Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GENERALA SÖYKƏNƏN "BESPREDEL"
GENERALA SÖYKƏNƏN "BESPREDEL"3-06-2013, 11:13 |
HƏRBİ-LİSEYDƏ NİZAM-İNTİZAM YOX DƏRƏCƏSİNDƏDİR Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğundan hərbi kadrların hazırlığı məsələsinə xüsusi fikir verilir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk vaxtlarda ordu məsələsinə geniş diqqət ayırdı və bu sahədə bəzi nailiyyətlər əldə olundu. Son dərəcə çətin və ağır bir şəraitdə, erməni qəsbkarları və onların havadarları ilə müharibə apara-apara öz ordusunu yaratdı. Generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin böyük zəhmət sərf etdikləri bu iş yarımçıq qaldı. XI ordu Bakını işğal etdi. Rusiya şərq sərhədlərini möhkəmlətmək üçün Azərbaycanda ordu və donanma yaratdı. Ancaq Azərbaycanı qarşıda daha böyük müsibətlər gözləyirdi. Elm, mədəniyyət sahəsində tanınmış ziyalıların, siyasi xadimlərin və peşəkar hərbçilərin repressiyası başlanmışdı. Tarixin əzablı sınağından layiqincə çıxmağı bacaran ölkəmiz hazırda dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanır və güclü ordusu ilə heç kimdən geri qalmadığını göstərir. Yazının əvvəlində də qeyd etdik ki, respublikamızda hərbi kadrların hazırlığı məsələsi daim dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Qeyd edək ki, ölkədə hərbi kadrların hazırlandığı ən böyük məktəblərdən biri də 1971-ci ildə yaradılan və Cəmşid Naxçıvanskinin adını daşıyan liseydir. Məlumat üçün deyək ki, prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin martında bu liseyin Naxçıvanda da filialı açılıb. Xəbəriniz olsun ki, 1971-ci ildən bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi minlərlə gənc bitirib, onların hər biri müxtəlif hərbi hissələrdə işlə təmin ediliblər. Əlbəttə ki, hərbi kadrların hazırlığı məsələsi ciddi olduğu qədər də məsuliyyətli bir işdir. Yəni liseydə təhsil alan gənclərə keyfiyyətli təhsil vermək və onları gələcəyin peşəkar hərbçisi kimi yetişdirmək lazımdır. Əldə etdiyimiz məlumatlarda isə vurğulanır ki, bu hərbi təhsil ocağında daxili nizam-intizam çox aşağı səviyyədədir. Məlumatlı mənbənin qeydlərindən belə aydın olur ki, liseyin rəisi, general-mayor Mirzə Almasov idarəçilik işlərində bəyənilməyən üsullardan istifadə edir: "Liseydə dərs deyən müəllimlər kursantlar arasında ayrıseçkilik salırlar. Belə ki, kimin bir az imkanı və arxasında dayağı varsa, müəllimlər onlardan ehtiyat edir. Belə şeylərdən məhrum olanlara isə hər cür problem yaradırlar. Hərbi məktəbdə daxili intizam qaydalarına riayət edilmir. Yuxarı kursda oxuyan kursantlar özlərindən aşağı kursda oxuyanları incidirlər. Təxminən, iki ay əvvəl liseydə kursantlardan biri yatdığı yerdə dünyasını dəyişdi. Məktəb rəhbərliyi onun ürək çatışmazlığından vəfat etdiyini açıqladı. Əgər onun ürəyində hər hansı xəstəlik var idisə, nəyə görə liseyə qəbul edilən zaman həkim komissiyası buna baxmamışdı? General liseyi başlı-başına buraxdığı üçün tez-tez problemlər baş verir. Saat 10-dan sonra kursantlar liseyin hasarlarından adlayaraq "samavolka"ya çıxırlar. Amma cavabdeh qalan müəllimlərin bundan xəbəri olmur. Hərbi strukturlu məktəb olduğundan daxildə baş verən hadisələr gizli saxlanılır". Mənbəmizin sözlərinə görə, liseydə rəhbər vəzifə daşıyan bəzi şəxslər buranı özləri üçün sanki əsl yeyinti mənbəyinə çeviriblər: "Şöbə rəislərindən biri əlindəki səlahiyyətlərdən istifadə edərək bəzi yaxın qohumlarını, qızını burda işlə təmin edib. Rəis isə buna qarışmır. Savadı dərs deməyə çatmayan bəzi müəllimlər kursantların peşəkar kadr kimi hazırlanmasına maneçilik törədirlər". Liseydə baş verən neqativ hadisələrlə bağlı genişmiqyaslı araşdırmalara başlamışıq. Növbəti saylarımızda rəisin qanunazidd əməlləri, həmçinin şöbə rəhbərlərinin imza atdığı qanunsuzluqlar haqqında söhbət açacağıq. Müdafiə naziri Səfər Əbiyevdən isə xahişimiz budur ki, liseydə yaranan vəziyyətin araşdırılması məqsədilə göstəriş versin. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq. Geri qayıt |