FRANSIZLARIN OĞURLUĞU İFŞA OLUNDU
Tarix: 4-06-2013, 12:25 |
Çap et
Fransanın Misiri işğal etməsi zamanı “Əl-Əzhər” universitetinin kitabxanasından yoxa çıxmış nadir əlyazma Qurani Kərim Parisdə açıq hərrac zamanı ortaya çıxıb. Misirə məxsus qədim Qurani Kərimin Parisdə satışa çıxarılmasına “Əl-Əzhər” şeyxi Əhməd Tayyib etiraz edib. O, Fransadan Qurani Kərimi geri qaytarmasını tələb edib, - “timeturk”.
Əhməd Tayyib baş verən hadisə ilə əlaqədar artıq Misir Xarici İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatına müraciətlər edib. O, Qurani Kərimin “Əl-Əzhər” məscidinə aid olduğunu bildirib.
Tayyib Fransa işğalı zamanı törədilən vandallıqlardan salamat çıxan Qurani Kərimin adi olduğu yerə geri qaytarılmasını tələb edib.