“BOLOTNI” MEYDANINDA 7 MİN ADAM TOPLAŞIB
Tarix: 10-12-2011, 14:48 |
Çap et
ONLARDAN MİNƏ YAXINI JURNALİSTLƏRDİR
Saat 14:15-ə olan məlumata görə, müxalifətin etiraz aksiyasının keçirildiyi Bolotnı meydanında 7 minə yaxın adam toplaşıb, onlardan minə yaxını jurnalistlərdir. Trend-in məlumatına görə, bu barədə DİN-in Baş İdarəsi məlumat verib.
"Teatr meydanında (İnqilab meydanı) minə yaxın adam toplaşıb ki, onlardan 500-ü KİV nümayəndələridir. Toplaşanlar qruplarla mitinqin keçirildiyi Bolotnı meydanına gedirlər", - məlumatda deyilir.
RİA Novosti yazır ki, hakimiyyət Bolotnıda 30 minədək sayda adamın mitinq keçirməsinə icazə verib.