TEHRAN-VAŞİQTON MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞİR
Tarix: 14-12-2011, 12:38 |
Çap et
ABŞ İRANIN İKİ GENERALINA SANKSİYA QOYUB
ABŞ Maliyyə Nazirliyi insan hüquqlarının kobud şəkildə pozulmasında rolu olduğuna görə İranın iki generalına sanksiya qoyub.
“Media forum” saytının məlumatına görə, sanksiyaya məruz qalan İran hərbçiləri İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi və İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) quru qüvvələri komandanının müavini Abdulla Əraqidir.
ABŞ dövlət katibinin insan hüquqları üzrə müavini Maykel Posner dekabrın 13-də jurnalistlərə deyib ki, İran rəsmiləri insan hüquqlarını kobud şəkildə pozduqlarına görə cavabdeh olmalıdırlar: “Biz bugünkü qərarımızla göstərdik ki, insan hüquqlarını pozan şəxslərə qarşı tədbir görəcəyik. Bununla da biz İran vətəndaşlarına yardım edirik ki, öz dövlət adamlarını onların hüquqlarına riayət etməyə, insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə hörmətlə yanaşmağa vadar etsinlər”.