AKADEMİKİ BAŞ NAZİR TƏYİN ETDİLƏR
Tarix: 3-06-2013, 10:32 |
Çap et
FƏLƏSTİN HÖKUMƏTİNİN BAŞÇISI BƏLLİ OLDUFələstin prezidenti Mahmud Abbas iyunun 2-də yeni baş nazir təyin edib. Aprel ayında istefa vermiş Salam Fəyyadı akademik Rami Həmdulla əvəzləyib. Rami Həmdulla Böyük Britaniyada təhsil alıb. Əl-Nəc Universitetinin rektoru postunu tutan Rami Həmdulla Fələstin Azadlıq Təşkilatının üzvü olsa da, fəal siyasətçi sayılmır.
Ötən il Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar BMT Baş Məclisinin iclasında çıxarılıb və Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, həmçinin ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir.