84 YAŞLI NƏNƏ 590 MİLYON DOLLAR UDDU
Tarix: 6-06-2013, 10:26 |
Çap et
BU YAŞDA GƏLƏN SƏRVƏTƏ...ABŞ-ın Florida ştatından olan 84 yaşlı nənə ölkə tarixində iri "cek-pot"un sahibi olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qloriya Makkenzinin aldığı "Powerball" lotereyası ona 590 milyon dollar həcmində mükafat qazandırıb.
Telekameralar qarşısına çıxmaqdan imtina edən nənə deyib ki, lotereya biletini 2 dollara alıb.
Lakin Qloriya nənə vergilər nəzərə alınmamaqla mükafatın yalnız 370 milyonunu əldə edə biləcək. Çünki o, uduş məbləğinin birdəfəlik ödənilməsini istəyib. Qaydaya əsasən, 570 milyon dollar qalibə 30 il ərzində ödənilməli idi.