“CƏMİYYƏTDƏ BU BARƏDƏ NƏ MƏLUMAT OLACAQ?”
Tarix: 13-12-2011, 11:55 | Çap et
REDAKTORLAR MEDİA OMBUDSMANINI “TOPA TUTDULAR”
Məlum olduğu kimi, Azərbaycanda media ombudsmanının səlahiyyətləri müvafiq qanunla İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya verilib. Jurnalistlər deyirlər ki, aradan bir il ötməsinə baxmayaraq ombudsmanın media sahəsində fəaliyyəti elə də gözə çarpmır. Əgər belədirsə, mətbuat nümayəndələri ombudsmanın media sahəsindəki fəaliyyətini konkret olaraq necə qiymətləndirirlər? Bununla bağlı təkliflər nədən ibarətdir? Modern.az-ın əməkdaşı məsələyə münasibət öyrənmək üçün bir sıra mətbuat nümayəndəsi ilə əlaqə saxlayıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu prosesin lap əvvəlindən media ombudsmanının ayrıca bir struktur, müstəqil qurum kimi fəaliyyət göstərməsini məqsəduyğun hesab edib. Onun fikrincə, Azərbaycan mətbuatının əhəmiyyətli hissəsi də onunla həmfikir olub. “Amma təəsüflər olsun ki, səthi bir qərar qəbul olundu və bu gün də o qərarın acısını çəkməkdəyik. Çünki faktiki olaraq bu istiqamətdə fəaliyyət hər hansı formada nəzərə çarpmır. Ümumiyyətlə, Ombudsman Aparatında bu istiqamətdə kimin nə işlə məşğul olduğunu bilmirəm. Güman edirəm ki, Azərbaycan mətbuatından başqa kimsə də bilmir. Hər gün informasiyanın içərisində olan insanlar əgər bu məlumatdan, bu fəaliyyətdən xəbərdar deyillərsə, ümumiyyətlə, cəmiyyətdə bu barədə nə məlumat olacaq?”.
Ortalıqda real fəaliyyətin olmadığını qeyd edən baş redaktor sadəcə, ayrı-ayrı hallarda bu və ya digər jurnalistlərlə bağlı Elmira Süleymanovanın müəyyən açıqlamalarına rast gəldiyini deyir.
“Hesab edirəm ki, media ombudsmanı ayrıca fəaliyyət göstərməlidir. Çünki media tamamilə fərqli yanaşma tələb edən bir sahədir. Dünyanın əksər ölkələrində də məhz media ombudsmanının müstəqil fəaliyyət göstərməsinə üstünlük verirlər. Düzdür, insan hüquqları və media sahəsində söz, fikir, vicdan azadlığı kimi oxşar cəhətlər var. Ancaq Ombudsman institunun yenicə formalaşdığı ölkələrdə, xüsusən Azərbaycan kimi ölkələrdə hesab edirəm ki, media ombudsmanın ayrıca fəaliyyət göstərməsi üçün müvafiq addımlar atılmalıdır.
Yox əgər bu, Ombudsman Aparatının tərkib hissəsi kimi qalacaqsa, o zaman ortalığa bir konsepsiya qopyulmalıdır. Hansı işlər görüləcək, hansı istiqamətdə fəaliyyət göstərəcək? Ümumiyyətlə, bu aparatın media ilə əlaqələri geniş olmalı, mütəmadi müzakirələr aparılmalı, medianın problemləri hər an gündəmə gətirilməlidir. Yəni bu məsələdə ombudsman daha aktiv olmalıdır, nəinki jurnalist təşkilatları. Amma biz bunun əksinin şahidi oluruq”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Himət Babaoğlunun sözlərinə görə, Ombudsman İnsitutu bütün cəmiyyətlərdə bu və ya digər hüquqların qeyri-ənənəvi yolla müdafiəsi üçün yaradılmış ictimai qurumdur və bunun ən qədim formasına orta əsrlərdə rast gəlinir.
“Bəlli olmuşdu ki, hələ ilk dəfə tarixdə Osmanlı İmperiyası ərazisində yaşayan qeyri-müsəlmanların hüquqlarını qorumaq üçün belə qeyri-ənənəvi icitimai təşkilat formalaşdırmışdılar. Sonradan bu norveçlilər tərəfindən mənimsənilir və Norveçdə rəsmi institut kimi formalaşdırılır. Göründüyü kimi, hansı sahədə olursa olsun bu, hüququn qeyri-ənənəvi üsullarının qorunmasına xidmət göstərir. Və Azərbaycanda da media hüquqları bütövlükdə hüquqlarımızın bir hissəsidir. Media ombudsmanının fəaliyyətini normal qiymətləndirirəm. İnanıram ki gələcəkdə daha yaxşı olacaq”.
Baş redaktorun fikrincə, bu institutun fəaliyyət mexanizmi o vaxt hərəkətə keçir ki, müdafiə etmək üçün hüquqlar pozulmuş olsun.
“Amma bilirsiniz ki, bu gün Azərbaycanda media hüquqları ilə bağlı problem yoxdur. Əgər problem yoxdursa, demək onun qorunması ilə də bağlı narazılıq da yoxdur. Ona görə də hesab edirəm ki, bəlkə də bir qədər institutunun fəaliyyətini ictimaiyyət tərəfindən çox populyar qəbul olumaması da bununla bağlıdır. Yəni Azərbaycanda insan hüquqları və azadlıqları qorunur və media özü öz hüquqlarını kifayət qədər qorumağı bacarır”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının məsələyə münasibəti belə olub: “Aldığım məlumata görə, Ombudsman Aparatında media ilə əlaqəli bir şöbə yaradılmalıdır. Həmin şöbənin yaradılması ilə bağlı hətta bir neçə müzakirələr keçirilibdir. Mən olmasam da, digər həmkarlarım ora qatılıb, fikirlər bildiriblər. Ancaq əvvəlki fikrimə qayıdıram ki, media ombudsmanı institutu ayrıca bir qurum kimi fəaliyyət göstərməlidir”.
Onun sözlərinə görə, xaricdə hətta hər bir qəzetin öz ombudsmanı var. “Yəni əgər biz media siyasəti ilə bağlı xarici ölkələrin təcrübəni öyrənsək, görərik ki, hər bir qəzetin özündə də belə bir vəzifə var”.
Akif Aşırlı deyir ki, media ombudsmanının son dövrlər mətbuatla əlaqəli hansısa işlər gördüyünü, informasiya əldə olunması sahəsində hansısa redaksiya və ya jurnalistin müraciətinin cavablandırdığını bilmir.
“Bütün bunlar yəqin ona görədir ki, müvafiq şöbə hələ qurulmayıb, yaxud bəlkə də qurulubdur, xəbərimiz yoxdur, yəni ictimaiyyətin bununla bağlı məlumatı yoxdur”.
Digər həmkarları kimi media ombudsmanının İnsan hüquqları üzrə Müvəkkilə verilməsinin əleyhinə olduğunu deyən Akif Aşırlı hesab edir ki, bunlar ayrı-ayrı institut şəklində formalaşsaydı, daha yaxşı olardı.
“Daha mübət nəticəsini biz görə bilərdik. Elmira xanımın insan haqları ilə bağlı təcrübəsi var, uzun illərdir bu sahədə çalışıb. İndi əgər onun aparatımda elə bir şöbə fəaliyyət göstərirsə, o şöbə kimlərdən ibarətdir, ümumiyyətlə, həmin şöbə ilə redaksiyalar, jurnalistlərin əlaqələrinin qorunması istiqamətində hansısa bir addımlar atılıbmı? Atılmayıbsa, niyə atılmayıb?
Gərək bu addımlar atılardı və bu fəaliyyət şəffaf olardı. Jurnalist də bilərdi ki, kimə müraciət etməlidir, iş görülməlidir. Oturub durmaqla, sadəcə belə bir qurumun kağız üzərində yaradılması ilə biz heç bir müsbət nəticəyə nail ola bilmərik. Ən azından bu gün biz fəaliyyət görməliydik. Çox təəsüf ki, görmürük”.
“Yeni Nəsil” Birliyinin sədri Arif Əliyev də bir vaxtlar media ombudsmanının ayrıca qurum kimi fəaliyyət göstərməsinin tərəfdarı olub.
“Amma uzun illərdən, mübahisələrdən sonra başqa qərar qəbul edildi. Media ombudsmanının səlahiyyətləri İnsan hüquqları üzrə Müvəkkilə verildi. Amma bu sahədə onun indiyə qədər olan fəaliyyəti barədə danışmaq çətindir. Çünki mən bildiyimə görə, hələ konkret olaraq bu finksiyasını yerinə yetirəcək daxili struktur yaradılmayıb. Düzdür, bununla bağlı jurnalistlərlə görüşlər oldu, müzakirələr, məsələhətləşmələr də aparıldı. Amma hələlik bu sahədə elə bir fəaliyyət yoxdur ki, mən bu fəaliyyətlə bir qiymət bildirim”.
Arif Əliyevin fikrincə, ombudsmanın iş həcmi o qədər böyükdür ki, ikinci belə böyük həcmi fəaliyyəti - media ilə bağlı funksiyanı həyata keçirmək onun üçün yəqinki çətin olacaq.
“Çünki informasiya əldə etmək hüququnun pozuntusu halları ilə bağlı olan problemlər gündə baş verir. Bu qədər məsələyə operativ müdaxiləyə nə qədər imkan olacaq, bilmirəm. Amma Ombudsman Aparatının yanında belə bir sturukturun yaradılması ilə bağlı müəyyən təkliflərimiz var idi və biz onları təklif etdik”.
“Yeni Musavat” qəzetinin redaktoru Azər Ayxan deyir ki, hər hansı fəaliyyətin qiymətləndirilməsi üçün ortada işin olması mütləq vacibdir. Onun sözlərinə görə, Elmira Süleymanovanın media ombudsmanı kimi fəaliyyəti olmadığı üçün heç bir qiymət vermək mümkün deyil.
“Ölkədənin ən nüfuzlu və tirajlı qəzetinin redaktoruyam. O səbəbdən də onun media sahəsi ilə bağlı fəaliyyətinə, təşəbbüslərinə indiyə qədər rast gəlməmişəm. Rast gəlsəydim, ən azı o fəaliyyəti, təcrübəni öz üzərimizdə hiss edərdim.
“Yeni Musavat” qəzetinin təxminən 1,5 milyon manat məbləğində cərimələnməsi üçün iddialar qaldırılıb. Bizi ölkənin üç qüdrətli naziri məhkəməyə verib. Onlardan biri Kəmaləddin Heydərov və onun nəzarətində olan “Gilan Holdinq”dir ki, 1 milyon manatlı1q iddia qaldırıb. Digəri müdafiə naziri Səfər Əbiyevdir ki o da öz müavini vasitəsilə bizi məhkəməyə verib, 100 min manat təzminat tələb edir. Üçüncü isə nəqliyyat naziri Ziya Məmmədov və onun oğludur. Onlar da bizi məhkəməyə verib və 250 min manat pul istəyirlər. Bu üst-üstə bir milyon 350 min manatlıq məhkəmə iddiası deməkdir”.
Redaktor belə bir vəziyyətdə indiyə qədər Elmira Süleymanovanın onlardan bu məsələ ilə bağlı hər hansı sorğu istəmədiyini vurğulayıb. Ona görə də Azər Ayxan E.Süleymanovanın media ombudsmanı kimi fəaliyyətinə qiymət verməyin mümkün olmadığını söyləyib.
“Bundan sonra bilmirəm bizim təkliflərimiz nə dərəcədə keçər, nə dərəcədə yox. Hər halda, bizim təklifimiz və baxışımız bu şəkildədir ki, media ombudsmanı ayrıca bir institut kimi Ombudsman Aparatından kənarda formalaşmalı idi və bu vəzifə media mütəxəssisi, mediadan xəbəri olan və medianın təəssübünü çəkən biri adama həvalə olunmalıdı idi”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|