"Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                 

“ƏVƏZ ZEYNALLINI SUSDURMAQ ÜÇÜN HƏBS EDİBLƏR”
Tarix: 10-12-2011, 14:15 | Çap et
“ƏVƏZ ZEYNALLINI SUSDURMAQ ÜÇÜN HƏBS EDİBLƏR”

“MƏHKƏMƏYƏ 45 NƏFƏRİ BİR “VORONOK” DA GƏTİRMİŞDİLƏR”

Müsahibimiz “Xural” qəzetinin əməkdaşı Nurəddin Xocadır.

- Əvəz Zeynallının işində nə yeniliklər var?
- Situatsiya ağır sabit olaraq qalır. Heç bir istintaq hərəkəti aparılmır, təzə heç nə yoxdur. Basqılar yerində, Əvəzə qarşı kobudluqlar, qanunsuzluqlar davam edir. Bir neçə gün əvvəl Əvəz bəyin həbs qəti imkan tədbirini, ev dustaqlığı ilə əvəz etmək üçün vəkil Elçin Sadıqov məhkəməyə müraciət etmişdi. Prosses boyu Əvəz bəyin məhkəmə zalında əllərindən qandallar açılmadı. Məhkəmə prosesi qapalı keçməsinə baxmayaraq Əvəz bəy bütün proses boyu məhkəmədə əli qandallı oturmalı oldu. Vəkili ilə danışmaq üçün ona heç bir şərait yaradılmadı. Məhkəməyə 45 nəfəri bir “voronok” da gətirmişdilər. Daha nələri deyim. Bu ədalət məhkəməsi deyil, ədəlatin mühakiməsidir. Hər şey əvvəlcədən sifariş əsasında hazırlanmışdı, nəticə bəlli idi. Lakin bu məlum olan şeyləri belə insana əzab, işgəncə ilə çatdırırlar.

- Nə üçün hesab edirsiniz ki, baş verənlər siafrişdir, bəlkə ortada hansısa sübutlar var?
- Baxın mən 2 ildir ki, hər gün Əvəz bəylə bir yerdəyəm. Dostam, onun xətrini bir kiçik qardaşım qədər istəyirəm. Vallah o mənə mənim cavanlığımı xatırladır. Sərt, dönməz, heç bir avtoritetləri qəbul etməyən!! Yəni əgər bu insan onun qəlbinə ağlı ilə, əqidəsi ilə, düzlüyü ilə, hakim kəsilməyibsə kimliyindən asılı olmayaraq Əvəz bəy onu qəbul etməzdi. O özü də tənqidi qəbul edir və tənqid oluna bilməyən bir adam tanımadığını deyirdi. Əgər Əvəz bəyin günahı var idisə niyə onun qəzetini bağladılar? Niyə “ Xural” qəzetini qoymadılar çıxmağa? Axı qəzetə qarşı heç bir məhkəmə qərarı yoxdur! Baş redaktorumuzun həbsindən sonra kollektiv olaraq yeni qəzet nəşr etməyə çalışdıq. Əgər Əvəz bəy günahkardırsa kollektiv günahkar deyildi axı. Bu sadə məntiqdir. Amma bu sadə ədalət prinsipləri də qorunmadı. Şəxsən mənim yeni qəzet nəşr etməklə, onu qeydiyyata aldırmaqla bağlı düz dört müraciətim cavabsız qalıb.

- Neçə dəfə Ədliyyə Nazirliyinə müraciət etmisiniz?
- Düz dört qəzetlə bağlı. “ Yeni Xural”, “ Çağdaş Xural”, “ Müasir Xural”, “ Kural”. Heç birinə rəsmi cavab almamışam. Qeyri rəsmi isə deyiblər ki o adla bağlı qəzet buraxmaq olmaz. Niyə, “ Yeni Musavat”, “ Müasir Musavat”, “ Azadlıq”, “ Azadlıq +” olar, amma bizə olmaz. Niyə? Çünki Əvəz Zeynallı ixtiyar sahiblərinin sifarişi ilə tutulub. Sonra, bu qədər vaxt idi ki, yazıram, mənə bir kəlmə deyən olmayıb. Amma Əvəz bəy həbs olunandan sonra maşınım vuruldu, maşınımı qoyub getdim gəldim ki, kapotu əziblər, qabaq şüşəni sındırıblar, evimə və özümə zənglər olub. Hamısı bu qısa müddətdə. Eləcə də redaktorumuz Anar Niftəliyevə zəng edib təhdid edirlər. O da nə qədər vaxtdır “ Azadlıq” qəzetində köşə yazır. Bu vaxta qədər bir kəlmə söz deyən olmayıb nəinki, təhdid edən. Artıq onu da təhdid edirlər. Tutaq ki, bunlar hamısı təsadüflərdir, mən qəbul edə bilərəm. Amma bizim təzə buraxdığımız “ ASİ” qəzetinin qeyri rəsmi çapına qadağa qoyulmasına görəsən skeptiklər nə deyər? Bəli bu artıq nə anonim zəng, nə də anonim maşın dağıdaraq, guya bizə xəbərdarlıq etməkdir. Əməkdaşımız Kamran Zamanlını, gerbli bir maşınla qovalayıb saxlamaq istəmişdilər. Yaxşı ki, yaxındakı polis məntəqəsinə girə bilib, yoxsa Allah bilir nə ola bilərdi? Niyə? Çünki o Əvəz bəyin ailəsini aparıb gətirirdi? Əvəz bəyin vaxtında yoldaşı bizimlə işləyirdi. Nə oldu? Kamranı bir müddət redaksiya işindən uzaqlaşdırdıq. Hər şey sakitləşdi. Bizə qarşı yönəlmiş hər bir hərəkət bizi Əvəz Zeynallının müdafiəsindən uzaqlaşdırmaq üçün atılmış addımlardır. Əvəz Zeynallı vicdan məhbusudur. Əvəz Zeynallını susdurmaq üçün həbs ediblər. Baxın, görəsən daha nə qədər sübut lazımdır ki, Əvəz Zeynallının günahsız yerə tutulduğuna inanasınız?

- Son durum necədir? Əvəz bəyin müdafiəsi nə səviyyədədir?
- Bilirsiniz mən hamılıqla bütün azad mətbuata təşəkkürümü bildirmək istəyirəm. Doğurdan da bizim mətbuatda böyük kişilər var. Bu sözü Əvəz bəydən oğurlamışam. Mehman Əliyev, Emin Hüseynov, Rauf Arifoğlu, Qənimət Zahid, Şirin Cəfəri və adını çəkmədiyim bir çoxlarına bu sözü həqiqətən yaraşdırıram. Onlar həqiqətən mətbu həmrəylik göstərdilər və göstərirlər. Mən adlarını çəkdiyim və çəkmədiyim bu kişilərlə bir səfdə olduğum üçün fəxr edirəm. Çünki, ağır gündə bütün hökumət Əvəz Zeynallının üstünə gələndə onlar geri durmadılar və indi də durmurlar. Amma bu heç də Əvəz bəyi müdafiə edən partiyaların və QHT- lərin rolunu kiçiltmir. Musavat partiyasının bizə redaksiya üçün yer verməsini qeyd etməyim burada yerinə düşür. Onların verdikləri bəyanatlar beynəlxalq təşkilatların Əvəz bəyin müdafiəsinə səfərbər olmasında böyük rolu oldu. Bəli bütün azad mətbuat, siyasi partiyalar və müstəqil hüquq müdafiəsi təşkilatları Əvəz bəyin siyasi sifarişlə tutulduğunu bəyan etdi. Eynulla bəy, Novella xanım, Səadət xanım, Leyla xanım Əvəz bəyin həqiqətən günahsız tutulduğunu dünyaya bəyan etdilər.

- Görülməmiş bir iş qalıbmı? Mətbuatla bağlı yeni təklif və ya hansısa kampaniyalar həyata keçirəcəksinizmi?
- Bəli bir arzum, daha doğrusu, mətbuatdan bir xahişim var. Siyasi və vicdan məhbuslarının şəkillərini çap edib onlara azadlıq tələb edən qəzetlərimiz Əvəz Zeynallının şəklini bu siyahıya əlavə etsə yaxşı olar. Hər halda “ Xural”- ın bazasında çap olunan “ ASİ” qəzetinin çəmi bir nömrə işıq üzü görərək bağlanması çox şeylərdən xəbər verir. Azərbaycanın azad mətbuatı şəkillərini çap etdiyi həbsxanada olan mübarizə qardaşlarımızın şəkil qalereyasına Əvəz bəyin də şəklini əlavə edəcəyinə inanıram. Bütün qadağalara baxmayaraq Əvəz Zeynallı məhbəsdə də düşünür, yaradır, mübarizə aparır. O nəinki öz azadlığı uğrunda, başqalarına qarşı olan haqsızlıqlara qarşıda mübarizə aparır. Elə bu yaxınlarda onun “ Yeni Musavat” qəzetinə qarşı başladılmış savaşı pisləməsi və bu mübarizə də özünün “ Yeni Musavat” qəzeti ilə bir yerdə olması haqda verdiyi bəyanat, məhbəsdən yazdığı analıtık yazılar buna sübutdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru