ALMANLAR DA 9 MAYI QEYD EDİB
Tarix: 10-05-2013, 12:37 |
Çap et
"ATALAR GÜNÜ"NDƏ 39 NƏFƏRİ İLDIRIM VURUBAlmaniyanın Dabel şəhərində Atalar Günü bayramının qeyd olunması zamanı 39 nəfər ildırım vurması nəticəsində xəsarət alıb. Bu barədə cümə günü "Associated Press" agentliyi yerli polis idarəsinə istinadən məlumat yayıb.
Hadisə ötən gün, mayın 9-da baş verib. Dabeldə qeyd olunan bayrama 500-ə yaxın insan qatılıb. İlkin məlumatlara görə, ildırım yarmarka ərazisində yerləşən ağacları vurub, nəticədə onların yaxınlığında duran insanlar xəsarət alıb.
Zərərçəkənlər təcili yardım maşınları və iki helikopter vasitəsilə xəstəxanaya çatdırılıblar. Xəsarət alan 39 nəfərdən səkkizinin vəziyyəti ağır olaraq qiymətləndirilir.