı isə bununla da yekunlaşmır. Belə ki, qarşıdan gələn imtahan sessiyası ilə əlaqədar da pul yığımına başlanılıb. Məlumatlarda deyilir ki, hal hazırda imtahanın qiyməti 30-50 manat arasında dəyişir. Qayıbları olanlar isə ikiqat xərcə düşürlər. Çünki onlar əvvəlcə qayıbları sildirməli, daha sonra isə imtahan verməlidirlər. Bərdə Dövlət İdarəetmə Kollecində isə bir qayıbın silinmə qiyməti 50 qəpik hesab olunur.

Qeyd edilir ki, diplom işində olan tələbələrin işi isə lap çətindir. Çünki onların həmin diplom işi hazırlamasının heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, hər bir tələbə yazdığı diplom işindən əlavə, 300 manat da pul verməlidir. Əks təqdirdə, həmin tələbənin kolleci bitirməsi mümkün deyil.

Beləliklə, Bərdə Dövlət İdarəetmə Kollecində sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Kollecin direktoru Xaləddin Ələkbərov isə bu özbaşınalığın yaranmasının başlıca səbəbkarıdır. Tələbələri soymaq, talamaq üçün müxtəlif vasitələrə əl atan bir direktorun yeni nazirin dövründə işləyə biləcəyi də sual altındadır. Çünki tələbələr də daxil olmaqla, müəllimlər də yaranmış vəziyyətdən beziblər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru