GENERALA SÖYKƏNƏN "BESPREDEL"
Tarix: 3-06-2013, 11:13 | Çap et
HƏRBİ-LİSEYDƏ NİZAM-İNTİZAM YOX DƏRƏCƏSİNDƏDİRAzərbaycan müharibə şəraitində yaşayan ölkə olduğundan hərbi kadrların hazırlığı məsələsinə xüsusi fikir verilir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk vaxtlarda ordu məsələsinə geniş diqqət ayırdı və bu sahədə bəzi nailiyyətlər əldə olundu. Son dərəcə çətin və ağır bir şəraitdə, erməni qəsbkarları və onların havadarları ilə müharibə apara-apara öz ordusunu yaratdı. Generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin böyük zəhmət sərf etdikləri bu iş yarımçıq qaldı. XI ordu Bakını işğal etdi. Rusiya şərq sərhədlərini möhkəmlətmək üçün Azərbaycanda ordu və donanma yaratdı. Ancaq Azərbaycanı qarşıda daha böyük müsibətlər gözləyirdi. Elm, mədəniyyət sahəsində tanınmış ziyalıların, siyasi xadimlərin və peşəkar hərbçilərin repressiyası başlanmışdı. Tarixin əzablı sınağından layiqincə çıxmağı bacaran ölkəmiz hazırda dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanır və güclü ordusu ilə heç kimdən geri qalmadığını göstərir. Yazının əvvəlində də qeyd etdik ki, respublikamızda hərbi kadrların hazırlığı məsələsi daim dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Qeyd edək ki, ölkədə hərbi kadrların hazırlandığı ən böyük məktəblərdən biri də 1971-ci ildə yaradılan və Cəmşid Naxçıvanskinin adını daşıyan liseydir. Məlumat üçün deyək ki, prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin martında bu liseyin Naxçıvanda da filialı açılıb. Xəbəriniz olsun ki, 1971-ci ildən bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi minlərlə gənc bitirib, onların hər biri müxtəlif hərbi hissələrdə işlə təmin ediliblər. Əlbəttə ki, hərbi kadrların hazırlığı məsələsi ciddi olduğu qədər də məsuliyyətli bir işdir. Yəni liseydə təhsil alan gənclərə keyfiyyətli təhsil vermək və onları gələcəyin peşəkar hərbçisi kimi yetişdirmək lazımdır. Əldə etdiyimiz məlumatlarda isə vurğulanır ki, bu hərbi təhsil ocağında daxili nizam-intizam çox aşağı səviyyədədir. Məlumatlı mənbənin qeydlərindən belə aydın olur ki, liseyin rəisi, general-mayor Mirzə Almasov idarəçilik işlərində bəyənilməyən üsullardan istifadə edir: "Liseydə dərs deyən müəllimlər kursantlar arasında ayrıseçkilik salırlar. Belə ki, kimin bir az imkanı və arxasında dayağı varsa, müəllimlər onlardan ehtiyat edir. Belə şeylərdən məhrum olanlara isə hər cür problem yaradırlar. Hərbi məktəbdə daxili intizam qaydalarına riayət edilmir. Yuxarı kursda oxuyan kursantlar özlərindən aşağı kursda oxuyanları incidirlər. Təxminən, iki ay əvvəl liseydə kursantlardan biri yatdığı yerdə dünyasını dəyişdi. Məktəb rəhbərliyi onun ürək çatışmazlığından vəfat etdiyini açıqladı. Əgər onun ürəyində hər hansı xəstəlik var idisə, nəyə görə liseyə qəbul edilən zaman həkim komissiyası buna baxmamışdı? General liseyi başlı-başına buraxdığı üçün tez-tez problemlər baş verir. Saat 10-dan sonra kursantlar liseyin hasarlarından adlayaraq "samavolka"ya çıxırlar. Amma cavabdeh qalan müəllimlərin bundan xəbəri olmur. Hərbi strukturlu məktəb olduğundan daxildə baş verən hadisələr gizli saxlanılır". Mənbəmizin sözlərinə görə, liseydə rəhbər vəzifə daşıyan bəzi şəxslər buranı özləri üçün sanki əsl yeyinti mənbəyinə çeviriblər: "Şöbə rəislərindən biri əlindəki səlahiyyətlərdən istifadə edərək bəzi yaxın qohumlarını, qızını burda işlə təmin edib. Rəis isə buna qarışmır. Savadı dərs deməyə çatmayan bəzi müəllimlər kursantların peşəkar kadr kimi hazırlanmasına maneçilik törədirlər". Liseydə baş verən neqativ hadisələrlə bağlı genişmiqyaslı araşdırmalara başlamışıq. Növbəti saylarımızda rəisin qanunazidd əməlləri, həmçinin şöbə rəhbərlərinin imza atdığı qanunsuzluqlar haqqında söhbət açacağıq. Müdafiə naziri Səfər Əbiyevdən isə xahişimiz budur ki, liseydə yaranan vəziyyətin araşdırılması məqsədilə göstəriş versin.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
|