ZİYA MƏMMƏDOVUN ADAMI PA-YA GƏTİRİLƏ BİLƏR
Tarix: 22-05-2013, 17:27 |
Çap et
GÖYÇAYA İSƏ KEÇMİŞ DEPUTAT BAŞÇILIQ EDƏCƏK
DİA.AZ: - Redaksiyamıza bu dəqiqəlrəd kadr islahatları ilə bağlı yeni məlumat daxil olub. Nazirlər Kabinetindəki bilgili qaynaqdan DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, yaxın günlərdə rayonlardan birinin icra başçısı çıxarılacaq və onun yerinə keçmiş deputatlardan biri təyin olunacaq.
Mənbənin sözlərinə görə, 2007-ci ildən etibarən Göyçay rayonuna rəhbərlik edən Mənsur Məmmədovun vəzifəsindən alınaraq Prezident Administrasiyasına gətirilməsi gözlənilir. Xatırladaq ki, Mənsur Məmmədova qədər Göyçaya Mübariz Ağayev rəhbərlik edirdi və 2007-ci ildən 2012-ci ilə qədər Mübariz Ağayev Mingəçevirdə icra başçısı olub, hazırda isə Qubaya rəhbərlik edir.
Mənsur Məmmədova gəlincə isə nəqliyyat naziri Ziya Məmmədovun adamı olan bu şəxsin PA-da Ramiz Mehdiyevə yaxın hesab olunan fiqurlardan birini əvəzləyəcəyi söylənilir.