İSTEFA VERMİŞ BAŞ NAZİRİN UĞURU
Tarix: 13-05-2013, 10:12 |
Çap et
BOYKO BORİSOV SEÇKİLƏRİN QALİBİ OLDUBolqarıstanda mayın 12-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. “Media forum” saytı xəbər verir ki, sabiq baş nazir Boyko Borisovun QERB Partiyası liderlik edir. Sağ mərkəz təmayüllü bu partiya səslərin 31,4%-ni toplayıb.
Sosialist Partiyası 27,3% səslə ikinci, türklərin və müsəlmanların maraqlarını qoruyan Hüquq və Azadlıqlar Hərəkatı 9,2% faiz səslə üçüncü yerdə gedir. Millətçi АТАКА Partiyası 7,6% faiz səs yığıb.
Bolqarıstanda növbədənkənar parlament seçkisi fevralın 20-də Boyko Borisov hökuməti iqtisadi böhrana görə istefaya getdiyi üçün keçirilib.