SURİYA SƏFİRLİYİNƏ HÜCUM OLDU
Tarix: 12-12-2011, 12:48 |
Çap et
10-DƏK İNSAN SƏFİRLİYİN BİNASINA SOXULUB
Suriyanın İordaniyadakı səfirliyinə hücum olub. "France-Presse" agentliyinin verdiyi məlumata görə, 10-dək insan səfirliyin binasına soxulub. Onların qarşısını kəsməyə çalışan mühafizəçilər döyülüblər. Səfirin müavini, konsul və digər diplomatlar da hücuma məruz qalıblar.
Hücumda iştirak etmiş 8 nəfər saxlanılıb. İordaniya hökuməti hələ ki, məsələyə münasibət bildirməyib.