“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                 

HANI SİZİN GÜNÜ-GÜNDƏN BÖYÜYƏN İQTİSADİYYATINIZ?
Tarix: 10-12-2011, 12:49 | Çap et
HANI SİZİN GÜNÜ-GÜNDƏN BÖYÜYƏN İQTİSADİYYATINIZ?

DÖVLƏT SƏHİYYƏNİ MALİYYƏLƏŞDİRƏ BİLMİR

«Bütün dünyada tibbi sığorta səhiyyə maliyyələşməsinin uğurlu modeli sayılır. Ancaq bu sahənin bizdəki vəziyyəti niyə belədir, baş açmıram».

QİSMƏT TÜRKİYƏDƏ İMİŞ

Gülər Axundova üç ildir tibbi sığortadan istifadə edir. Ancaq Azərbaycanda yox, Türkiyədə. Gülər deyir ki, illərlə Azərbaycanda tibbi sığortadan istifadə etməyi arzulayıb, qismət olmayıb. Ancaq 3 il əvvəl Türkiyədə ailə qurandan sonra bundan istifadə edib. Əvvəlcə sığorta olunacağı şirkəti tapıb, müəyyən bir məbləğ ödəyib. Həmin şirkət də ona istifadə edə biləcəyi xəstəxanaların siyahısını verib:

«Tibbi sığortanın faydaları çoxdur. İstər xəstəxanada, istərsə də xəstəxanadan kənar müalicə alanda pul ödəmirsən. Bəzi xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsini ödəyirsən. Maddi baxımdan çox sərfəlidir».

Gülərin həyat yoldaşı dövlət sektorunda çalışdığından o, dövlətin ayırdığı tibbi sığortadan da faydalanır.

İMKANSIZLARIN SİSTEMİ

Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul olunub.
Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Ancaq üstündən illər keçsə də, qanunun icrası reallaşmır. Elə Bakı sakini Həmidə Bağırova da deyir ki, bu haqda ancaq eşidib:

«Eşitmişəm ki, xarici ölkələrdə belə bir şey var. Tibbi sığorta çox yaxşı şeydir. Xəstələnəndə gedirsən həkimə, pulsuz müayinə və müalicə olunur. Olsaydı, çox yaxşı olardı».

Adilə Əliyeva isə ümumiyyətlə, bu haqda eşitmədiyini deyir:

«Məncə, bizdə elə bir şey yoxdur. Olsaydı, yaxşı olardı. Mən özüm imkansızam.

Bildiyim qədər də belə sistemlərdə ilk əvvəl imkansızlar nəzərə alınır».

«SƏHİYYƏ NAZİRLİYİ KONSEPSİYA HAZIRLAMIŞDI»

Bir neçə il əvvəl Səhiyyə Nazirliyi bildirmişdi ki, ölkədə səhiyyə sığortasını həyata keçirmək üçün Nazirlər Kabineti yanında agentlik yaradılacaq. Səhiyyə Nazirliyi öz təkliflərini də təqdim etmişdi.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anaq Qədirli deyir ki, artıq bu sahə ilə onlar məşğul olmur:

«Bu məsələ 2008-ci ildə Səhiyyə Nazirliyinin üstündən götürüldü. Artıq bununla Səhiyyə Nazirliyi məşğul olmur. Səhiyyə Nazirliyi konsepsiya hazırlamışdı. Bununla bağlı Nazirlər Kabinetində Agentlik yaranıb».

NAZİRLƏR KABİNETİNİN XƏBƏRİ YOXDURSA...

2007-ci ildə prezident icbari sığorta üzrə dövlət agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu agentliyin necə fəaliyyət göstərdiyini, icbari tibbi sığortanın nə vaxt işə düşəcəyini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli dedi ki, onlarda bu haqda məlumat yoxdur:

«Material olanda, mətbuat xidmətinin vasitəsilə mətbuata ötürülür».

Belə çıxmır ki, agentlik fəaliyyət göstərmir? Nazirlər Kabinetinin sözçüsü dedi ki, «Yox, o demək deyil. Sadəcə bizim mətbuat xidmətində məlumat yoxdur».

KORPORATİV MÜŞTƏRİLƏR

İqtisadi və Sosial İnkişaf Mərkəzinin layihə direktoru Leyla Əliyeva Azərbaycanda tibbi sığorta ilə bağlı araşdırmalar aparıb. O deyir ki, Azərbaycanda icbari tibbi sığorta işləmir, könüllü tibbi sığortadan isə çox az qrup istifadə edə bilir:

«Azərbaycanda tibbi sığortanın bugünkü vəziyyətini qənaətbəxş saymaq olmaz. Çünki dövlətin özü də səhiyyəni lazımı səviyyədə maliyyələşdirmək iqtidarında deyil. Hazırda ölkədə tibbi sığortadan yararlananlar fərdi qaydada ayrı-ayrı adamlar yox, daha çox korporativ müştərilərdir. Yəni, şirkətlər işçilərinin tibbi sığortasını təklif edirlər. Könüllü tibbi sığorta üçün Azərbaycan vətəndaşı tibbi xidmətlərin limitindən asılı olaraq 300-500 manat ödəniş edir».

ƏHALİNİN GƏLİRLƏRİ AŞAĞIDIR

Ekspert deyir ki, bu sistemin zəif inkişaf etməsinin əsas səbəbi əhalinin gəlirlərinin aşağı səviyyədə olmasıdır. Həm də bu sahəyə nəzarət edən sistem yoxdur. Tibbi xidmətlərin natamam həyata keçirilməsi, bu sahədə maarifləndirmənin olmaması da səbəblərdəndir.

Ölkədə bir neçə özəl tibbi sığorta şirkətləri də fəaliyyət göstərir. Bu şirkətlərdən biri – «Atəşgah Sığorta» şirkəti saytında yerləşdirdiyi məlumatda bildirir ki, şirkət 1998-ci ildən peşəkar səviyyədə Könüllü Tibbi Sığorta xidmətlərini təklif edir. Şirkət Azərbaycanın 60-dan çox tibb müəssisəsi və klinikası ilə müqavilə bağlayıb. Şirkətdən başqa məlumat əldə edə bilmədik.

Ekspertlər deyir ki, icbari tibbi sığorta səhiyyənin yeni üsulla maliyyələşdirilməsinə gətirməli idi. Ancaq bununla bağlı Dövlət Agentliyi yaradılsa da, konsepsiya imzalansa da, sistem işə düşmədi. Çünki bu model səhiyyə sistemində köklü dəyişikliklərin olmasını tələb edir.

TİBBİ SIĞORTA - HƏMRƏYLİK SİSTEMİ

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, tibbi sığorta həmrəylik sistemidir:

«Hər kəs bura hissə-hissə pul keçirir. Sağlam insanlar da pul keçirirlər. Xəstələnəndə həmin vəsaitdən istifadə etmə sisteminə əsaslanır. Eyni zamanda, bu, yalnız maliyyədə birləşmə deyil. İnsanlar sığortaya pul keçirməklə həkimə gedəndə, heç bir halda həkimlə müştəri arasında xidmətin ödənilməsi ilə bağlı söhbət olmur».

Azər Mehdiyev deyir ki, işsizlərin, kənd təsərrüfatında çalışanları sığortalanması və başqa çoxlu suallar var ki, illərdir açıq qalır.

Son 3 ildə dövlət büdcəsindən sığorta islahatları üçün 30 milyon manat ayrılır. Bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılır. 2012-ci ilin dövlət büdcəsində də yenə sığorta islahatları ilə bağlı 30 milyon manat ayrılıb. Görəsən, bu vəsait yenidən büdcəyə qaytarılmayacaq ki?


Vəfa Əliyeva - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru