![BAKIYA “AVROVİZİYA” AVTOBUSLARI GƏTİRİLİB BAKIYA “AVROVİZİYA” AVTOBUSLARI GƏTİRİLİB](/uploads/posts/2011-12/1323774362_eurovision.jpg)
SÜRÜCÜ İSƏ YOXDUR, ÇÜNKİ İNGİLİS DİLİ VACİBDİR
Gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision 2012” müsabiqəsi ilə əlaqədar Azərbaycana xüsusi avtobuslar gətirilib.
APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, “Shuttule Buss” tipli avtobusların sayı hələlik 50-dir. Nazir deyib ki, bu avtobusları idarə edəcək sürücü yoxdur: “Həmin sürücülərin ingilis dilində bilməsi vacibdir. Azərbaycanda isə bu tip sürücü çatışmazlığı mövcuddur. Bununla belə, “Eurovision” müsabiqəsinə hazırlıq yaxşı gedir”.