İCTİMAİ PALATA HAKİMİYYƏT QARŞISINDA TƏLƏBLƏR QOYDU
Tarix: 10-12-2011, 15:25 | Çap et
MÜXALİFƏTİN RƏQİB DÜŞƏRGƏYƏ ŞƏRTLƏRİ
"10 dekabr - Beynəlxalq İnsan Haqları Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də qeyd olunur. Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının tam təmin olunduğunu bəyan etsə də, bu sahədə durum getdikcə pisləşməkdədir. Hakimiyyət insan hüquqlarının müdafiəsini nəinki təmin edir, əksinə fundamental hüquqların kütləvi şəkildə pozulmasına rəvac verir." FaktXeber.com-un verdiyi məlumata görə, bu sözlər İctimai Palatanın insan hüquqlarının müdafiəsi Komitəsinin bəyanatındandır. Bəyanatda daha sonra deyilir:
"İnsanların fundamental hüquqlarından hesab olunan sərbəst toplaşmaq azadlığına ölkədə xeyli müddətdir ki, tamamilə qadağa qoyulub. Mitinq və piketlər keçirmək üçün konstitusion hüququndan istifadə etməyə cəhd edən insanlar haqqında qondarma cinayət işləri açılır və siyasi sifarişi həyata keçirən məhkəmələr tərəfindən azadlıqdan məhrum edilir.
2 aprel hadisələri ilə əlaqədar və digər qondarma ittihamlarla həbs olunan - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Sahib Kərimov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Elnur İsrəfilov, Elnur Məcidli, Akif Alışlı, Elşən Həsənov, Zülfüqar Eyvazlı, Babək Həsənov, Şahin Həsənli, Vidadi İsgəndərli, Bəxtiyar Hacıyev, Cabbar Savalanlının həbsi və bu şəxslərin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu hesab edilməsi insan hüquqlarının pozulmasının bariz nümunəsidir.
Siyasi sifarişlə həbs olunanların müdafiəsini mövcud qanunlar əsasında quran vəkillərə təzyiqlərin edilməsi və bir çox hallarda Vəkillər Kollegiyası tərəfindən uydurma ittihamlarla vəkillik fəaliyyətindən kənarlaşdırılması (Osman Kazımlı, Xalid Bağırov, Elçin Namazov, Aslan İsmayılov, Elçin Sadıqov və başqaları) Azərbaycanda hüquqi nihilizmin bərqərar olmasının təsdiqidir.
Söz azadlığına qoyulan məhdudiyyətlər ucbatından azad və müstəqil medianın sıxışdırılaraq aradan çıxarılması, jurnalistlərin təqib və həbs olunması (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı), vəhşicəsinə öldürülməsi (Elmar Hüseynov) və günahkarların cəzalandırılmaması insan hüquqlarının Azərbaycansayağı qorunması nümunəsidir. Bugünlərdə tanınmış publisist Rafiq Tağı bir neçə bıçaq zərbəsi alandan sonra 4 gün xəstəxanada qalıb, Həkimlərin rəyinə görə, vəziyyətinin yaxşılığa doğru dəyişdiyi bir vaxtda qəflətən vəfat edib. İndiyə kimi Rafiq Tağının qatilinin tapılması istiqamətində, demək olar ki, heç bir nəticə əldə edilməyib, xəstəxanada onun vəziyyətinin qəflətən pisləşməsinin səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verilməyib. Təkcə bu fakt ölkədə guya sabitlik yaradılması, kriminogen durumun tam nəzarətə götürülməsi, hüquqların qorunması ilə bağlı yüksək səviyyələrdə verilən çoxsaylı bəyanatları təkzib edir.
Siyasi partiyaların sıxışdırılması, qərargahlarının əlindən alınması, dövlət tərəfindən maliyyələşdirilməməsi, onlara efir vaxtının verilməməsi, siyasi əqidəsinə görə insanların işdən azad edilməsini faktları da insan hüquqlarının qorunması sahəsində ölkədəki vəziyyəti əks etdirir.
Televizayaların faktiki dövlət nəzarətində olması nəticəsində vətəndaşların informasiya əldə etmək hüququ daima pozulur, bir çox hallarda vətəndaşlar ölkədə baş verən ictimai-siyasi proseslər barədə dezinformasiya edilirlər.
İnhisarçılıq və daimi qiymət artımı, o cümlədən “tariflərə yenidən baxılması” adı altında qiymət artımının həyata keçirilməsi vətəndaşların iqtisadi vəziyyətinin son dərəcə pisləşməsinə gətirib çıxarmışdır.
Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ancaq cəzaların sərtləşməsi ilə səciyyələnir. Cəza sisteminin liberallaşması siyasətinin həyata keçirilməsi əvəzinə, mövcud normaların sərtləşdirilməsi xətti aparılır.
Ziyan dəyən vətəndaşlara, ilk növbədə Kür daşqınlarından əziyyət çəkmiş insanlara real yardım edilmir. Edilən yardımların yubadılması, mənimsənilməsi halları kütləvi xarakter almışdır.
Diffamasiya barədə qanun qəbul edilmir. Jurnalistlərin peşə azadlığına təminat verilmir və şərait yaradılmır.
Orduda vəziyyət günü-gündən pisləşir. Əsgər ölümləri, özbaşınalıq, haqların pozulması artıq adi hala çevrilib. Törədilən cinayətlər ört-basdır edilir, günahı zərərçəkənin üstünə yıxmaq tendensiyası üstünlük təşkil edir.
Mülkiyyət hüquqlarının qeydiyyata alınma, icazənin alınması kimi dövlətin xidmət göstərməsinə aid sahələr real korrupsiya mənbəyidir. Bu sahədə icazələrin minimuma endirilməsi, daha çox məlumatlandırma sisteminə keçilməsi, korrupsiyanı minimuma endirmək üçün göstərilən xidmətlərin internet vasitəsilə həyata keçirilməsi – məntiqi və zəruri addım olmasına rəğmən, demək olar ki, heç bir real addım atılmır. Atılan kiçik addımlar da məmur özbaşınalığı və süründürməçilik vasitəsilə heçə endirilir.
İnsanların mülkiyyət və digər sosial hüquqlarının kobud surətdə pozulması haqqında kifayət qədər faktlar və məhkəmə qərarları var ki, bu sahədə də insan hüquqlarının qorunmasından danışmaq mümkün deyil. Məsələ hüquqi həllini tapana qədər sökülməməsi haqqında məhkəmə qərarı olmasına baxmayaraq, hüquq-müdafiəçisi Leyla Yunusun ofisinin yerlə yeksan edilməsi, 2 aprel hadisələri zamanı həbs edilən Tural Abbaslının yaşadığı evin hissə-hissə sökülməsi və iki körpə uşağın yaşadığı mənzilin yerləşdiyi blokunun yandırılmasına bir neçə dəfə cəhd olunması məsələnin mahiyyətini açır.
Təhsil müəssisələrində hicaba qoyulan qadağaya qarşı etiraz etdiklərinə görə inanclı insanların şərlənərək absurd ittihamlarla həbs edilməsi və onlar üzərində aparılan məhkəmə iclaslarının yarımqapalı şəkildə keçirilməsi beynəlxalq təşkilatlar tərəfindən bu insanların siyasi məhbus kimi tanımasına gətirib çıxarıb. Bununla yanaşı, AİP rəhbərliyinin ittihamı üzrə keçirilən məhkəmələr də onlara qarşı ittihamların əsassızlığını və qərəzliliyini ortaya qoydu. Belə ki, heç bir yetərli əsas olmadan, Mövsüm Səmədov başda olmaqla, AİP rəhbərliyi və fəalları hər biri 10 ildən artıq müddətə azadlıqdan məhrum edilmə kimi son dərəcə ağır cəzaya məruz qoyulmuşlar.
Meydan hərəkatının öncüllərindən olan Nemət Pənahlının qondarma ittihamlarla məhkum edilməsi əsas diqqəti onun son dövrlərdəki siyasi çıxışlarından yayındıra bilməz. Tanınmış hüquqşünas, insan hüquqlarının alovlu müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin İstanbul hava limanında saxlanması, həbs edilməsi, döyülməsi, deportasiya edilməsi və barəsində əsassız cinayət işinin açılması və bütün bunlara Azərbaycan tərəfindən heç bir reaksiya verilməməsi insan haqlarının pozulması sahəsində növbəti acınacaqlı hal kimi qeyd olunmalıdır.
Beynəlxalq Əfv Təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə 16 noyabr 2011-ci il tarixli hesabatını tam dəstəkləyirik və bu təşkilata qarşı rəsmi kütləvi informasiya vasitələrində aparılan təbliğatı qətiyyətlə pisləyirik.
İctimai Palata qeyd olunanları nəzərə alaraq bəyan edir ki, Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının müdafiəsi və qorunması sahəsində konkret əməli fəaliyyət göstərməlidir. Ona görə də biz hakimiyyətdən:
- İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla məhkum edilərək həbs edilən və “Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusu elan edilmiş üzvlərinin və digər fəalların, o cümlədən hicab qadağasına etiraz edərkən həbs edilənlərin qeyd-şərtsiz azad olunmasını;
- AİP fəallarının azadlığa buraxılmasını;
- hakimiyyət tərəfindən sərbəst toplaşmaq və söz azadlığına, siyasi partiyalara qoyulan qeyri-rəsmi məhdudiyyətlərin aradan qaldırılmasını;
- vətəndaşların mülkiyyətinin talanmasına, mülkiyyət hüququnun hər hansı formada pozulmasına son qoyulmasını;
- inanclı insanlara qarşı həyata keçirilən təqib və təzyiqlərə son qoyulmasını, dini etiqad sahəsində repressiv qanunverici dəyişikliklərin ləğv edilməsini;
- məmur özbaşınalığına hər sahədə son qoyulmasını;
- talançı qiymət artımları, inhisarçılıq və digər pozuntular nəticəsində vətəndaşların iqtisadi durumunun günü-gündən pisləşməsinin qarşısının alınmasını;
- orduya çağırış yaşının azaldılmasını, çağırış müddətlərinin məhdudlaşdırılmasını, magistrlərə və digər bu kimi kateqoriyalara çağırışdan möhlət hüququnun verilməsi, ordunun ən azı yarısının kontrakt əsasda formalaşdırılmasını;
- Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin köklü liberallaşmasını həyata keçirilməsini, ictimai təhlükə kəsb etməyən və ya az kəsb edən bir çox əməllərin dekriminalizasiyasının həyata keçirilməsini, bir çox xırda cinayətlərə görə azadlıqdan məhrumetmə növündə cəzanın cərimə və ictimai işlərlə əvəz edilməsini;
- dövlətin xidmət göstərməsinə aid sahələrdə icazələrin minimuma endirilməsi, daha çox məlumatlandırma sisteminə keçilməsi, korrupsiyanı minimuma endirmək üçün göstərilən xidmətlərin internet vasitəsilə həyata keçirilməsini;
- neft gəlirlərinin əldə edilməsinin və məsrəf edilməsinin real rejimdə müşahidə etmək imkanı verən proqramların (veb-sayt kimi) qanunvericilik səviyyəsində qəbulunu;
- ümumilikdə büdcə mədaxil və məxaricini şəffaf və əlçatan şəkildə müşahidə etmək imkanının yaradılması barədə qanunverici normanın qəbulunu;
- vətəndaşların ölkə Konstitusiyasında bəyan edilmiş hüquqlarının tam və hərtərəfli təmin edilməsini tələb edirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
• AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12 |
|
|
|
• Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05 |
|
|
|
• Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01 |
|
|
|
• Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58 |
|
|
|
• "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48 |
|
|
|
• Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
• XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24 |
|
|
|
• Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16 |
|
|
|
• Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14 |
|
|
|
• Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09 |
|
|
|
• "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02 |
|
|
|
• Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59 |
|
|
|
• “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55 |
|
|
|
• Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52 |
|
|
|
• Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49 |
|
|
|
• Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48 |
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
|