Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

ELŞAD ABDULLAYEVƏ QARŞI ŞOK BƏYANAT
Tarix: 29-05-2013, 11:23 | Çap et
ELŞAD ABDULLAYEVƏ QARŞI ŞOK BƏYANAT
"BU QANUNSUSUZLUQLAR MƏNİ MƏCBUR ETDİ"...

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin yaydığı sonuncu video görüntülərdə adı hallanan Məhəmmədəli Əliyev sabiq rektorla bağlı bəyanat yayıb.

M. Əliyevin APA-ya ünvanladığı bəyanatda bildirir ki, o, 1989-cu ildən Bakı şəhəri İcra Hakimiyyətinin təmir-tikinti trestinin 7-ci mikrorayonda yerləşən yataqxanasında komendant işləyib. 1999-cu ildən yataqxana ABU-nun balansına keçəndən sonra komendant kimi fəaliyyətimi davam etdirib: “Elşad Abdullayevlə mənim aramda normal işçi münasibətləri olub. Lakin, onun mənə qarşı etdiyi haqsızlıqlar mənim işdən qovulmağımla nəticələnib. Hazırda da o, mənə etdiyi qanunsuzluqları davam etdirir. Elşad Abdullayev kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə mənimlə bağlı yazılar, video görüntülər yayımladıqdan sonra mən yaşlı bir insan kimi, özüm və ailəm böyük stress keçirdim. Özü bir yana qalsın, məni də öz çirkin oyunlarına qatmaq istəyir. Elşad Abdullayevin bu qanunsuzluqları məni bəyanat verməyə məcbur edir”.

M. Əliyev bəyan edib ki, E. Abdullayevin yaydığı video görüntülər yalan və uydurmadır: “İctimaiyyətə bəyan etmək istəyirəm ki, videoyazılarda olan danışıqlar və Elşad Abdullayevin mənim adımdan istifadə edib yazdığı məlumatların hamısı onun uydurmasıdır. Təfsilatı ilə bildirmək istəyirəm ki, 2009-cu ilin dekabr ayının xatırlamadığım tarixində axşam saatlarında Elşad Abdullayev məni universitetdə olan xidməti otağına çağırıb, özünün istirahət otağına apardı və orada mənə bildirdi ki, mən səni hazırlamaq istəyirəm, Mahirin itkin düşməsi ilə əlaqədar səni prokurorluğa çağıranda bu sözləri deyərsən. Elşaddan nə üçün məni prokurorluğa çağıracaqlarını soruşduqda, o dedi ki, mən sənə dediyim sözləri, ifadə verərkən deməlisən, yoxsa səni işdən çıxardaram. Ailəmi dolandırmaq xatirinə Elşada “de görüm nə deyirsən, nə deməliyəm mən”, dedim.
Elşad Abdullayev ilkin olaraq təkid edirdi ki, ifadə verərkən yalandan deyim guya Mahiri sonuncu dəfə 13 oktyabr 2003-cü ildə onunla pul vermək üçün Nizami küçəsi, 4 saylı evə girəndə görüşmüşəm, guya onun arxasınca isə 2 oğlan həmin evə girib, bundan başqa guya bir müddət sonra Mahirin dostu Sənan həmin evdən düşüb öz maşınına minib oradan uzaqlaşıblar. Bunu Elşad Abdullayev əvvəl özü şifahi olaraq istirahət otağında mənə bildirdi və növbəti gün gəlib bunu onunla müzakirə etməli olduğumu söylədi. Səhəri gün Elşadın köməkçisi məni yenidən axşam saatlarında xidməti otağına dəvət etdi. Bu dəfə Elşad Abdullayevlə onun iş otağında əyləşdik və o mənimlə əvvəlki gün özünün mənə dediyi qeyd olunan söhbət barədə müzakirə aparmağa başladı və mənə çıxanda dedi ki, prokurorluğa dəvət olunanda da bu cür ifadə verərsən. Növbəti gün Elşad məni yenidən yanına dəvət edərək ilkin olaraq mənə şifahi bildirdiklərini, kağızda yazılı formada verib tapşırdı ki, orada yazılanları əzbərləyib onun yanına gəlim. Bu yazılarda bundan başqa mənim guya Milli Təhlükəsizlik Nazirliyinə getməyim, guya orada Hilal Əsədovun və Əli Nağıyevin yanında olmağım, guya MTN-də Mətanət İsgəndərli, Ələddin, Sənanla üzləşməyim və digər söhbətlər əks olunmuşdu. Mən onları əzbərləyəndən sonra səhəri gün yenidən axşam saatlarında Elşadın yanına gedərək əzbərləmək üçün mənə verdiyi kağızda olan mövzu ətrafında danışmağa başladıq”.

M. Əliyev qəti şəkildə bildirib ki, heç vaxt MTN-də olmayıb: “Mən heç vaxt MTN-də olmamışam, orada hər hansı nazir müavinin qəbuluna girməmişəm, Hilal Əsədov, Əli Nağıyev, Mətanət İsgəndərli, Sənan, Ələddin və Elşadın göstərdiyi başqa şəxslərlə həyatım boyu heç bir ünsiyyətim, tanışlığım, qeyd olunan mövzularda söhbətim olmayıb. Mahirin nə səbəbə, hansı qaydada və şəraitdə itkin düşməsi, həmçinin bu hadisə ilə əlaqəli şəxslər barəsində heç bir məlumatım yoxdur. İnternetdə yayımlanmış videogörüntüdə əks olunmuş danışıqların hamısı Elşad Abdullayev tərəfindən qabaqcadan hazırlanaraq mənə verilib. Bunların hamısı Elşadın uydurması olub, o, sadəcə məndən istifadə edərək bu çirkin niyyətlərini həyata keçirməyə çalışıb. Bu söhbətdə iştirak etməyimə yeganə səbəb Elşadın məni işdən çıxarmasından qorxum olub. Eyni zamanda qeyd etmək istəyirəm ki, Elşad bir dəfə mənə dedikləri barədə ərizə yazıb prokurorluğa göndərməyimi xahiş etsə də, bundan imtina etmişəm. Bu səbəbə görə Elşad 2010-cu ilin iyul ayında məni işdən çıxarıb və həmin dövrdən nə onunla, nə də onun yaxın ətrafından hər hansı şəxslə heç bir əlaqəm olmayıb. Mən üç dəfə prokurorluqda bu məsələlərlə əlaqədar ifadə vermişəm. Bəyan edirəm ki, məndən ifadə alanda Elşad Abdullayevdən fərqli olaraq nə müstəntiqlər, nə də ki hüquq-mühafizə orqanlarının hər-hansı işçisi heç bir təzyiq göstərməyib, mənimlə normal qaydada davranıblar. İfadələrimi də tam düzgün olaraq, səmimi vermişəm və prokurorluqda verdiyim ifadələrimi bir daha təsdiq edirəm. Mən yaşlı insanam, qaçqın həyatı yaşayıram, Elşad Abdullayev kimi heç kəsi aldatmamışam və ona-buna hədə-qorxu gələrək evlərini satdırmağa məcbur etməklə pul qazanmamışam. Mənim 71 yaşımda Allahdan başqa qorxacağım bir kimsə yoxdur. Elşad Abdullayevə müraciət edib qəti şəkildə tələb edirəm ki, bir daha mənim adımdan istifadə etməsin, məni öz çirkin oyunlarına qatmasın. Əks təqdirdə onu məhkəməyə verəcəyəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru